215 milyon hektar ərazi meşələrlə örtülə bilər - Amma...
3134
05 Nov 2024 | 07:58

215 milyon hektar ərazi meşələrlə örtülə bilər - Amma...

Avstraliya və ABŞ-dan olan alimlər qrupu təbii meşələrin bərpası üçün qlobal potensialı qiymətləndirib.
 
İnsan müdaxiləsi olmasa, ağaclar təbii olaraq Meksikadan daha böyük əraziləri əhatə edəcək. Araşdırma "Nature" elmi jurnalında dərc olunub.
 
Hesablamalara görə, bəşəriyyət meşələri tək qoysa, onların sahəsi 215 milyon hektar artacaq.
 
Meşə sahələrinin təbii bərpası üçün ən uyğun yerlər Cənub-Şərqi Asiya, Malayziya və Hindistanın ümumi sahəsi 98 milyon hektar olan bir çox əraziləri olub.
 
Cənub-Şərqi Asiya, Malayziya və Hindistanda meşələri 90 milyon hektar, Afrika qitəsində isə 25,5 milyon hektar bərpa etmək olar.
 
Alimlər qeyd ediblər ki, təbii meşə bərpasının 52%-ə qədəri yalnız beş ölkədə baş verə bilər: Braziliya, İndoneziya, Çin, Kolumbiya və Meksika.
 
Ən azı 1 milyon hektar yeni meşələrin böyüyə biləcəyi 29 başqa ölkə də var.
 
215 milyon hektar meşə sahəsinin bərpası növbəti üç onillikdə təxminən 23,4 milyard ton karbon emissiyasını kompensasiya edəcək. Bu, təxminən bütün Avstraliyanın 50 il ərzində istehsal etdiyi istixana qazlarının miqdarına bərabərdir.
 
Əvvəllər alimlər aşkar etmişdilər ki, kütləvi meşə əkinləri iqlim dəyişikliyini ləngidə bilər.(Lent.az)
Link kopyalandı!
Son xəbərlər