Əsəd yardım üçün Kremlin qapısını döydü: Putindən gözlənilməz cavab
Siyasət
1144
04 Dec 2024 | 11:53

Əsəd yardım üçün Kremlin qapısını döydü: Putindən gözlənilməz cavab

Müxalifət əvvəlcə İdlibdə, sonra Tel Rifatda nəzarəti ələ keçirdikdən sonra Suriya rejimi hökuməti və Bəşər Əsəd 2015-ci ildə olduğu kimi yenidən Putinin qapısını döyüb. Rusiya liderinin cavabı bu dəfə çox fərqli olub.
 
Publika.az xəbər verir ki, Suriya müxalifəti və Azad Suriya Ordusunun Əsəd rejiminin işgəncə və zülmünü aradan qaldırmaq, PKK/YPG terrorçularının yerləşdirildiyi bölgələri ələ keçirmək üçün başlatdığı əməliyyat bir daha bütün dünyanın diqqətini özünə cəlb edib.
 
Politoloq və Rusiya siyasi məsələləri üzrə tədqiqatçı Dmitri Bridje hesab edir ki, Rusiyanın Hələbə hücuma soyuq münasibəti Moskvanın Suriyadakı siyasi böhranın həllinə nail olmaq niyyətindən xəbər verir:
 
“Suriya prezidenti Bəşər Əsəd Hələbin qərbində münaqişənin başlamasından təxminən 24 saat sonra cümə günü səhər Moskvaya gəlib. Lakin Vladimir Putinin qrafiki Əsədlə görüşə imkan verməyib. İclas cümə günü günortaya təxirə salınıb. Əsəd müxalifətin Hələb və digər əraziləri işğal etməməsi üçün Putindən təcili hərbi yardım göstərməsini istəyib. Lakin Putin 2015-ci ildə olduğu kimi tam müdaxilə vəd etmədən göndərilə biləni göndərəcəyinə söz verib. Görüşdən sonra Əsəd cümə günü axşam Dəməşqə qayıdıb.
 
Cümə və şənbə günləri Moskvada müxtəlif təhlükəsizlik görüşləri keçirilib. Birincisi, Suriya müxalifətini tamamilə darmadağın etmək, Hələb və İdlibi geri qaytarmaq və bütün Suriya ərazisi üzərində Dəməşqin nəzarətini bərqərar etmək idi. İkincisi isə, Suriya hökuməti adından heç bir ciddi müdaxiləyə yol verilməməlidir, çünki bu, bir tərəfdən Rusiyaya baha başa gələ, digər tərəfdən isə onun maraqlarını təhdid edə bilər. Ona görə də Rusiyanın indiyə qədərki münasibəti məhdud müdaxilə istiqamətində olub”.
 
 
Link kopyalandı!
Son xəbərlər