Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır - TƏHLİL + FOTO
Siyasət
Oxunub: 393
15:51, Bu gün
Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır - TƏHLİL + FOTO
"Lunion fait la force" - fransızlardan gələn bu deyimin mənasını, əslində, hamımız çox yaxşı bilirik: "Güc birlikdədir".
 
Bu ifadənin yaranma səbəbinə gəlincə - təkbaşına ağalıq edən güc sahibi birliyin gücü ilə sındırılmalı və daha sonra birləşərək hakimiyyətə gəlməlidir. Yəni, hakimiyyət bir adamın gücünə arxalanan ağalıqla yox, fərdlərin birləşib ortaq məxrəcə gəlməsi ilə formalaşmalıdır. Məhz bu yanaşma hüquq anlayışını ortaya çıxardı. Lakin bundan sonra yeni güc amili ortaya çıxdı. Daha dəqiq desək, bu dəfə hüquq özü gücə çevrilməyə başladı və bu güc hüququ yaradanların əksinə gedən hər kəsə düşmən kəsildi. Bir sözlə, gücə qarşı yaranan hüquq özü də güc vasitəsi ilə işləməyə məcbur oldu. Burada yeganə fərq isə budur: problemlər fərdlərin deyil, qrupların gücü ilə həll olunur.
 
Bəs, nəticə nəyə gətirib çıxardı? Gücün hüququ və ya hüququn gücü - mərkəz yenə də gücdür. Bu nüansı həm də bu nümunəyə bənzədə bilərik: İki nəfər arasında güc göstəricisindən qaynaqlanan (mübahisələrin təməlində güc, üstünlük, haqlı olmaq amili dayanır) konflikt yaranır, lakin bu konfliktin özü də güc yolu ilə həll olunur. Çünki hüququn qaynağı gücdür. Güc olmasaydı, hüquqa nə ehtiyac var idi?
 
Lakin təəssüflər olsun ki, bu gün hüququn gücü yox, gücün hüququ özünün ən çılpaq dövrünü yaşayır. Açıq aşkar dünya "güc kimdədir, hüquq da ondadır" prinsipi ilə idarə olunur. Bu hüquqa qarşı çıxan hər kəs isə düşmən hesab edilir. Yəni, bu gün vəhşi gücün ən böyük dayağı elə hüququn özüdür.
 
Elə bunun nəticəsidir ki, hazırda dünyada demək olar ki, bütün regionlar münaqişə içindədir. Xüsusi ilə də son 30 ildə, daha dəqiq desək, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağılandan və dünya yeni qütblü siyasətə qədəm qoyandan sonra bu istiqamətdə rekord göstərici qeydə alındı. Belə ki, əvvəllər münaqişəyə meyilli olan tərəflər bir-birini ya sadəcə təhdid etməklə kifayətlənir, ya da ki, ordularını yalnız hazır vəziyyətə gətirirdisə, indi təhdidlər döyüş hazırlığı vəziyyəti ilə, döyüş hazırlığı vəziyyət isə birbaşa münaqişə ilə əvəzlənib. Bu isə o deməkdir ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır.
 
Fikrimizi əsaslandırmaq üçün faktlara nəzər salaq. Əvvəlcə hazırda bütün dünyanın diqqətini özünə daha çox cəlb edən İran-İsrail münaqişəsinə toxunaq. Onsuz da başı bəlalı olan Yaxın Şərqdə sular qətiyyən durulmur və nisbi sakitlik olan kimi yeni tektonik hadisə peyda olur. Düzdür, Yaxın Şərqdəki dəyişiklik keçən əsrin sonundan başlasa da, bölgənin fəlakətlərin məngənəsinə düşməsi 2010-cu illərdən etibarən aktiv mərhələyə qədəm qoyub və bu dəyişikliklərin sonunun necə olacağı ilə bağlı dəqiq rəy yoxdur. Belə ki, uzun illər bir-birini təhdid edən İranla İsrail nəhayət qarşılıqlı və dolayısı ilə bir-birini hədəf almağa başlayıblar.
 
 
Eyni proseslər digər coğrafiyalarda da xarakterik formada davam edir. Digər bir nümunə kimi Koreya və Koreya Xalq Demokratik Respublikalarını, yəni Cənubi Koreya və Şimali Koreyanı göstərə bilərik. 1950-1953-cü illərdə Koreya müharibəsindən sonra ABŞ və SSRİ arasında iki yerə bölünən koreyalılar dövlət səviyyəsində dəfələrlə bir-birini təhdid etsə də, bu gün vəziyyət özünün ən maksimal təhlükə həddinə çatıb. Hər iki ölkə ordularını sərhəddə döyüş hazırlığı vəziyyətinə gətirib, hətta Şimali Koreya Cənubi Koreyaya gedən bütün yolları partladıb.
 
 
2008-ci ildə başlayan, 2014-cü ildə "Maydan" hərəkatı ilə praktiki mərhələyə qədəm qoyan və 2022-ci ildə müharibə ilə nəticələnən və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi dünyanı narahat edən və bəşəriyyətin çarxını yerindən oynatması ilə yadda qaldı. Bu müharibənin NATO-Rusiya müharibəsi adlandırılması da əbəs yerə deyil. Güc balansının dəyişməsi uğrunda Ukraynanın fəda edilməsi bahasına olsa da, tərəflər yeni reallıqlar formalaşdıra bildilər. Hətta vəziyyət o həddə çatıb ki, ABŞ-nin və Avropanın özündə belə cəmiyyət bu qarşıdurmaya görə bir-birinə qənim kəsilib. Bundan faydalanan isə Rusiyanı tələyə salan Qərb, yeni ərazilər əldə edən Rusiyadır. Bu isə o deməkdir ki, müharibə dünyanın aparıcı ölkə və təşkilatları arasında getdiyi üçün, hər kəs dolayısı və ya birbaşa bu münaqişənin içindədir və faydalanmağa çalışır.
 
 
Qərbdən söz etmişkən, bu gün elə Qərb ölkələrinin müstəmləkə siyasətinə görə, Afrikada da vəziyyət birmənalı deyil. Çünki məhz, neokolonializimin geniş yayıldığı dönəmlərdə müharibələr qaçılmaz olub. Başda Fransa olmaqla, bəzi Qərb ölkələri böyük regionları əsarətdə saxlamaqla hər zaman potensial münaqişələrə zəmin yaradıblar ki, Afrika da hazırda partlamağa hazır olan bomba kimi dəyərləndirilir.
 
 
Bununla yanaşı, Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb və adanı mühasirəyə alıb. Tayvan ətrafında keçirilən təlimlərdə əsas hədəflərə dəqiq zərbələr endirmək qabiliyyəti sınaqdan keçirilir. Çin Xalq Azadlıq Ordusunun bəyanatında təlim belə şərh edilib:
 
 
"Təlimlər, həmçinin Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətlərinə qarşı ciddi xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyi qorumaq üçün qanuni və zəruri bir tədbirdir".
 
Yeni reallıqların yarandığı bir region isə Cənubi Qafqazdır. Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad etməklə bütün dünyaya nümunə oldu. Lakin Ermənistan məğlub olmasına baxmayaraq qalib Azərbaycanın uzatdığı sülh əlini tutub təhlükəsizlik mühiti formalaşdırmaq əvəzinə, Fransa və Hindistan kimi ölkələr tərəfindən silahlanır, ABŞ və Avropa İttifaqının poliqonuna çevrilməklə eskalasiyanı körükləməyə çalışır. Regionun digər ölkəsi Gürcüstanın başı isə Qərb və Rusiya arasında gələcəyini müəyyənləşdirməyə qarışıb. Bu baxımdan, 26 oktyabrda keçiriləcək parlament seçkiləri ölkə üçün mühüm rola malikdir ki, əldə olunan nəticələr regiona da təsirsiz ötüşməyəcək.
 
 
Təbii ki, son illərdə regional münaqişələrin sayında olan artım bir neçə səbəbdən irəli gəlir. Xüsusən də hegemon dövlətlərinin yeni ərazilərdə təsir qüvvəsini itirməsi və ya formalaşdırması, iqtisadi rıçaqların əldə olunması və ya azalması bu səbəblərə aiddir. Həmçinin, hərbi təcavüzlərin artması beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklərlə paralel baş verir. Nəticədə bu gün regional və qlobal münaqişələrdə tərəflər yalnız iki ölkə deyil, müştərək şəkildə mübarizə aparırlar. Bu isə elə dünya müharibəsi deməkdir. Üstəlik, BMT-dəki mövcud vəziyyət, yəni təşkilatın qlobal problemlərin həllinə birtərəfli və ya bəzən qərəzli yanaşması onu nüfuzdan salıb və qlobal təhlükəsizlik sisteminin səmərəsizliyinə gətirib çıxarıb. Ona görə də münaqişələrin nəinki həlli tapılır, əksinə onların sayı artır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün yeni dünyanın formalaşma mərhələsindəyik. /Oxu.az/
Oxşar xəbərlər
18:13, Bu gün
Gədəbəydə qız qaçıran vəzifəli şəxsin FOTOSU
18:10, Bu gün
Metroda yenə problem yarandı
18:07, Bu gün
İrkutsk əyalətinin Vəkillər Palatası ilə əməkdaşlıq müzakirə olundu - FOTOLAR
18:06, Bu gün
“Tək Mahir yox, bütün Azərbaycan uduzub”
18:02, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
18:00, Bu gün
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:57, Bu gün
Emin Əmrullayev bu məktəbə yeni direktor təyin etdi
17:53, Bu gün
Vahid Əhmədov professor Nizaməddin Şəmsizadəni ziyarət edib
17:52, Bu gün
Dağıstan rəhbəri Kadırovun senator Kərimovun ünvanına təhdidlərinə cavab verdi
17:47, Bu gün
İlham Əliyev fenomeni...
17:45, Bu gün
Müstəqil Azərbaycanın YÜKSƏLİŞİ - PLANLAR, UĞURLAR, NAİLİYYƏTLƏR…
17:40, Bu gün
Bakıda narkotik alverçiləri həbs edildi - VİDEO
17:35, Bu gün
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edildi - FOTO
17:31, Bu gün
Komitə sədri Rövşən Rzayev vətəndaş qəbulu keçirdi - FOTOLAR
17:27, Bu gün
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
17:23, Bu gün
Azərbaycanda məktəblilər arasında MÜBAHİSƏ: 7-ci sinif şagirdi...
17:19, Bu gün
İrəvanın saxtalığının sonu yoxmuş: Sülhdən, müharibədən danışan Nikol və Armen - ŞƏRH
17:15, Bu gün
Yastıpəncəli kişilər hansı durumda hərbi xidmətə yararsızdırlar? - VİDEO
17:11, Bu gün
Bakıda sıxlığın azaldılması üçün addım atıldı
17:08, Bu gün
Laçında daha 3 kəndin tikintisinə BAŞLANILIR
17:04, Bu gün
“Bacım keçmiş sevgilimlə hotelə gedib” - FOTO
17:00, Bu gün
Ağdamın bu kəndlərində tikinti işləri tamamlanır
17:00, Bu gün
Qərbi Azərbaycan İcmasının ziyalıları Məhəmməd Füzulinin 530 illik yubileyini qeyd ediblər
16:57, Bu gün
"Xankəndidə Azərbaycan bayrağının ucaldılması sadəcə simvolik məna deyil, həm də..."
16:55, Bu gün
"İsrail İrana cavab zərbəsi ilə bağlı ABŞ-ı məlumatlandırıb" - "The Washington Post"
16:52, Bu gün
Bakıda “Türk dünyasında sürücülük təhsili” konfransı keçirilib
16:50, Bu gün
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi üzrə meyarlar açıqlandı
16:46, Bu gün
BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
16:42, Bu gün
Laçında tramvay xətti çəkiləcək
16:39, Bu gün
Ziyafət Əsgərov vəzifəsindən ayrıldı - Yeni rəhbər seçildi
16:36, Bu gün
Azərbaycanda müəllim səhv diaqnoza görə vəfat etdi - FOTO
16:33, Bu gün
Bu məhsulların idxalı və satışı ƏDV-dən azad olundu
16:29, Bu gün
Mir Cəfər Bağırov görkəmli müsavatçı Əli bəy Zizikskinin köməkçisi olub...
16:27, Bu gün
Dilarədən şəxsi həyatı ilə bağlı ETİRAF - FOTO
16:22, Bu gün
Ağdərədə 190 fərdi yaşayış evi tikiləcək
16:16, Bu gün
Bu küçələrdəki COP29 zolaqlarına avtomobillər daxil ola bilər - SİYAHI
16:11, Bu gün
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşdı
16:06, Bu gün
Bakıda küçədə əl qumbarası və avtomat aşkarlandı - FOTO/VİDEO
16:01, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sabahdan...
15:56, Bu gün
Damla: “Yazmışdılar ki, nəyə oxşayırsan” - FOTO
15:51, Bu gün
Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır - TƏHLİL + FOTO
15:45, Bu gün
Azərbaycan və Çin şirkəti arasında anlaşma memorandumu imzalandı - FOTO
15:40, Bu gün
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib - FOTO
15:35, Bu gün
"Mən Putinin gözlərindən Ukraynaya hərbi müdaxilə edəcəyini sezmişdim" - Donald Tramp
15:30, Bu gün
"Sonuncu dəfə ilyarım qabaq almışam" - Xəzərdə balıqlar niyə qeybə çəkilib? - VİDEO
15:25, Bu gün
Mürsəl İbrahimov yeni rəis TƏYİN ETDİ
15:20, Bu gün
Kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
15:15, Bu gün
Əli Əsədov rusiyalı həmkarı ilə görüşdü
15:14, Bu gün
ARB-nin "Biz azərbaycanlıyıq" adlı sosial çarxı müsabiqədə qalib oldu (VİDEO)
15:10, Bu gün
BP-də azərbaycanlıya yüksək vəzifə verildi
15:05, Bu gün
GDU-nun "ÜTF və Texnologiya" kafedrasının müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu
15:05, Bu gün
Doğuşdan Xoşqədəmə: "10 il buna necə dözmüşəm?" - VİDEO
15:00, Bu gün
Bakıda yeni parklanma məntəqələri yaradıldı
14:57, Bu gün
Magistral yolun 26 km-lik hissəsi yenidən quruldu - VİDEO
14:55, Bu gün
Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçiriləcək
14:52, Bu gün
Şahin Mustafayev iranlı nazirlə görüşdü
14:48, Bu gün
Universitet müəlliminə qarşı quldurluq edən şəxsin hökmü oxundu - FOTO
14:47, Bu gün
“Ermənistanı silahlandıran hər bir dövlət onunla birlikdə məsuliyyət daşıyır”
14:43, Bu gün
Vüsalə: “Toya girmədən əvvəl həmin şəxsin kartına pul atdım” - VİDEO
14:39, Bu gün
Dollar 2025-ci ildə BAHALAŞACAQ?
14:36, Bu gün
Neftin qiymətinin kəskin düşməsində İsrailin də əli var...-"Reuters"
14:36, Bu gün
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
14:34, Bu gün
Gənc oğlan gecə rus qızının evinə getdi, içkidən sora tələb etdi ki... – TƏFƏRRÜAT
14:28, Bu gün
Abbas Əraqçi Şahin Mustafayevi qəbul etdi
14:23, Bu gün
Rusiya Nikolayevə raket zərbəsi endirdi - Həlak olan və yaralananlar var
14:21, Bu gün
Psixoloqdan 10 qızıl qayda - Bunlar həyatınızı dəyişəcək
14:17, Bu gün
“Quduzluq xəstəliyinə qarşı vəhşi təbiət helikopterlər vasitəsilə peyvənd olunur” - ÖZƏL + FOTO
14:12, Bu gün
Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: "Özümdə olmamışam"
14:07, Bu gün
Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında
14:04, Bu gün
Xatirədən Naziləyə: “Başı üçün deyil ki, xoşbəxtliyimə şərh bildirsin” - VİDEO
13:58, Bu gün
Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası müzakirə edildi - FOTO
13:53, Bu gün
"Hər kənd azad ediləndə hədsiz sevinirdim" - Altı güllə yarası alan qazinin döyüş yolu - VİDEO
13:47, Bu gün
Toydan sonra bal ayına getdilər
13:43, Bu gün
Yemək bişirməyən arvadını BOŞADI
13:38, Bu gün
Nikah və boşanmaların sayı azalıb
13:34, Bu gün
Ölkədə intiharlar hədsiz artıb...-Bəlkə partiyalar da toplanıb məsələni müzakirə etsin?..
13:30, Bu gün
