Paşinyan Moskvada İlham Əliyevə təklif edib ki… - Xandanyan
Siyasət
1680
15 Oct 2024 | 22:40

Paşinyan Moskvada İlham Əliyevə təklif edib ki… - Xandanyan

MDB sammiti çərçivəsində Moskvada Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi ünsiyyətinin bəzi təfərrüatı məlum olub.
 
Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sərkis Xandanyan “Armenpress” agentliyinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə sülh müqaviləsinin razılaşdırılmayan maddələrinin razılaşdırılması üçün xarici işlər nazirlərinin ikigünlük iclasının keçirilməsini təklif edib. İrəvan ehtimal edir ki, bundan sonra iki ölkə liderləri Bakıda keçiriləcək COP29-dan əvvəl görüşə və sülh müqaviləsi imzalaya bilərlər.
 
“Bildiyim qədər, oktyabrın 7-8-də Moskvada keçirilən qeyri-rəsmi təmaslar zamanı Paşinyan Əliyevə ikitərəfli görüş keçirməyi təklif edib”, - komissiya rəhbəri bildirib.
 
O əlavə edib ki, Bakının Ermənistan baş nazirinin təklifinə necə cavab verdiyini bilməsə də, “bu məntiq ruhunda görüşün həyata keçirilməsinin mümkünlüyünə” ümid edir.
Link kopyalandı!
Son xəbərlər