Moskvada müəmmalı Zəngəzur GÖRÜŞÜ - Rusiyanın ŞOK GEDİŞİ
Siyasət
Oxunub: 1556
21 Sep 2024 | 10:39
Moskvada müəmmalı Zəngəzur GÖRÜŞÜ - Rusiyanın ŞOK GEDİŞİ
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana son səfəri hələ də gündəmin əsas mövzularındandır. Bu arada, İranın “Mehr” agentliyi səfərlə bağlı bildirib ki, Şoyqu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar zamanı rəsmi Tehranın Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.
 
Qeyd edək ki, son aylarda ikinci dəfə İrana səfər edən S.Şoyqu prezident Məsud Pezeşkianla da görüşüb. “Rusiyanın yüksəkrütbəli təhlükəsizlik rəsmisi Rusiya prezidentinin göstərişinə əsasən, İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə, sonuncunun Sankt-Peterburqa səfəri zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün Tehrana gəlib. Şoyqu iranlı həmkarı ilə görüşdə İran İslam Respublikasının Azərbaycanla əlaqə dəhlizləri və marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib”, - məlumatda vurğulanır. Maraqlıdır, görəsən söhbət hansı siyasətdən və dəstəkdən gedir? İranın mövqeyi bəllidir...
 
İranın ali dini lideri Ayətullah Əli Xamenei Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğunu və İranın bu məsələdə qəti mövqeyini bir daha təsdiq etdiyini deyib. “İran İslam Respublikası Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğuna inanır və biz bu məsələ ilə bağlı dəyişməz mövqeyimizi bir daha təsdiqləyirik”, - ali dini lider bir müddət öncə X səhifəsində yazıb.
 
Yay aylarında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən Ayətullah Xamenei belə bir mövqedən çıxış etmişdi.
 
Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. İranın eks məmur və deputatları da davamlı şəkildə “qırmızı xət”dən bəhs edirlər. Yəni İranın qərəzli mövqeyi ortadadır. Azərbaycanın dəfələrlə öz mövqeyini ifadə etməsinə, hər hansı ölkənin ərazisində gözünün olmadığını bildirməsinə baxmayaraq, İran rəsmiləri ənənəvi bəyanatlarını səsləndirirlər, bəzən “qırmızı xətti” keçirlər. Əslində İran Ermənistanın Qərb ölkələri üçün poliqon rolunu oynamasına etiraz etməli olduğu halda, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə sərbəst gediş-gəlişə qarşı çıxmağa üstünlük verir. Belə bir durumda ABŞ Zəngəzurda, İranın “qulağının dibində” baza tikir, Ermənistandakı AES-i yenidən qurur, Fransa bu ölkəyə silahlar daşıyır. Bütün bunlara Rusiyanın da sakit reaksiyası suallar doğurur. Ermənistana daşınan silahların günün birində rus hərbçilərinə qarşı istifadə olunmayacağına da kimsə təminat verə bilməz. Qərb sanksiyaları qarşısında qalmış İran və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı da ortaq mövqedən çıxış etməsi nonsesdir. Ən azı Rusiya üçün Zəngəzur dəhlizinin fövqələhəmiyyətini unutmaq olmaz... Qərbin sanksiyaları qarşısında qalan şimal və cənub qonşularımız alternativ yolların açılmasında maraqlı olmaq əvəzinə, qapıların bağlı qalması ilə bağlı anlaşırlar. Rəsmi Bakı 3+3 formulunu təklif edib və geniş spektrli əməkdaşlıq çərçivəsində alternativ yolların açılmasında maraqlıdır, o cümlədən İranla Araz çayı üzərindən yol ideyasının gerçəkləşməsinə təkid edir. Bu yollar günün birində İrana da hava və su kimi lazım ola bilər. Qəribəsi həm də budur ki, Azərbaycan Zəngəzur dəhlizinin sülh layihəsindən çıxarıldığını bəyan edəndən sonra Kreml hərəkətə keçdiyi halda, qəfildən İranla eyni mövqeni bölüşür...
 
Belə çıxır, Tehranın Moskvaya təzyiqləri nəticə verib və Rusiya İranın maraqları naminə Zəngəzur dəhlizi layihəsindən imtina edir? Mümkünmü? “Mehr” gerçəyi təhrif edə bilərmi? Hər halda suallar çoxdur.
 
Maraqlıdır ki, Sergey Şoyqunun Tehran səfərindən bir gün sonra İranın Moskvadakı səfiri Kazım Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Bildirilir ki, tərəflər Cənubi Qafqazda vəziyyəti və regionda əməkdaşlığın vacibliyinə dair məsələləri müzakirə ediblər.
 
Xatırladaq ki, ötən ay Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanı Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr (2020) üçtərəfli sənədinin 9-cu bəndinin reallaşmasına mane olmaqda ittiham etmişdi. O bəndə görə ki, dəhlizə nəzarət məhz Rusiya FTX-yə həvalə olunması nəzərdə tutulur. Ekspertlərimiz qəzetimizə açıqlamalarında maraqlı məqamlara toxunublar.
 
