Ermənistan poliqona çevrilir: Paşinyanın "qələmi qırılır"? - ŞƏRH + FOTO
Siyasət
Oxunub: 1728
19 Sep 2024 | 15:56
Ermənistan poliqona çevrilir: Paşinyanın
Ermənistanda daxili siyasi sabitlik getdikcə pozulur. Əslində bu, gözlənilən idi. Ölkə daxilində artan gərginlik xeyli dərəcədə bu ölkənin xarici siyasət kursu ilə bağlıdır. Belə ki, rəsmi İrəvan balanslı xarici siyasət kursu adı altında əslində öz müstəqilliyini itirir və Qərblə Rusiya arasında qalır.
 
Ermənistan Qərb dövlətlərinin, xüsusilə Fransanın təzyiqi ilə hər nə qədər Rusiyanın təsirindən çıxmağa çalışsa da, buna nail ola bilmir. Beləliklə, Ermənistan bu gün iki tərəf arasında siyasi poliqona çevrilib. Bu isə öz-özlüyündə nəinki Ermənistan hakimiyyəti, həm də ümumilikdə dövlətçiliyi üçün ciddi təhdiddir.
 
Sentyabrın 18-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməliyyat axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, Qarabağdan Ermənistana gələn iki nəfərin daxil olduğu ümumilikdə 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədilə plan hazırlayıb: "Araşdırmalar zamanı müəyyən edilib ki, həmin qanunazidd əməlin icrası üçün bu şəxslərin hər birinə 90 gün boyunca hər ay 220 min rubl məbləğində pul ödənilməklə onların Rusiya ərazisində təlim keçmələri, eləcə də Ermənistana qayıtdıqdan sonra təlimlərdə qazandıqları bilik və bacarıqları bu ölkədəki müəyyən şəxslər arasında yaymalı olduğuna dair razılıq əldə olunub. Bir müddət sonra onlar Rusiyanın Rostov şəhərinə gələrək, buradakı "Arbat" hərbi bazasında təlimlərə cəlb edilib, burada müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər".
 
 
İstintaq onu da müəyyən edib ki, həmin şəxslərin bəziləri sonradan Ermənistanda dövlət çevrilişinə dair tapşırığın icrasından imtina edib, üç nəfər isə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı həbs olunub.
 
Komitədən 4 nəfər barəsində axtarış elan edildiyi də açıqlanıb.
 
Əslində belə bir cəhd o qədər də təəccüblü deyil. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan uzun illər Moskvanın forpostu olub. Ermənistanda 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra isə ölkənin xarici siyasət kursu ilə bağlı ciddi dəyişikliklər meydana çıxdı. Bir vaxtlar Rusiyanın "çətiri altında" gizlənən Ermənistan Qərbin 3T prinsipi- təsir, təzyiq və təhriki ilə keçmiş havadarından uzaqlaşmağa başladı. Bu gün isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsini gündəmə gətirir.
 
Ermənistan əslində zəif aktordur. Elə buna görə onun üstündə Qərb və Rusiya arasında rəqabət gedir. Hər iki tərəf Cənubi Qafqazda təsir göstərə bildikləri aktor, yəni rəsmi İrəvan vasitəsilə özlərinin regiondakı təsir "rıçaqlarını" gücləndirməyə çalışırlar.
 
 
Ermənistanın Rusiyadan uzaqlaşmaq cəhdləri Kremli narahat etməmiş deyil. Çünki Rusiya imperialist dövlətdir və indi Ermənistan kimi cılız bir oyunçunun ona meydan oxuma cəhdlərini qəbul etmək istəmir. Bu mənada Kremlin Paşinyanın əlindən təngə gəlməsi və perspektivdə hətta onun "qələmini qırması" mümkündür.
 
