Öldürülən HƏMAS və “Hizbullah” başçıları: Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru - ŞƏRH
Siyasət
Oxunub: 244
15:02, Bu gün
Öldürülən HƏMAS və “Hizbullah” başçıları: Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru - ŞƏRH
İsrail hökuməti təhlükəsizliklə bağlı bir il əvvəl elan etdiyi əməliyyatı davam etdirir. Ötən gün İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS Siyasi Bürosunun baş katibi Yəhya əl-Sinvar və daha üç nəfər ölüb. Onu hazırda Türkiyədə olduğu iddia edilən Xaled Məşəlin əvəzləyəcəyi ehtimal edilir. Məlumatlara əsasən, İsrail gücləri onu da aradan götürə bilərlər.
 
Belə ehtimal etmək olar ki, Tehran yönümlü qüvvələrin, yaxud HƏMAS və Livan “Hizbullah”ı başçılarının öldürülməsi əməliyyatı İran İnqilab Keşikçiləri Qvardiyası Qüds qoşunlarının komandanı general Qasım Süleymaninin qətli ilə başlayır.
 
Bu il HƏMAS liderləri - İsmayıl Həniyə, Yəhya əl-Sinvar, HƏMAS Siyasi bürosu sədrinin müavini – Saleh əl-Aruri, “İzəddin əl Qassam” briqadasının komandirləri Samir Fendi, Əzzam əl-Akra “Hizbullah” lideri Həsən, Nəsrullah, “hərəkat” komandirləri - Məhəmməd Əli İsmayıl, Hüseyn Əhməd İsmayıl, Hüseyn Avad və başqaları öldürülüb.
 
HƏMAS, “Hizbullah” kimi qruplaşmaların liderlərinin sıradan çıxarılması İsrailin başlatdığı əməliyyatın başlıca hədəflərindəndir.
 
Hələ əməliyyatlara yenicə başlayanda yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant HƏMAS-a qarşı müharibəni üç mərhələdə aparacaqlarını bildirmişdi:
 
 
- birinci mərhələ HƏMAS yaraqlılarını məhv etmək, onların infrastrukturuna zərər vermək məqsədi ilə hava gücündən istifadə etməklə zərbələr endirməkdən, ardınca qurudan manevrlərdən ibarətdir;
 
- ikinci mərhələ müqavimət ocaqlarını məhv etmək;
 
- üçüncü mərhələ Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması, onun gündəlik həyatına görə məsuliyyətin İsrailin üzərindən götürülməsi, İsrail xalqının təhlükəsizliyi ilə bağlı yeni reallığın yaradılması.
 
İsrail hökuməti bu mərhələlər üzrə əməliyyatları reallaşdırır. İndiki hadisələrə əsasən, belə zənn etmək olar ki, ötən illərdə baş verən silahlı qarşıdurmalarda liderlərin öldürülməsi taktikası vacib sayılmırmış. İndi isə bu, başlıca hədəfdir. İsrail təhlükəsizliyinə mane olacaq bütün qanunsuz silahlı birləşmələri, dəstələri, onların liderlərini məhv edəcəklərini qarşısına məqsəd qoyub. Öldürülənlərin siyahısına diqqət edildikdə, bu hədəfin çoxuna nail olunduğu qənaətinə gəlmək də mümkündür.
 
Görünən odur ki, İsraillə danışıqlara qarşı çıxıb, İran hakimiyyətinin “İsrail dünyanın siyasi xəritəsindən silinməlidir”, “İsrailə ölüm!” prinsip və şüarını müdafiə edənlər, bu istiqamətdə Tehranla bir addımlayanlar, sülh və danışıqdan imtina edənlər öldürülür, zərərsizləşdirilir. İsmayıl Həniyənin də “İsraillə danışıqlar tərəfdarı olduğu üçün” öldürüldüyü iddia olunur. Belə çıxır, İran hakimiyyəti ilə razılaşmayanlarla yanaşı, İsraillə müharibə tərəfdarları da sıradan çıxarılır.
 
Yəhya əl-Sinvar İsrailə qarşı silahlı müqaviməti müdafiə edirdi. Yəhudi dövləti ilə danışıqlar aparmaq istəyənlərə, sülhdən danışanlara müraciət edərək bildirmişdi ki, Qəzza zolağı ilə razılaşdırmadan xaricdə HƏMAS adından danışmağa heç kimin hüququ yoxdur: “Qəzzadan xaricdə HƏMAS-ın lideri yoxdur”. Bu çox ciddi ismarış idi. Həmin açıqlamadan bir az sonra İsmayıl Həniyə öldürüldü.
 
