“Qarabağ Azərbaycandır”ın nidası - işğalın sonu, yeni uğurlara doğru - TƏHLİL + FOTO
Siyasət
Oxunub: 1504
19 Sep 2024 | 15:29
“Qarabağ Azərbaycandır”ın nidası - işğalın sonu, yeni uğurlara doğru - TƏHLİL + FOTO
Son yüz ildə Azərbaycan tarixində məhz sentyabr ayında bir sıra mühüm hadisələr baş verib. Həmin hadisələr respublikanın müstəqilliyi və suverenliyinin möhkəmlənməsi yolunda atılmış addımlarla əlaqədardır.
 
1918-ci il sentyabrın 15-də Bakı daşnak və bolşeviklərdən ibarət "Sentrokaspi" diktaturası qüvvələrdən azad edilib. Ancaq bu döyüş ermənilərin və onları müdafiə edən bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mübarizəsinə soy qoymadı. Bu, müstəqil dövlət süqut edənədək sürdü. Erməni-bolşevik cütlüyü Azərbaycan torpaqlarında “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qurumun yaradılmasına nail oldu.
 
1988-ci ilin payızında 300 min azərbaycanlı indi Ermənistan adlanan yerdən, öz tarixi yurd-yuvalarından qovularaq vətəndaşlıqdan və mal-mülklərindən güc tətbiqi ilə məhrum edildilər. Bu cinayətləri də yenə həmin cütlük bir qədər fərqli ad altında həyata keçirib.
 
1989-cu il sentyabrın 23-də ovaxtkı parlamentdə - Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanunu qəbul edilib.
 
f0e02302-f144-3a3b-91af-d8bc89a9.jpg (635 KB)
 
Sentyabrda Azərbaycan daha bir uğura imza atıb. 30 il əvvəl - 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri–Çıraq–Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb. Müqavilə tarixi, siyasi və beynəlxalq önəminə görə "Əsrin müqaviləsi" adlanıb. Bu, Azərbaycanın yeni regional layihələrə ev sahibliyi etməsinə və iştirakına təkan verib. Daha sonra torpaqların işğaldan azad edilməsində də mühüm yer tutub.
 
Suverenlik və müstəqillik uğurunda mübarizənin (indiki şəraitə uyğun olaraq) nöqtəsi 2023-cü il sentyabrın 19-20-də 23 saat ərzində keçirilən tədbir nəticəsində qoyulub.
 
Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır, nida” açıqlamasının nidası oldu.
 
Yeri gəlmişkən, 2019-cu il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın 7 rayonunun erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlarla ifşa etmişdi. Dövlət başçısı dünyaya bildirmişdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır.
 
84c983ff-c3b3-39c6-afa2-3208dfc9.jpg (164 KB)
 
Bunun davamı olaraq, Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistanın təcavüzkar siyasətini tutarlı faktlarla sübut etdi. O, 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyasını, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa etmişdi.
 
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan etmişdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.
 
Dövlət başçısı bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Prezident İlham Əliyev vurğulamışdı ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyiş mümkün olmayacaq, Azərbaycan öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaq.
 
fb14c267-57d7-3d30-abb0-633d2725.jpg (112 KB)
 
2020-ci il sentyabrın 27-də torpaqların azad edilməsi uğrunda başlamış “Dəmir yumruq” adlı əməliyyat 44 günlük müharibə ilə başa çatdı. Ancaq separatçıların və terrorçuların tör-töküntüləri müxtəlif səpgili silahlı hücumlar edərək Azərbaycanın təhlükəsizliyini pozmağa səy göstərirdi. Lakin 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ermənilərin və havadarlarının Azərbaycan torpaqlarında törətdikləri özbaşınalıqlara, cinayətlərə son qoydu. Qondarma rejimin kökü qazındı. Azərbaycanın müasir tarixində ilk dəfə torpaqlarında “at oynatmış”, yaxud onu parçalamaq istəyən ermənilər diz çökdürüldü, separatçıların "liderləri" həbs olundular.
 
Ruben Vardanyan, Davit Manukyan, Levon Mnatsakanyan, David Babayan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan Azərbaycana qarşı törətdikləri bütün cinayət əməllərinə görə Bakıda ifadə verirlər.
 
Bu tarixədək erməniləri Azərbaycana qarşı törətdikləri cinayətlərə görə daim böyükləri, havadarları mükafatlandırıblar. Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan Xocalı, Ağdaban və başqa şəhərlərdə qətliamlar, soyqırımılar təşkil etdikləri üçün Ermənistanda prezident olub, dövlətdə yüksək vəzifələri tutublar.
 
a94ef58e-3168-3d2a-bf5c-5021301c.jpg (74 KB)
 
Ötənilki tədbir rəsmi Bakının ölkənin suverenliyinin bərpasında qətiyyətinin də göstəricisidir. Azərbaycan hakimiyyəti BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü təmin edib.
 
