İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
Siyasət
Oxunub: 350
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
Danışıqları dalana kim dirəyib; düşmənin məkrli mövqeyinin arxasında hansı niyyət var - sensasion açıqlamalar
 
Qüdrət Həsənquliyev: “Azərbaycan  və regionda sülh istəyən digər ölkələr rəsmi İrəvana təzyiqləri artırmalı, Ermənistanın silahlandırılmasını pisləməli, aparılan siyasətin çox təhlükəli olduğunu və onlara baha başa gələcəyini izah etməlidir”
 
Sülh danışıqları ilə bağlı pozitiv açıqlamalar meydana çıxan kimi, Ermənistan ənənəvi qaydada təxribatçı davranışlara start verir. COP29 ərəfəsində hansısa çərçivə sazişinin imzalana biləcəyi, XİN başçılarının Nyu-York görüşündən sonra bunun inandırıcı olması haqda informasiyaların ardınca İrəvan Azərbaycana qarşı növbəti sülh şərləməsinə yol verib.
 
Ermənistan parlamentinin sədri Alen Simonyan özünün də başa düşməyəcəyi şəkildə absurd bir bəyanat səsləndirib. O deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır. Simonyan hətta belə sənədi COP29 zamanı Bakıda da imzalaya biləcəklərini deyib. Ardınca isə söyləyib: “Hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib. Amma Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var. Hətta bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.
 
Habelə A.Simonyanın növbəti təxribatı “erməni əsirlər”lə bağlıdır. Sual olunur: hansı erməni əsirlər? Dəfələrlə bəyan edilib ki, Bakıdakı erməni əsirlərin hamısı Ermənistana qaytarılıb. Xatırlatmaq yerinə düşər, ötən ilin 7 dekabrında Azərbaycanın COP 29-a evsahibliyi etməsinə müsbət münasbətini bildirən Ermənistanın bu jestinə cavab olaraq Bakıda saxlanılan 42 hərbçi iki azərbaycanlı əsgərin geri qaytarılması müqabilində İrəvana yola salındı. Bununla da hərbi əsir söhbətinə son verilmiş oldu. Bakıda həbsdə saxlanılanlar isə Azərbaycana qarşı saysız cinayətlər törətmiş əliqanlı canilərdir, onların bir neçəsinin ibtidai istintaqı bitsə də, hələlik mühakimə olunmayıb. Kəsəsi, Bakıda həbsdə olanlar terrorçular və separatçı rejimin quldurlarıdır. Simonyan isə belə bir fon yaratmağa çalışıb ki, guya hazırkı durumda Ermənistan alayarımçıq bir sənədi kortəbii şəkildə olsa da imzalamağa hazırdır, Azərbaycan mane olur. Əslində Simonyan etiraf etmiş olub ki, Azərbaycan yalnız sağlam və gələcəkdə mübahisələr yol verilməyən saziş üçün çalışır. Belə bir sənədin ərsəyə gəlməməsinin günahkarı isə birmənalı şəkildə Ermənistandır. Onlar konstitusiyalarından torpaq iddialarını çıxarmır.
 
Bakının Ermənistanın bu şərləməsinə reaksiyası necədir?
 
Bununla əlaqədar Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadəyə müraciət etdikdə bildirdi ki, adətən Simonyanın dediklərini şərh etmirlər. “Eybi iddialar son 20 gündə Paşinyan və Mirzoyan tərəfindən də səsləndirilib”, deyən diplomat sözügedən iddialarla bağlı rəsmi Bakının 6-7 açıqlamasının olduğunu xatırlatdı.
 
Qeyd edək ki, bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının illik sessiyasında çıxış edərək Ermənistanla “qismən sülh”ün (simvolik sülh sənədinin - red.) mümkün olmadığını bəyan edib. Bundan əvvəl C.Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə də rəsmi Bakının prinsipial mövqeyini ifadə edib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib. İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.
 
Keçmiş xunta rejiminin başçılarının Bakıda həbsxanada saxlanılan təmsilçilərinə əlahiddə status verilməsinə cəhdlər təkcə Ermənistanda deyil, bir sıra ermənipərəst çevrələrdə də israrla müşahidə olunmaqdadır. Bir müddət öncə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Avropa Parlamentinin üzvlərinin “erməni məhbusları” ilə bağlı suallara verdiyi cavaba münasibətində rəsmi Bakını hövsələdən çıxaran iddialar səsləndirmişdi. O zaman Azərbaycan XİN bildirmişdi ki, Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. “Biz bu yalan və təhrikedici iddiaları rədd edirik”. XİN sözçüsü Ayxan Hacızadə xatırlatmışdı ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib: “Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər. Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir. Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”.
 