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında sülh üçün üç şərt irəli sürmüşdü: Fələstin cəmiyyətinin radikallığının aradan qalxması (İsrailə qarşı düşmənlikdən əl çəkilməsini nəzərdə tutur-red.), Qəzza zolağının silahsızlaşdırılması, HƏMAS qurplaşmasının məhv edilməsi.
 
Baş nazir təklif edib ki, Fələstin cəmiyyəti müharibədən sonrakı Almaniya və Yaponiyadan nümunə götürərək dəyişməlidir.
 
Münaqişənin həlli ilə bağlı Səudiyyə Ərəbistanı da bir neçə ay öncə sülh planı təklif etmişdi. Həmin sənədə əsasən, HƏMAS zolaqdan Əlcəzairə təxliyə edilir, HƏMAS, “İslami-cihad” və Fəth-i özündə birləşdirən keçid şurası yaradılır. Fələstində prezident və parlament seçkilərinin keçirilməsi üçün şura dörd illiyə regional məsul şəxsləri təyin edir. Qəzza zolağında BMT-nin mandatı altında ərəblərin sülhməramlı kontingentinin yerləşdirilməsi də təklif paketində yer alıb.
 
 
İslam Əməkdaşlıq Təşkilatının təmas qrupu və Ərəb Dövlətləri Liqası da Fələstin-İsrail münaqişəsinin dinc yolla tənzimlənməsi üzrə plan hazırlayıb. Layihə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə təqdim olunub.
 
İran da paysız qalmır. Səudiyyə Ərəbistanı İrana əməkdaşlıq təklif edib. Məlumata görə, sanksiyalardan ziyan görən İran iqtisadiyyatına krallıq sərmayə qoymağı öhdəsinə götürür. Bunun qarşılığında Tehran İsraillə HƏMAS arasında hərbi əməliyyatların genişlənməsinə imkan vermir.
 
Yəhya əl-Sinvarın ölümü ilə HƏMAS-ın Qəzza zolağında fəaliyyətinə son qoyulur.
 
B.Netanyahu bildirib ki, HƏMAS daha Qəzzanı idarə etməyəcək: “Bu, HƏMAS-dan sonrakı günün başlanğıcıdır”.
 
Bu günlərdə ABŞ-nin dövlət katibi Antoni Blinken zolaqda atəşkəs haqqında razılaşmanın 90 faizinin hazır olduğunu bildirib. Sinvarın ölümü anlaşmanın başa çatmasına və israilli girovların qaytarılmasına imkan yaradar.
 
 
Çünki HƏMAS liderlərinin onlardan özlərini qorumaq üçün istifadə etdikləri də istisna edilmir.
 
Belə görünür, HƏMAS və “Hizbullah” liderlərinin öldürülməsi taktikası tərəflərin işinə yarayır. Çünki İranda da bu kimi təşkilatların maliyyələşdirilməsinə narazılıq edirdilər. Digər tərəfdə isə sanksiyalar ölkə iqtisadiyyatını ağır vəziyyətə salıb. Tətbiq edilən qadağalar səbəbindən Tehranın regional proksiləri, o cümlədən “Hizbullah” və HƏMAS-ı maliyyələşdirməsində də çətinliklərin yarandığına dair məlumatlar da yayılıb. Belə ehtimal etmək olar ki, bu qüvvələrin zərərsizləşdirilməsi dolayı da olsa İranın da marağını təmin edir. Çünki İran hakimiyyəti Həsən Nəsrullaha görə İsrailə hücum etmədi. Çox güman ki, Yəhya əl-Sinvarla bağlı da rəsmi Tehran bəyanatla kifayətlənəcək.
 
İran BMT TŞ-nin 1701 saylı qətnaməsinin icrasının tərəfdarı olduğunu gizlətmir. Həmin sənəd 2006-cı ildə qəbul olunub. O, İsrail - “Hizbullah” müharibəsinin dayanmasına çağırırdı. Qətnaməyə görə, İsrail Livanın cənubundan qoşunlarını çıxarır, onun yerinə Livan ordusu daxil olur. “Hizbullah” tamamilə tərksilah edilir.
 
Bu da Livandakı iranyönlü silahlı qruplaşmanın aqibətinin yaxınlaşdığını göstərir. Tehran “Hizbullah”ın yaradılmasında əli olmadığını bildirməklə ona gələcəkdə dəstək verməyəcəyinin də siqnalını verib. Bu qruplaşmaya başçının hələ də seçilməməsi “Hizbullah”ın da 42 illik dövrünün başa çatacağından, təşkilatın “sındırıldığından” xəbər verir.
 