Ermənistanın Rusiyaya qarşı atdığı addımlar reallıqlara adekvat deyil. Çünki İrəvan hər nə qədər Moskvanın təsirindən çıxmağa çalışsa da, faktiki olaraq ikincinin birinci üzərində "Domokl qılıncı" var: Ermənistan iqtisadi cəhətdən xeyli dərəcədə Rusiyadan asılıdır. Üstəgəl, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var. Perspektivdə həmin hərbçilərin hakimiyyətə qarşı hansısa addım atması qətiyyən istisna deyil. Hərçənd heç buna ehtiyac da yoxdur. Ermənistanda Rusiyanın əlaltıları az deyil. N.Paşinyanın həyatına və hakimiyyətinə qarşı hansısa cəhd Rusiya üçün o qədər də asan deyil.
 
Bunu baxmayaraq, onu da deməliyik ki, Ermənistan baş naziri hələ ki, Qərbə lazımdır. Ona görə də Fransa və ABŞ onun təhlükəsizliyinin təmin olunmasına, hakimiyyətinin qorunmasına çalışır.
 
 
Dünənki çevriliş cəhdi xəbərləri ilə bağlı yayılan məlumatda göstərilib ki, cinayətkarlar Rusiyada xüsusi təlim keçiblər. Rəsmi Moskva hələ ki, bu məsələyə münasibət bildirməyib. Mümkündür ki, proses sadəcə quramadır və Ermənistanın Rusiyadan uzaqlaşmaq üçün atdığı növbəti addımdır. Nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətinin xeyli hissəsi rusiyapərəst olmaqla hakimiyyətin hazırkı siyasətinə qarşı çıxırlar. Ona görə də, ola bilsin, iqtidar belə üsullarla ictimai rəyə təsir etmək istəyir.
 
Hərçənd deyilənlərin doğru olması və Rusiyanın, həqiqətən, artıq Paşinyanın "qələmənin qırılması" barədə qərar qəbul etməsi mümkündür. Əgər belədirsə, gələcəkdə tərəflər arasında gərginliyin artması, pik həddə çatması mümkündür.
 
Bu isə o deməkdir ki, hazırda Qərblə Rusiya arasında siyasi poliqon olan Ermənistanın gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona çevrilməsi də mümkündür.
 
Yeri gəlmişkən, xatırladaq ki, N.Paşinyan sentyabrın 18-də II Ümumdünya Erməni Sammitində çıxışı zamanı deyib ki, dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur: "Bölgədə sülh təmin olunarsa, Ermənistanın təhlükəsizliyi onun özü tərəfindən təmin edilə bilər, çünki biz təhlükəsizlik təminatlarından danışırıqsa, o zaman yalnız bir təhlükəsizlik zəmanəti var - bu, sülhdür. Hökumətimizin siyasəti bunun nə qədər çətin olduğunu anlayaraq bu zəmanəti yaradıb".
 
O, sözügedən sammitdə çıxışı zamanı, həm də Türkiyə ilə münasibətlərin normallaşmasından da danışıb.
 
 
Bu, bir daha onu göstərir ki, Ermənistanın mövcud hakimiyyəti nə Qərbə, nə də Rusiyaya güvənir. Və yeni "təhlükəsizlik çətiri" axtarır.
 
Maraqlıdır ki, elə həmin gün Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın aparatının məlumat bazasına sızdığını iddia edib. Hakerlər hökumətdən onların hesabına 2,5 milyon dollar köçürməyi tələb ediblər. Əks təqdirdə, məlumat bazası növbəti 48 saat ərzində məhv ediləcək.
 
Qeyd olunur ki, bu ilin iyun ayında Ermənistan prezidenti, baş naziri və hüquq-mühafizə orqanlarının rəsmi saytlarına hücumun həmin haker qrupu tərəfindən təşkil edildiyi ehtimal olunub.
 
Bu, bir daha onu deməyə əsas verir ki, Rusiya üçün nəinki Ermənistanın informasiya məkanına, hətta hakimiyyətin aparat mənbəyinə müdaxilə çətin məsələ deyil.
 
İstisna deyil ki, sözügedən məsələ həm də Rusiyanın Ermənistana bir mesajı, bəlkə də, hədəsi idi.
 