Bu hadisə Ermənistanın Azərbaycana qarşı törədəcəyi təxribatların qarşısının alınmasında da böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirmişdi: “Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.
 
Antiterror əməliyyatı Ermənistanın Azərbaycandan gözünü yığışdırıb, bu torpaqlarda qaladığı cinayət ocağını söndürüb. Bu tədbirdən sonra rəsmi Bakının vasitəçilərsiz, birbaşa və ikitərəfli görüşlərlə bağlı təklifinə razılıq verilib.
 
Sentyabrın 19-u hadisəsi vecsiz, faydasız ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə de-fakto xitam verib. Tədbir regionda yeni layihələrin başlamasına da təkan verib. Günümüzdə Zəngəzur yolunun açılması ilə bağlı müzakirələrin intensivləşməsində də ötənilki sentyabr hadisələrinin çox böyük rolu var.
 
fd6316a4-12aa-37d7-97df-9dad2eec-2.jpg (73 KB)
 
Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb olub. Sentyabrın 19-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
 
Azərbaycanın bayramına dostları sevinir, düşmənləri görməzdən gəlirlər. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib: “Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib”.
 
Beləliklə, Azərbaycan son 106 ildə mövcud beynəlxalq şərtlər daxilində ərazi bütövlüyünü bərpa edib, işğalçını qovub. Suverenliyin, ərazi bütövlüyün daimi olsun, Azərbaycan! Yeni sentyabrlarda yeni uğurlara doğru...
 
Sədrəddin İsmayılov,
Report.az
 
Oxşar xəbərlər
02:06, Bu gün
Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir
02:04, Bu gün
Hizbullahın nüfuzlu şəxsi 5 milyonla İsrailə qaçdı
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
02:02, Bu gün
Rusiyada onlarla sərnişinin olduğu avtobus qəzaya uğradı: Sürücü diri-diri yandı
02:01, Bu gün
Bakıda dava düşüb: Bıçaqlananlar var
01:42, Bu gün
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:37
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:32
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
29 Sep 2024 | 22:09
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 21:31
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 21:12
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
29 Sep 2024 | 21:08
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 20:34
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
29 Sep 2024 | 20:26
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
29 Sep 2024 | 20:23
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:52
Cəbrayıl şəhərinə növbəti köç olacaq
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 19:50
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
29 Sep 2024 | 19:49
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 18:50
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
29 Sep 2024 | 18:38
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
29 Sep 2024 | 18:34
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 18:05
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 18:00
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:51
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 17:45
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
29 Sep 2024 | 17:40
Məşhur aparıcının sümükləri əriyir
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 17:30
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
29 Sep 2024 | 17:26
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 17:00
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 16:45
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
29 Sep 2024 | 16:36
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 16:20
THY Brüsselə uçuşlarını təxirə salır
29 Sep 2024 | 16:13
Qulaqlarınızı bunlarla təmizləməyin
29 Sep 2024 | 16:05
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
29 Sep 2024 | 15:45
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 15:20
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
29 Sep 2024 | 15:08
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
29 Sep 2024 | 15:00
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
29 Sep 2024 | 14:50
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
29 Sep 2024 | 14:43
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
29 Sep 2024 | 14:35
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
29 Sep 2024 | 14:34
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
29 Sep 2024 | 14:28
Hamilə qadınlar bu qidaları yesin
29 Sep 2024 | 14:20
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
29 Sep 2024 | 14:16
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
29 Sep 2024 | 14:08
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
29 Sep 2024 | 14:00
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
29 Sep 2024 | 13:54
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
29 Sep 2024 | 13:45
Renkanın tədbirdə paltarı yandı - FOTO
29 Sep 2024 | 13:37
Sürücülərə XƏBƏRDARLIQ
29 Sep 2024 | 13:29
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
29 Sep 2024 | 13:18
İsrail Livanda quru əməliyyatına hazırlaşır
29 Sep 2024 | 13:10
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
29 Sep 2024 | 13:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
29 Sep 2024 | 12:56
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
29 Sep 2024 | 12:48
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
29 Sep 2024 | 12:40
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
29 Sep 2024 | 12:33
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
29 Sep 2024 | 12:25
Sabahın hava proqnozu açıqlandı
29 Sep 2024 | 12:18
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
29 Sep 2024 | 12:10
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
29 Sep 2024 | 12:00
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
29 Sep 2024 | 11:46
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
29 Sep 2024 | 11:39
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
29 Sep 2024 | 11:39
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
29 Sep 2024 | 11:38
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 11:30
Mövqelərimiz yenidən atəşə tutuldu
29 Sep 2024 | 11:23
9 nəfəri daşqın apardı
29 Sep 2024 | 11:15
İsrailin növbəti planı məlum oldu
29 Sep 2024 | 11:08
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
29 Sep 2024 | 10:57
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 10:46
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
29 Sep 2024 | 10:39
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
GÜNLÜK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"