 
Beləliklə, HƏMAS, “Hizbullah” və başqa silahlı qruplaşmaların sıradan çıxarılması Yaxın Şərqdə yeni vəziyyətin yaranacağını ehtimal etməyə əsas verir.
 
Sovetlər dağıldıqdan sonra beynəlxalq güclərin bir-biri ilə rəqabəti də azalıb. Həm də bu ziddiyyətləri yaradan amillər ya sıradan çıxıb, ya da Rusiya, ÇİN və İran tərəfindən zəif şəkildə dəstəklənir, müdafiə olunur.
 
İrandakı mövcud sistemin hakimiyyətə gətirilməsi, onun İsrailə qarşı qoyulması da həmin ziddiyyətin törəməsidir. Deməli, Yaxın Şərqdə iki ölkənin bir-birinə qarşı düşmənliyi köhnə geosiyasi strategiyadan qaynaqlanır. İndi sovetlər yoxdur. Tehran ənənəvi Qərblə yaxınlaşmaq niyyətindədir. Bunu İran Prezidenti Məsud Pezeşkian dəfələrlə vurğulayıb. Onun belə strateji açıqlamaları özbaşına vermədiyini nəzərə alsaq, həmin fikirlərin həm də ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamənei və ali rəhbərliyin adından verildiyi qənaətinə gəlmək olar.
 
Bu yerdə qeyd edək ki, Rusiya və Çin bəhs etdiyimiz məsələdə maraqları idarə etməkdə çətinlik çəkir. Belə bir şəraitdə yenilənməyə, yeni baxışlar sistemi yaratmağa ehtiyac duyulur.
 
Odur ki, bu hadisələrdən Yeni yaxın Şərq, yeni İsrail, yeni İran doğulacağını, yeni münasibətlər sisteminin yaranacağını ehtimal etmək olar.
 
“Ərəb inqilabı” regionda ciddi dəyişikliklərin yaranmasına nail ola bilmədi. Ancaq İsrail və İranın bir-birinə mümkün yeni yanaşması ərəb monarxlarının da yeni sistemə uyğunlaşacağını ehtimal etməyə əsas verir. Odur ki, yaxın illərdə dünya ictimaiyyətinin Yaxın Şərqdə yeni sürpriz hadisələrə şahidlik edəcəyini proqnozlaşdırmaq da mümkündür.
 