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Moderator.az-a açıqlamasında bildirdi ki, rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi kifayət qədər aydındır: “Rusiya Zəngəzur dəhlizinin açılmasında yalnız o zaman maraqlı olacaq ki, üçtərəfli bəyanatda göstərildiyi kimi, dəhlizin təhlükəsizliyini bu ölkənin Federal Sərhəd Xidməti həyata keçirsin. Əlbəttə, bu dəhlizin mövcudluğu Rusiyanın iqtisadi maraqlarına da uyğundur, lakin hazırda Rusiya-İran münasibətlərində bu məsələ əsas prioritetlərdən deyil. Üstəlik, görünən odur ki, Rusiya elitasında da Zəngəzur dəhlizi ilə bağlı vahid mövqe yoxdur. Hərbi cinahı daha çox silah tədarükü maraqlandırır və bu baxımdan İranla onlar üçün o qədər də prioritet olmayan məsələyə görə münasibətləri pozmaqda maraqlı deyillər. Hazırda Rusiya Ukrayna-Rusiya cəbhəsində mövcud olan vəziyyətin dəyişməsinə səy göstərir. Qərb dövlətləri Ukraynaya onların verdiyi uzaqmənzilli raketlərdən və hava hücumu vasitələrindən istifadəyə razılıq versə - faktiki bu razılıq qismən də olsa, var - bu zaman Rusiyaya əks tədbirlər üçün analoji silahlar lazım olacaq. Buna görə də Rusiya Şimali Koreya, İran və s. dövlətlərlə danışıqlarda əsas üstünlüyü məhz silah tədarükünə verir”. S.Məmmədov əlavə etdi ki, İranın Zəngəzur dəhlizi ilə mövqeyi, daha doğrusu, mövqesizliyi də aydındır: “Sadəcə İran bu dəhlizin açılmasını istəmir. Bunun səbəblərini əvvəlki şərhlərimizdə bildirmişdik. İranın ”arqumentləri"nin hamısı bəhanələrdir. Həmin istiqamətdə yolların bərpası nə sərhədlərin dəyişdirlməsi, nə də İranın Ermənistanla kommunikasiya imkanlarının məhdudlaşmasına gətirmir. Əslində Zəngəzur dəhlizi məsələsi ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunası məsələdir". Hüquqşünas qeyd etdi ki, Ermənistan özünü müstəqil dövlət hesab edirsə, bu məsələni də Azərbaycanla ikitərəfli qaydada həll etməlidir: “Ermənistan isə destruktiv və sürüşkən mövqeyindən əl çəkmək fikrində deyil. Özünü dünyaya sülhün tərəfdarı kimi göstərməklə revanşa hazırlamaqdadır. Müasir hücum silahları əldə etməkdədir. O cümlədən super və mikrodronların tədarükünü həyata keçirir. Digər tərəfdən Rusiya ilə iqtisadi münasibətlərin möhkəmləndirməklə, siyasi münasibətləri pozmağa davam edir.Belə görünür ki, hazırda Ermənistan bütün partnyorlarını aldatmaqla məşğuldur. Hamıya vədlər verir və bəhrələnir. Nə vaxta qədər bunu edə biləcək, bu, artıq sonrakı məsələdir”.
 
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana ikinci səfəri iki dövlət arasında yaranan siyasi böhrandan irəli gəlir: “Birincisi, İran Qərblə danışıqlar əsasında Rusiya qarşı mövqe ortaya qoyub. Qərb İrana sanksiyalardan azad olmaq üçün Rusiya ilə əlaqələrə yenidən baxmağı tələb edir. Moskva da bundan narahatdır. İran isə Zəngəzur məsələsini bəhanə edir. İkincisi, İran görür ki, Qərb Yaxın Şərqdə də güclənir və özü isə Rusiya ilə eyni gəmidə olmaqla batır. Odur ki, gəmini tərk etmək üçün yollar axtarır. Ona görə də Məsud Pezeşkianı prezident postuna gətirdilər ki, Qərblə anlaşsınlar. Rusiya bunu görür və İranla danışıqlar aparır”.
 
M.Əsədullazadənin fikrincə, İran bilir ki, dəhliz açılacaq: “Ermənistan da bunu istəyir. ABŞ və Böyük Britaniya da bu dəhlizdə maraqlıdır. Sadəcə, Rusiya bu yola nəzarət etmək üçün əl-ayağa düşüb”.
 
Politoloq hesab edir ki, Azərbaycan 10 noyabr Birgə Bəyannaməsindən çıxdığını elan etməlidir: “O halda Rusiyanın artıq həmin bəyannaməyə istisna etmək imkanı qalmayacaq. Çünki Azərbaycan özü o bəyannamədən irəli gələn şərtləri yerinə yetirib. Rusiya da prosesdən kənarda olacaq”.
 
