Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Ukraynaya əlavə 700 milyon dollardan çox vəsait ayırıb.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken açıqlayıb.
Məlumata görə, elektrik şəbəkələrinin təmiri üçün 325 milyon dollar, humanitar yardım olaraq 290 milyon dollar və minaların təmizlənməsi üçün 100 milyon dollardan çox vəsait ayrılıb.
Blinken xatırladıb ki, ABŞ və digər G7 ölkələri Ukraynanın yenidən qurulması və müdafiə səyləri üçün Rusiyanın dondurulmuş aktivlərindən 50 milyard dollar ayırmağa razılaşıblar.