Rusiya hələ ki, baş verənlərə ona yaxın media vasitəsilə reaksiya verib. Hakimiyyətə yaxın "Nezavisimiya qazeta" nəşri Ermənistanda hakimiyyət çevriliş cəhdini şərh edərkən bunu xüsusilə adı çəkilən ölkə ilə KTMT arasındakı münasibət kontekstindən qiymətləndirib. Bildirilib ki, bu hadisədən sonra Ermənistanın qurumdan uzaqlaşması istiqamətində daha ciddi addımlar atıla bilər.
 
Beləliklə, bütün bunlar yaxın vaxtlarda Ermənistanda daxili siyasi gərginliyin artacağına işarədir. Qərbin artan maliyyəsi, müxtəlif orqanları, təşkilatlarının artması da buna işarədir. /Report/
 
Oxşar xəbərlər
07:15, Bu gün
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı: adamlar...
02:06, Bu gün
Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir
02:04, Bu gün
Hizbullahın nüfuzlu şəxsi 5 milyonla İsrailə qaçdı
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
02:02, Bu gün
Rusiyada onlarla sərnişinin olduğu avtobus qəzaya uğradı: Sürücü diri-diri yandı
02:01, Bu gün
Bakıda dava düşüb: Bıçaqlananlar var
01:42, Bu gün
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:37
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:32
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
29 Sep 2024 | 22:09
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 21:31
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 21:12
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
29 Sep 2024 | 21:08
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 20:34
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
29 Sep 2024 | 20:26
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
29 Sep 2024 | 20:23
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:52
Cəbrayıl şəhərinə növbəti köç olacaq
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 19:50
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
29 Sep 2024 | 19:49
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 18:50
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
29 Sep 2024 | 18:38
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
29 Sep 2024 | 18:34
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 18:05
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 18:00
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:51
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 17:45
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
29 Sep 2024 | 17:40
Məşhur aparıcının sümükləri əriyir
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 17:30
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
29 Sep 2024 | 17:26
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 17:00
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 16:45
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
29 Sep 2024 | 16:36
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 16:20
THY Brüsselə uçuşlarını təxirə salır
29 Sep 2024 | 16:13
Qulaqlarınızı bunlarla təmizləməyin
29 Sep 2024 | 16:05
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
29 Sep 2024 | 15:45
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 15:20
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
29 Sep 2024 | 15:08
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
29 Sep 2024 | 15:00
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
29 Sep 2024 | 14:50
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
29 Sep 2024 | 14:43
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
29 Sep 2024 | 14:35
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
29 Sep 2024 | 14:34
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
29 Sep 2024 | 14:28
Hamilə qadınlar bu qidaları yesin
29 Sep 2024 | 14:20
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
29 Sep 2024 | 14:16
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
29 Sep 2024 | 14:08
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
29 Sep 2024 | 14:00
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
29 Sep 2024 | 13:54
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
29 Sep 2024 | 13:45
Renkanın tədbirdə paltarı yandı - FOTO
29 Sep 2024 | 13:37
Sürücülərə XƏBƏRDARLIQ
29 Sep 2024 | 13:29
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
29 Sep 2024 | 13:18
İsrail Livanda quru əməliyyatına hazırlaşır
29 Sep 2024 | 13:10
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
29 Sep 2024 | 13:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
29 Sep 2024 | 12:56
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
29 Sep 2024 | 12:48
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
29 Sep 2024 | 12:40
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
29 Sep 2024 | 12:33
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
29 Sep 2024 | 12:25
Sabahın hava proqnozu açıqlandı
29 Sep 2024 | 12:18
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
29 Sep 2024 | 12:10
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
29 Sep 2024 | 12:00
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
29 Sep 2024 | 11:46
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
29 Sep 2024 | 11:39
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
29 Sep 2024 | 11:39
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
29 Sep 2024 | 11:38
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 11:30
Mövqelərimiz yenidən atəşə tutuldu
29 Sep 2024 | 11:23
9 nəfəri daşqın apardı
29 Sep 2024 | 11:15
İsrailin növbəti planı məlum oldu
29 Sep 2024 | 11:08
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
29 Sep 2024 | 10:57
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 10:46
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
GÜNLÜK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"