Növbəti sərhəd dəqiqləşməsi belə başlayacaq: Detallar açıqlandı
Siyasət
825
13:35, Bu gün

Növbəti sərhəd dəqiqləşməsi belə başlayacaq: Detallar açıqlandı

"Azərbaycan və Ermənistan arasında sərhəddə hər iki ölkənin baş nazirinin müavini Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının onuncu görüşü keçirilib. Bu, müsbət bir tendensiyadır. Danışıqların birbaşa iki ölkə arasında aparılması önəmli amildir".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
 
“Azərbaycanla Ermənistan arasında bilavasitə danışıqların aparılması, reqlamentin müəyyənləşməsi, təqvimin qəbul edilməsi növbəti addımdır. İndiyə qədər əldə edilən razılaşmalar digər müstəvilərdə də davam edəcək”, - deyə o əlavə edib.
 
 
Partiya sədri hesab edir ki, sərhədlərin dəqiqləşməsi müstəvisində aparılan ikitərəfli danışıqlar sülh prosesinə də müsbət təsir edəcək:
 
“Hazırda danışıqlar gedir, proses davam edir. Bu halların mövcudluğu müsbət tendensiyaların əldə olunmasında önəmlidir. Amma istisna edilmir ki, Ermənistan bu mərhələdə hansısa oyunlara əl atsın”.
 
Asim Mollazadəyə görə, müharibədən ötən 4 il ərzində Ermənistan sülh sazişinin imzalanmasını yubadıb:
 
“Bir çox istiqamətlərdə erməni tərəfi sanki nəsə gözləyir. Ümid edirlər ki, kimsə gəlib hansısa bir möcüzə ilə özlərinə problem seçdikləri məsələləri həll edəcək. Ermənistanın çıxış yolu isə Azərbaycanın təklif etdiyi təklifləri qəbul etməkdən ibarətdir. Rəsmi İrəvan hüquqi müstəvidə Azərbaycana qarşı olan ərazi iddialarından imtina etməlidir”.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər