COP29 ərəfəsində Azərbaycana qarşı total hücumlara REAKSİYA
Siyasət
1441
05 Oct 2024 | 14:25

COP29 ərəfəsində Azərbaycana qarşı total hücumlara REAKSİYA

“Təəssüf ki, Azərbaycana qarşı hücumlar artan və azalan xətt üzrə davam etməklə hər zaman olub. Biz bir sıra Qərb dairələrinin, beynəlxalq təşkilatların Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə mütəmadi qarşılaşırıq. Xüsusilə, torpaqlarımızın işğal altında olduğu dövrdə bu münasibəti hiss etmişik. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı total hücumlar bir qədər də güclənib. Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbiri ərəfəsində müxtəlif dairələrdən, ABŞ də daxil olmaqla böhtan, şantaj, ləkələmə xarakterli hücumlara şahidlik edirik. Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, xüsusilə Qərb mediası nümayəndələri bu prosesdə fəallıq göstərirlər”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Musavat.com-a millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.
 
ARZUXAN.jpg (94 KB)
 
Bir qrup ABŞ konqresmeninin Azərbaycan əleyhinə müraciətini şərh edən millət vəkili qeyd edib ki, proses eyni mərkəzdən idarə olunur:
 
“COP29 BMT-nin tədbiridir, Azərbaycan sadəcə bu tədbirə ev sahibliyi edəcək. Bu səbəbdən də ölkəmiz beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi uğurdan, bu bölgədəki planların üzərindən böyük qara xətt çəkilməsindən narahat olan qüvvələr bu gün tədbirin Azərbaycanda keçirilməsindən narahatlıq keçirirlər. Diqqətin Azərbaycana yönəldiyi belə həssas dövrdə daha çox üstümüzə gəlməyə, bizi ləkələməyə, beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı mənfi imic formalaşdırmağa çalışırlar. Bəzən bunu ermənipərəst qüvvələrin Azərbaycana qarşı demarşı kimi şərh edənlər olur, amma mən fərqli düşüncədəyəm. Bir sıra Qərb dairələrinin regionla bağlı planları pozulduğu üçün ermənilərdən istifadə etməklə Azərbaycanın üzərinə gəlməyə çalışırlar. Həmin güclər özlərinin iqtisadi, siyasi, hərbi maraqlarını bölgədə reallaşdıra bilmədikləri üçün bir növ Azərbaycandan qisas almağa çalışırlar.
 
Eyni zamanda Azərbaycana bu cür təzyiq etməyə çalışmaqla bölgədə mövcudluqlarını bərqərar edə bitmək imkanı əldə edə biləcəklərini düşünürlər. Azərbaycanı zəiflətmək, onun beynəlxalq imicinə zərbə vurmaq, bütövlükdə ölkəmizə qarşı total hücumlar təşkil etməklə bir sıra məsələlərdə geri çəkilməyimizi, üzərimizə gələn müxtəlif güclərlə bu və ya digər məsələdə razılaşmağa, güzəştə getməyə məcbur olmağımızı istəyirlər. Biz torpaqlarımızın işğal altında olduğu dövrdə də bu cür hücumlara öyrəşmişdik. Bu cür hücumlar bizdə xüsusi “immunitet” formalaşdırıb”.
 
A.Əlizadə bildirib ki, Azərbaycanın bugünkü gücü, regionun əsas söz sahibinə çevrilməsi, qardaş Türkiyə ilə birgə bölgənin aparıcı gücünə çevrilməsi bu hücumların heç bir əsası olmadığını göstərir:
 
“Azərbaycan ictimaiyyəti hücumların ölkəmizin imicinə xələl gətirmək gücündə olmadığının fərqindədir. Eyni zamanda beynəlxalq ictimaiyyəti maarifləndirmək prosesi davam etməkdədir. Hesab edirəm ki, hücumların nəticəsi olmayacaq. Biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik. Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Azərbaycanın suverenliyini təmin etdiyimiz kimi, hücumların qarşısını da gec-tez alacağıq. Həqiqət hər zaman üzdə olur. Azərbaycan bu cür hücumların qarşısında dayanmağa qadirdir. Prezident İlham Əliyev də Cəbrayıl şəhərindəki çıxışında təkcə Azərbaycanın yaxın düşməninə deyil, həmin Qərb dairələrinə də ciddi mesajlarını verdi”.
 
Link kopyalandı!
Son xəbərlər