"Rusiyanın təhdidləri NATO-nu qorxutmur, Putin istədiyinə nail ola bilməyəcək" - Mark Rütte
13:26, Bu gün
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider
13:22, Bu gün
Axtarışda olan 2 nəfər ölkəsinə təhvil verildi
13:17, Bu gün
Abasovun "Neftçi"dəki maaşı bəlli oldu - MƏBLƏĞ
13:13, Bu gün
İnsanın öləcəyi vaxtı müəyyən edən saat icad edildi
13:08, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan - Estoniya matçı Qəbələdə keçiriləcək
13:03, Bu gün
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
12:58, Bu gün
Hüquq müdafiəçilərindən Paşinyana cavab: Ermənistan siyasi məhbuslar, diktatura ölkəsidir - ŞƏRH
12:54, Bu gün
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
12:49, Bu gün
Prokurorluq gömrük əməkdaşları barəsindəki hökmlərdən kassasiya protestləri verdi
12:44, Bu gün
Yunus  Oğuz  Özbəkistanda keçiriləcək Beynəlxalq Forumda  iştirak edəcək
12:39, Bu gün
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradıldı
12:35, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
12:30, Bu gün
Azərbaycanın məşhur generalına AĞIR İTKİ - FOTO
12:26, Bu gün
Aktrisa Sevinc arxivini üzə çıxardı - FOTO
12:22, Bu gün
Altı BÜRC üçün son 10 ilin ən xoşbəxt dövrü başladı
12:18, Bu gün
Türkiyədən tarixi qələbə - VİDEO
12:15, Bu gün
Qripə qarşı effektiv qorunma vasitəsi AÇIQLANDI
12:15, Bu gün
COP29 Azərbaycan turizminə necə təsir edəcək?
12:10, Bu gün
Azərbaycanda ŞOK CİNAYƏT: 71 yaşlı qadının protezini oğurlayıb, ÖLDÜRDÜLƏR
12:05, Bu gün
İntoksikasiyanı azaltmaq üçün BU QİDALARI qəbul edin - FOTO
12:00, Bu gün
Sahibə Qafarova Martin Çunqonqla görüşdü - FOTO
11:55, Bu gün
Gədəbəydə vəzifəli şəxs müəllimi qaçırdı
11:50, Bu gün
Əcnəbi tələbələri Azərbaycana gəlməkdən çəkindirən səbəblər
GÜNLÜK
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 23:15
Azərbaycan - Slovakiya oyunu: hesab açıldı - CANLI-YENİLƏNDİ- Video
14 Oct 2024 | 23:49
"Xaqani" bağında ÖZBAŞINALIQ
14 Oct 2024 | 23:30
"Putinin antisemitizmi haradan qaynaqlanır? " - ekspert rəyi
14 Oct 2024 | 18:30
İsraildən ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış
14 Oct 2024 | 23:53
Azərbaycanda məşhur taksi xidməti külli miqdarda CƏRİMƏLƏNDİ
14 Oct 2024 | 23:22
Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR
14 Oct 2024 | 18:20
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
14 Oct 2024 | 21:56
"Hizbullah"ın "Mirsad-1" dronu İsrailin müdafiəsini necə yarıb?
14 Oct 2024 | 23:30
Balıqdan zəhərlənmənin qarşısını necə alaq?
HƏFTƏLİK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
10 Oct 2024 | 00:22
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
AYLIQ
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 23:15
Azərbaycan - Slovakiya oyunu: hesab açıldı - CANLI-YENİLƏNDİ- Video
14 Oct 2024 | 23:49
"Xaqani" bağında ÖZBAŞINALIQ
14 Oct 2024 | 23:30
"Putinin antisemitizmi haradan qaynaqlanır? " - ekspert rəyi
14 Oct 2024 | 18:30
İsraildən ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış
14 Oct 2024 | 23:53
Azərbaycanda məşhur taksi xidməti külli miqdarda CƏRİMƏLƏNDİ
14 Oct 2024 | 23:22
Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR
14 Oct 2024 | 18:20
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
14 Oct 2024 | 21:56
"Hizbullah"ın "Mirsad-1" dronu İsrailin müdafiəsini necə yarıb?
14 Oct 2024 | 23:30
Balıqdan zəhərlənmənin qarşısını necə alaq?