Bizi sosial şəbəkələrdən izləyin:
Bizim ən böyük qayğımız sizlərsiniz və müsəlman İran Livan və Qəzzanın qəhrəman xalqının yanında olacaq.
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri SEPAH komandiri Hüseyn Salami Məşhəddə müalicə olunan yaralı Hizbullah üzvləri ilə görüşündə deyib.
"Yaxın gələcəkdə dünyanın azadlıqsevər xalqları qələbəni dadacaqlar", - Salami bildirib.
Qeyd edək ki, Hüseyn Salami iki gün əvvəl İsrailin Livana quru hücumu etməyə cəsarət edə bilməyəcəyini demişdi.