Bizi sosial şəbəkələrdən izləyin:
Xüsusi təyinatlılar Rustaveli prospektində keçirilən aksiyanı su şırnağı və gözyaşardıcı qazlarla dağıtdıqdan sonra nümayişçilər etiraz aksiyasını başa çatdərmaq qərarına gəliblər.
Polis xüsusi təyinatlı dəstələri yerli vaxtlar 00:35 radələrindən başlayaraq Rustaveli prospektində nümayişi dağıtmağa başlayıblar.
Az əvvəl hüquq mühafizə orqanları etiraz aksiyasının yatırılmasına nail olublar. Polisin aksiyada iştirak edən bir neçə nəfəri saxladığı bildirilir.
Xatırladaq ki, artıq doqquzuncu gündür Tbilisi və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.