Bu dəfə Lavrovdan müsahibə aldı
Siyasət
1116
04 Dec 2024 | 10:52

Bu dəfə Lavrovdan müsahibə aldı

Amerikalı tanınmış jurnalist Taker Karlson Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə alıb. 
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Karlson öz sosial şəbəkə hesablarında açıqlayıb.
 
“Biz dünən Rusiyanın XİN rəhbəri Sergey Lavrovdan müsahibə almaq üçün Moskvaya qayıtdıq”, - deyə amerikalı jurnalist qeyd edib. 
 
Onun sözlərinə görə, Lavrova Rusiya və ABŞ arasında mümkün münaqişəyə, Rusiyanın Çin və Qərblə münasibətlərinə, Donald Trampın ABŞ prezidenti seçilməsinin Rusiya-Amerika münasibətlərinə və sülhə nəticələrinə dair suallar ünvanlayıb. 
 
Jurnalist qeyd edib ki, müsahibə artıq lentə alınıb və yaxın zamanlarda yayımlanacaq. 
 
Xatırladaq ki, T.Karlson cari ilin fevralında Rusiya Prezidenti Vladimir Putindən müsahibə almışdı. 2 saat 6 dəqiqə davam edən müsahibə zamanı Rusiya lideri təqribən 60 suala cavab vermişdi.
Link kopyalandı!
Son xəbərlər