Sədrəddin İsmayılov,
Report
 
Oxşar xəbərlər
17:22, Bu gün
Dəhşətli tıxacların SƏBƏBİ BU İMİŞ – Çıxış yolu tapıldı
17:18, Bu gün
Azərbaycan-İtaliya-Aİ münasibətlərinə həsr olunmuş videokonfrans keçirildi
17:14, Bu gün
AMEA-da işə davamiyyətin tənzimlənməsi üçün İşçi qrup yaradıldı
17:11, Bu gün
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparıldı - FOTOLAR
17:07, Bu gün
Bayrağın bu formada asılmasını tənqid etdi - FOTO
17:02, Bu gün
İstanbulda 3+3 formatında görüş keçirildi - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Noyabrın 1-dən Şimali Koreyanın 10 min hərbçisi Ukraynada müharibəyə hazır olacaq"  - Budanov
16:52, Bu gün
Azərbaycanda teleradioların sayı artdı
16:47, Bu gün
AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edildi
16:43, Bu gün
Elşad Miri: “Bu, transların verə biləcəyi bir qərardır” - VİDEO
16:40, Bu gün
İsgəndər Xəlilova AĞIR İTKİ
16:37, Bu gün
"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...”
16:36, Bu gün
FHN qanunsuz tikililəri sökdü - VİDEO
16:33, Bu gün
Marketlərdən satılan çəkilmiş ətlərlə bağlı ŞOK FAKTLAR
16:31, Bu gün
Ceyhun Bayramov nazirlər toplantısında çıxış etdi - YENİLƏNİB + FOTO
16:29, Bu gün
Dünya təhlükə ilə üz-üzədir Marburq virusu  nədir?
16:27, Bu gün
Ebru Gündeşə bənzəyən gəlin sosial şəbəkələrdə gündəm oldu - FOTO/VİDEO
16:21, Bu gün
Bu çaylardan sel keçir - FAKTİKİ HAVA
16:16, Bu gün
Sahil Babayev Qaxda vətəndaşları qəbul etdi - FOTO
16:12, Bu gün
"İsrailin təcavüzünə qarşı mübarizəmiz davam edəcək" - "Hizbullah" 
16:07, Bu gün
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
16:02, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
15:57, Bu gün
Artıq başqasının paylaşdığını skrinşot etmək olmayacaq - Möhtəşəm yenilik
15:52, Bu gün
Nazpəri: “İlhamə sağ olsaydı, bağışlamazdım” - VİDEO
15:47, Bu gün
Lənkəranda öldürülən gənclə bağlı yeni detal: Nişan mərasimi olacaqdı - FOTO
15:41, Bu gün
Böyük Qayıdışla bağlı fləşmob keçirilib - VİDEO
15:35, Bu gün
“Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb - VİDEO
15:30, Bu gün
“Azərsun Holdinq” minifutbol komandası ikiqat Avropa çempionudur - FOTOLAR
15:25, Bu gün
Dövlət Agentliyinin sədri vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR
15:22, Bu gün
Bakıda rəfiqələr arasında dava - 19 yaşlı qız bıçaqlandı
15:19, Bu gün
Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutdu – FOTO/VİDEO
15:15, Bu gün
"İnsanlardan iyrənirəm, dünyaya NİFRƏT EDİRƏM" - VİDEO
15:12, Bu gün
Hakim olmaq istəyənlər üçün yeni qayda müəyyənləşir
15:09, Bu gün
Bu dərmanlar icbari tibbi sığorta təminatına alınır
15:06, Bu gün
Flora Kərimova Afətə əsəbləşdi: "Bu, məni alçatmaqdır..."
15:02, Bu gün
Öldürülən HƏMAS və “Hizbullah” başçıları: Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru - ŞƏRH
14:57, Bu gün
Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil etdi - FOTO
14:54, Bu gün
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
14:50, Bu gün
Yaşıllıqları məhv edənlər 8 ilədək azadlıqdan məhrum ediləcək
14:45, Bu gün
"Slovakiya Putinin əsl simasını görəcək" - Zelenskidən Fitsoya XƏBƏRDARLIQ
14:42, Bu gün
"BakıKart" hesablarındakı pulların aqibəti necə olacaq?
14:37, Bu gün
Evləri ola-ola "havada" qalan sakinlər - Dövlət qurumu nə tələb edir? - VİDEO
14:32, Bu gün
Müəllim bir şagirdlə cinsi əlaqədə oldu, digərlərini isə...
14:27, Bu gün
Azay Quliyevdən cərimələrlə bağlı MÜHÜM AÇIQLAMALAR 
14:23, Bu gün
"Mən hətta öz qohumlarımı da xilas edə bilmədim; 70 yaşlı qoca əmim, onun oğlu və s. vəhşicəsinə qətlə yetirildi...”-Mir Cəfər Bağırov
14:22, Bu gün
Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
14:17, Bu gün
Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ ALIB - FOTO/VİDEO
14:12, Bu gün
Sinvar öldü, ABŞ alqışladı - Yanaşmanıza tüpürüm...
14:01, Bu gün
Türkiyədə Azərbaycan milli xalçaları və geyimlərinin sərgisi açılıb - FOTOLAR
13:57, Bu gün
"ABŞ-da seçkilərdən sonra Ukraynanın irəliyə getməsi üçün üç yolu var" - Zelenski
13:52, Bu gün
Bələdiyyələrin sayı yarıbayarı azaldıldı
13:47, Bu gün
“Hər bir yaşayış məntəqəsinin öz bələdiyyəsi olmalıdır” - Qüdrət Həsənquliyev
13:42, Bu gün
Aqil Abbas Prezident haqqında film çəkilməsini təklif etdi
13:37, Bu gün
“Milli Məclisin Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var” - Qüdrət Həsənquliyev
13:33, Bu gün
“Qiyməti qaldırıb, pulu alırlar, amma interneti vermirlər” – Müğənni ŞİKAYƏTLƏNDİ
13:29, Bu gün
Bu küçədən dairəvi yola çıxışda genişləndirmə işləri yekunlaşır - VİDEO
13:25, Bu gün
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - FOTO