4 minədək azərbaycanlı əsir və girovun taleyi barədə məlumatların açıqlanmamasını Azərbaycanın baş prokuroru Kamran Əliyev də bugünlərdə beynəlxalq tədbirdə bəyan edib.
 
Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir. Prezident vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib: “Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır”.
 
Ermənistan bu kimi faktlara aydınlıq gətirməkdənsə, özünü “sülhməramlı”, “zərərçəkmiş”, “yazıq” görkəmdə göstərməyə çalışır.
 
Hüquqşünas: “Qüdrət Həsənquliyev müstəqilliyimizə ən böyük təhlükədir” 
 
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında rəsmi Bakının prinsipial mövqeyindən bəhs etdi: “Ermənistan bilir ki, Azərbaycan münaqişəni doğuran səbəblərin həllini özündə ehtiva etməyən sazişi imzalamayacaq. Ona görə də davamlı olaraq özlərini sülhpərvər göstərmək üçün deyirlər ki, biz razılaşdırılmış məsələlər əsasında sülh sazişi imzalamağa hazırıq. Müharibədə məğlub olan tərəf olsalar da həyasızcasına onların şərtləri ilə sülh sazişinin imzalanmasını təklif edirlər. Çünki əmindirlər ki, heç kim buna getməz. Onlar bununla  Azərbaycanın Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi şərtilə, sülh sazişinin imzalanmasına  dair tələblərini icra etməkdən yayınır, Azərbaycanı beynəlxalq birlik qarşısında "sülh istəməyən ölkə" kimi göstərmək, bizə Qərbdəki tərəfdarları vasitəsilə beynəlxalq  təzyiqləri artırmağa nail olmaq, revanşist müharibəyə hazırlaşmaq üçün vaxt udmaq istəyirlər". Q.Həsənquliyevin sözlərinə görə, ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq və bunun nəticəsində regionda yeni geosiyasi reallıqlar formalaşacaq: “Ermənilər gözləyirlər ki, Rusiyada müharibənin nəticəsi olaraq yeni yaranacaq qərbyönümlü hakimiyyət birinci Qarabağ savaşında olduğu kimi, Qərbin təsiri ilə onların revanşist müharibəsini dəstəkləyəcək. Ukraynada savaş olmasaydı, Ermənistan çoxdan sülh sazişini imzalamışdı”. Millət vəkili hesab edir ki, Azərbaycan  və regionda sülh istəyən digər ölkələr rəsmi İrəvana təzyiqləri artırmalı, Ermənistanın silahlandırılmasını pisləməli, aparılan siyasətin çox təhlükəli olduğunu və onlara baha başa gələcəyini izah etməlidir: “Ermənistan torpaqlarımızın işğalına  son qoymayıb, sülhdən yayınaraq, 30 il işğalı davam etdirməsinin hansı nəticələrə gətirib çıxardığını anlamalı, yenidən möcüzə gözləyərək eyni səhvi təkrarlamamalı, öhdəliklərini yerinə yetirməli, yaxın qonşuluq siyasəti yürütməlidir”.
 
Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid qalıqlar aşkar olunub. Beləliklə, Ermənistan kütləvi məzarlıqların yerini belə açıqlamadığı halda, Azərbaycana qarşı fitnəkar iddialar qaldırır, üstəlik, absurd şəkildə yarımçıq sülhü imzalamağa çağırış edir. Ermənistanın hay-küyü həm də 30 il ərzində törətdiyi müharibə cinayətlərini ört-basdır etməyə yönəlik məkrli siyasətdir... /Yeni Müsavat/
 
 
Oxşar xəbərlər
16:00, Bu gün
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
15:54, Bu gün
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
15:49, Bu gün
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
15:44, Bu gün
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
15:38, Bu gün
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
15:33, Bu gün
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
15:28, Bu gün
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
15:22, Bu gün
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
15:16, Bu gün
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
15:11, Bu gün
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
15:05, Bu gün
İlham Əliyev Zəngilana getdi
15:00, Bu gün
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
14:55, Bu gün
Metro gücləndirilmiş iş rejimində çalışacaq
14:50, Bu gün
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
14:44, Bu gün
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
14:38, Bu gün
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
14:32, Bu gün
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
14:26, Bu gün
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
14:20, Bu gün
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
14:14, Bu gün
Cəbrayılda zavodun təməli qoyuldu
14:07, Bu gün
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
14:00, Bu gün
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...