4 ölkənin səfirləri İran XİN-ə çağırıldı
1820
12 Sep 2024 | 18:18

4 ölkənin səfirləri İran XİN-ə çağırıldı

Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın İrandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
 
“Ukrayna münaqişəsi ilə bağlı qeyri-konstruktiv bəyanatlardan və İrana qarşı sanksiyaların tətbiqindən sonra Tehrandakı Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın diplomatik nümayəndə heyətlərinin başçıları bu gün Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda bildirilib.
 
Görüşdə İran XİN-in Qərbi Avropa ölkələri idarəsinin rəisi Məcid Nili Əhmədabadi ölkəsinin Ukrayna münaqişəsi ilə bağlı açıq və bəyan edilmiş mövqeyini bir daha vurğulayıb:
 
“Əvvəllər də qeyd edildiyi kimi, İran İslam Respublikasının Rusiyaya ballistik raket satışı ilə bağlı hər hansı iddia tamamilə əsassız və yalandır”.
Link kopyalandı!
Son xəbərlər