Ekspert şübhə etmir ki, Rusiya və İranın Zəngəzurla bağlı danışıqları Azərbaycanın əleyhinədir: “İranın Mehr agentliyi yalan xəbərlər yayır. Rusiya İranın Zəngəzurla bağlı mövqeyini dəstəkləmir. Şoyqu ona görə Tehrana gedib ki, İran da Rusiyanın Zəngəzurla bağlı mövqeyini dəstəkləsin və bu yolda Rusiya Federal Sərhəd Xidməti dayansın. Moskva Tehranın bu məsələdə mövqeyini dəstəkləyə bilməz”. (pravda.az)
Oxşar xəbərlər
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
28 Sep 2024 | 23:10
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 22:55
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
28 Sep 2024 | 22:54
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
28 Sep 2024 | 22:44
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
28 Sep 2024 | 22:36
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 22:20
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
28 Sep 2024 | 22:13
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
28 Sep 2024 | 22:05
Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı
28 Sep 2024 | 21:59
İraqda əhali ABŞ səfirliyinə hücum çəkdi
28 Sep 2024 | 21:55
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
28 Sep 2024 | 21:50
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
28 Sep 2024 | 21:43
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 21:32
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
28 Sep 2024 | 21:30
İranda beş günlük matəm elan edildi
28 Sep 2024 | 21:20
İmmunitet sistemini gücləndirən mövsümi qidalar
28 Sep 2024 | 21:16
ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir
28 Sep 2024 | 21:08
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 20:32
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
28 Sep 2024 | 20:29
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
28 Sep 2024 | 20:24
Kök pəhrizi ilə arıqlayın
28 Sep 2024 | 20:16
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
28 Sep 2024 | 20:08
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
28 Sep 2024 | 20:00
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 19:30
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 19:18
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
28 Sep 2024 | 19:10
Şərabın ən ucuz olduğu ölkələr
28 Sep 2024 | 19:03
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 18:55
Həsən Nəsrullahı o əvəz edəcək?
28 Sep 2024 | 18:50
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
28 Sep 2024 | 18:43
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
28 Sep 2024 | 18:37
ABŞ qoşunlarını İraqdan çıxarır
28 Sep 2024 | 18:32
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
28 Sep 2024 | 18:28
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
28 Sep 2024 | 18:20
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
28 Sep 2024 | 18:19
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
28 Sep 2024 | 18:16
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
28 Sep 2024 | 18:14
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
28 Sep 2024 | 18:06
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
28 Sep 2024 | 18:05
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
28 Sep 2024 | 18:04
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
28 Sep 2024 | 17:57
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
28 Sep 2024 | 17:52
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
28 Sep 2024 | 17:47
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
28 Sep 2024 | 17:43
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
28 Sep 2024 | 17:37
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
28 Sep 2024 | 17:31
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
28 Sep 2024 | 17:25
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
28 Sep 2024 | 17:19
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
28 Sep 2024 | 17:12
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
28 Sep 2024 | 17:06
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
28 Sep 2024 | 17:00
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
28 Sep 2024 | 16:54
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
28 Sep 2024 | 16:48
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
28 Sep 2024 | 16:42
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
28 Sep 2024 | 16:36
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
28 Sep 2024 | 16:30
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
28 Sep 2024 | 16:24
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
28 Sep 2024 | 16:18
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
28 Sep 2024 | 16:06
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
28 Sep 2024 | 16:03
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
28 Sep 2024 | 16:00
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
28 Sep 2024 | 15:55
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
28 Sep 2024 | 15:49
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
28 Sep 2024 | 15:43
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
28 Sep 2024 | 15:37
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
28 Sep 2024 | 15:31
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
28 Sep 2024 | 15:25
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
28 Sep 2024 | 15:18
Kamilənin toyu BU TARİXDƏ olacaq
28 Sep 2024 | 15:12
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
28 Sep 2024 | 15:06
Yemək yeyəndə niyə su içmək olmaz?
28 Sep 2024 | 15:00
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 14:54
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
28 Sep 2024 | 14:48
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
28 Sep 2024 | 14:42
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
28 Sep 2024 | 14:36
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
28 Sep 2024 | 14:30
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
28 Sep 2024 | 14:24
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
28 Sep 2024 | 14:18
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
28 Sep 2024 | 14:11
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
28 Sep 2024 | 14:05
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
28 Sep 2024 | 13:58
Prezident fərman imzaladı
28 Sep 2024 | 13:52
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
28 Sep 2024 | 13:46
İlham Əliyev Si Cinpini təbrik etdi
28 Sep 2024 | 13:41
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28 Sep 2024 | 13:35
Bu ərazilərdə havada toz müşahidə olunur
28 Sep 2024 | 13:29
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
28 Sep 2024 | 13:23
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
28 Sep 2024 | 13:17
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
GÜNLÜK
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 06:44
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 06:44
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