Putinin bu çıxışını ciddi qəbul edirik - ABŞ
1861
13 Sep 2024 | 21:43

Putinin bu çıxışını ciddi qəbul edirik - ABŞ

ABŞ Rusiya Prezidenti Vladimir Putinin son açıqlamasını ciddi qəbul edir.
 
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
 
"Biz buna ciddi yanaşırıq və bu cür fəaliyyətləri daim izləyirik", - Kirbi vurğulayıb.
 
Qeyd edək ki, ötən gün Rusiya lideri açıqlamasında bildirib ki, əgər Ukraynaya Rusiya ərazisinə zərbələr endirilməsi ilə bağlı məhdudiyyətləri qaldırarsa, bu, NATO ölkələrinin - ABŞ, Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa heç nə demək olmayacaq.
Link kopyalandı!
Son xəbərlər