Siyasət
1967
13 Sep 2024 | 22:46

"ABŞ və NATO var gücü ilə Türkiyənin Asiyaya dönüşünün qarşısını alır" - "Aydınlık Gazetesi"

"Türkiyənin Asiya ilə inteqrasiyası Amerikanın dünyada hegemonluğu üçün neqativ nəticələr törədəcək, bu səbəbdən ABŞ Türkiyə ilə bağlı təhdidləri gücləndirir..."
 
ABŞ və NATO Türkiyəni regionun sabitliyi və təhlükəsizliyini sarsıdan qüvvə adlandırmaqda davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık Gazetesi" yazıb.
 
Amerika Aralıq dənizində öz "xeyirxah işlərini" görmək, məsələn, Ankara ilə müharibə ssenarisini işləyib hazırlamaq üçün fəallıq göstərir. Bəs Türkiyəni müdafiə etməli olan NATO-da üzvlük məsələsi necə olsun? Şərqi Aralıq dənizi yenidən Türkiyə gündəliyinin məsələsinə çevrilir.
 
Hər şeydən göründüyü kimi, ABŞ  planlı şəkildə əvvəlcə Yunanıstanda, indi isə Cənubi Kiprdə hərbi mövcudluğunu artırıb. ABŞ və Cənubi Kipr admonistrasiyasının müdafiə nazirikləri arasında yeni saziş Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin hüquqları və maraqlarına qarşı yönəlib.
 
Saziş "Şərqi Aralıq dənizində təhlükəsizlik və sabitliyin" təmin edilməsilə əsaslandırılır. Bəllidir ki, ABŞ Türkiyəni "təhlükəsizlik və sabitliyi sarsıdan qüvvə" olduğunda ittiham edir. 
 
Üstəlik, bu gün Türkiyə Alyansın üzvü olmasına rəğmən, NATO tərəfindən də oxşar ittihamlarla üzləşir. Xəbər verildiyi kimi, NATO xüsusi əməliyyatlar Komandanlığı Yunanıstanda keçirilən illik təlimlərdə iştirak edəcək.
 
Türkiyə Şimali Atlantika Alyansının üzvüdür, lakin Komandanlığın Egey dənizi adalarında manevrlərdə iştirak etməsinə mane ola bilməz, bu manevrlərin gedişində Türkiyə ilə müharibə ssenarisi işlənib hazırlanacaq. O zaman Türkiyənin təhlükəsizliyini təmin etməli olan NATO-da üzvlük necə olsun?
 
NATO-nun cənub-şərqi regional planı
 
Daha bir məqamı vurğulayaq. "Soyuq müharibə"dən sonra "Alyansın hərtərəfli müdafiə planlarının" üçündən biri olan Cənub-Şərqi regional planı Aralıq və Qara dənizlərini əhatə edir. 
 
Yaxşı, bəs bu planın gerçəkləşdirilməsi üçün kim məsuliyyət daşıyır? İdarəetməni NATO-nun Neapolda olan Birləşmiş Qüvvələrinin Komandanlığı, yəni ABŞ həyata keçirir.
 
Türkiyənin Aralıq və Qara dənizlərdə, yəni "Mavi Vətən" ərazisində hüquq və maraqları NATO Birləşmiş Qüvvələrinin Komandanığının hökmranlığındadır. Hazırlanan plan NATO-nun yeni konsepsiyasında "qaydaları pozan" kimi nəzərdən keçirilən milli dövlətlərin aradan götürülməsinə hədəflənib.
 
Bəllidir ki, aradan götürülməsi nəzərdə tutulan hədəflər sırasına əsas hegemonun ABŞ-ın olduğu Atlantik düzəninə qarşı çıxan istənilən dövlət və əlbəttə ki, Türkiyə daxildir. 
 
Türkiyənin Asiyaya dönüşünün qarşısının alınması
 
ABŞ hərbi qüvvələrinin Şərqi Aralıq dənizində konkret məqsədi Türkiyənin Asiyaya dönüşünün qarşısının alınmasıdır. Amerika bu səylərində NATO-dan ən səmərəli alət kimi istifadə edir.
 
ABŞ bir tərəfdən Türkiyəni öz təbii müttəfiqləri ilə üz-üzə dayanmağa məcbur edir. Digər tərəfdən isə NATO-nun iştirakı ilə Türkiyənin maraqlarına açıq şəkildə zidd olan təşəbbüslərdə bulunur.
 
Türkiyənin Asiya ilə inteqrasiyası onun milli təhlükəsizliyindən başlayaraq bütün sahələrdə həyatı əhəmiyyətli maraqları üçün mütləq marşrutdur. Lakin əgər bu, baş verərsə, Amerikanın dünyada hegemonluğu üçün neqativ nəticələr törədəcək.
 
ABŞ hadisələrin belə inkişafının qarşısını almağa cəhd edərək Türkiyə ilə bağlı hərbi təhdidləri gücləndirir. Bu gün Alyans üzvü olan ölkə Alyansın strateji oriyentasiyası qarşısında maneə kimi nəzərdən keçirilir. 
 
Hər şeydən göründüyü kimi, tezliklə NATO-nun ən həssas cəbhəsi Şərqi Aralıq dənizi olacaq. Lakin qeyd edək ki, bu gün ABŞ-ın Kipr və Egey dənizi vasitəsilə Türkiyəyə yönələn təhdidi həm də dünyanın inkişaf etməkdə olan ölkələrinə qarşı yönəlib.
 
Ona görə də Şərqi Aralıq dənizində Atlantika təcavüzünün qarşısının alınması təkcə Türkiyənin deyil, həm də Rusiya, Çin və İranın milli təhlükəsizlik sahəsində maraqlarının qorunmasına imkan verəcək.
 
Müəllif: Fikrət Akfırat
Link kopyalandı!
Son xəbərlər