Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Türkmənistanda keçiriləcək görüşü müzakirə edib
Siyasət
1757
18 Sep 2024 | 20:03

Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Türkmənistanda keçiriləcək görüşü müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə Beynəlxalq Xəzər gününə həsr olunmuş ənənəvi illik görüşü keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, görüş zamanı Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi müzakirə edilib.
 
Həmçinin, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. (report.az)
Link kopyalandı!
Son xəbərlər