13:21, Bu gün
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
13:17, Bu gün
Azərbaycanda bu avtomobillər ucuzlaşdı
13:13, Bu gün
COP29 vaxtı bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
13:09, Bu gün
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılışı oldu - VİDEO
13:06, Bu gün
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
13:02, Bu gün
Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - FOTO/VİDEO
12:59, Bu gün
“18 oktyabr xalqımızın tarix və bəşəriyyət qarşısında özünütəsdiqi günüdür”
12:58, Bu gün
COP29 zamanı əsas küçə və prospektlərdə qadağalar olacaq?
12:55, Bu gün
Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdirilir
12:52, Bu gün
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub - FOTO
12:48, Bu gün
COP29-a görə toylar qadağan olunur?
12:44, Bu gün
Elektron Təhlükəsizlik Xidməti maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb
12:41, Bu gün
Yasamalda avtobusda GƏRGİNLİK - VİDEO
12:38, Bu gün
Ruben Vardanyan barədə QƏRAR VERİLDİ
12:35, Bu gün
“Gürcüstan  cəmiyyəti seçimində yanılmayacaq” - VİDEO
12:33, Bu gün
“Bələdiyyələrin statusu haqqında” qanun təsdiqləndi
12:30, Bu gün
Zahid Orucdan SENSASİON AÇIQLAMA: "Bayramı ermənilərlə birlikdə..."
12:28, Bu gün
Azərbaycanlı professora ağır itki
12:24, Bu gün
Bomba səsinə oyanan Gəncənin körpələri həmin gecədən danışdılar – TƏSİRLİ SÖZLƏR - VİDEO
12:20, Bu gün
ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib
12:16, Bu gün
Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün çempiondur” - VİDEO
12:12, Bu gün
Nazir MÜHÜM XƏBƏRİ AÇIQLADI: yaxın 3 ildə Azərbaycanda...
12:08, Bu gün
“Bir fəqərəm qırıldı,bədəndə sümük əriməsi prosesi gedir” - VİDEO
12:04, Bu gün
Gəncədəki partlayışdan belə xilas edildilər - VİDEO
12:00, Bu gün
COP29-la bağlı qərar - SMS icazə, məhdudiyyət...
11:58, Bu gün
SİMA  işlərimizi necə asanlaşdırır?
11:57, Bu gün
"Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında öldü
11:53, Bu gün
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO
11:52, Bu gün
Tanınmış həkim Xalidə Babayevanın yubileyidir
11:50, Bu gün
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
11:46, Bu gün
"Kəpəz" "Qarabağ"ı qəbul edəcək - Premyer Liqa
11:43, Bu gün
Sənədi olmayanlar bu ölkəyə deportasiya olunacaq
11:39, Bu gün
“Qayıdış Könüllüləri” Proqramına qeydiyyata yenidən start verilir
11:35, Bu gün
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
11:30, Bu gün
Azərbaycan mediasında jurnalistika trendləri: problemlər və həll yolları
11:27, Bu gün
Nazir: "Ölkəmizin ümumi elektrik enerjisi istehsal gücü 4 faiz artıb"
11:24, Bu gün
Milli Məclis İlham Əliyev və xanımını təbrik etdi
11:21, Bu gün
"Aztelekom" vətəndaşları cərimələməyə başladı - FOTO
11:20, Bu gün
BDU Türkiyənin Balıkesir Universiteti ilə əməkdaşlığı genişləndirir
11:16, Bu gün
"Gələcəyiniz"lə tanış olun: 60 yaşındakı özünüzlə söhbət edə biləcəksiniz!
11:11, Bu gün
Aysunun keçmiş həyat yoldaşı Dubayda dələduzluq etdi: 1 nəfəri GİROV SAXLADI - ŞOK İDDİA/VİDEO
11:05, Bu gün
Milli Məclisin plenar iclası başladı
11:00, Bu gün
Niyə paltaryuyan maşını 40 dərəcədə işlətməməliyik?
GÜNLÜK
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
10:44, Bu gün
“COP29 tribunasından “müharibəyə son” çağırışı Azərbaycanın sülhpərvər mahiyyətinin göstəricisidir”
11:50, Bu gün
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
09:05, Bu gün
Meta WhatsApp, Instagram və digər platformalarda işçilərini ixtisar edir - BU SƏBƏBDƏN 
00:37, Bu gün
"Mən, sadəcə, qadınları çox sevirəm; biz hamımız bir-birimizi eyni dərəcədə seviriksə..."
17 Oct 2024 | 17:36
"Türkiyənin həm NATO, həm də BRICS-də olması alınmayacaq" - "Medya Gunlugu"
11:35, Bu gün
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
08:38, Bu gün
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
AYLIQ
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
10:44, Bu gün
“COP29 tribunasından “müharibəyə son” çağırışı Azərbaycanın sülhpərvər mahiyyətinin göstəricisidir”
11:50, Bu gün
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
09:05, Bu gün
Meta WhatsApp, Instagram və digər platformalarda işçilərini ixtisar edir - BU SƏBƏBDƏN 
00:37, Bu gün
"Mən, sadəcə, qadınları çox sevirəm; biz hamımız bir-birimizi eyni dərəcədə seviriksə..."
17 Oct 2024 | 17:36
"Türkiyənin həm NATO, həm də BRICS-də olması alınmayacaq" - "Medya Gunlugu"
11:35, Bu gün
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
08:38, Bu gün
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi