ABŞ rəsmisinin Azərbaycan səfərinin SENSASİON pərdəarxası - ŞƏRH
Siyasət
Oxunub: 287
14:01, Bu gün
ABŞ rəsmisinin Azərbaycan səfərinin SENSASİON pərdəarxası - ŞƏRH
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
 
Bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
 
Məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.
 
Maraqlıdır, II Qarabağ müharibəsindən sonra adətən Ermənistana səfərləri ilə yadda qalan ABŞ Müdafiə və Kəşfiyyat orqanlarının səlahiyyətliləri bu dəfə nə əcəb Bakıya səfər etmək barədə düşünüblər? Azərbaycanla ABŞ-ı hansı təhlükəsizlik hədəfləri birləşdirir ki, Patrik Prior Prezidentin köməkçisi Hikmət Hacıyevlə bu məsələlər ətrafında müzakirələr aparıb?
 
HEYDER OGUZ.jpeg (277 KB)
 
Moderator.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, xüsusilə son zamanlar yayğınlaşmış qənaətlərin əksinə, Azərbaycanla ABŞ arasında çox sıx müdafiə əlaqələri var və onu birdən-birə kəsib atmaq olmaz:
 
“Əvvəla, Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, dünya ağalığı uğrunda mübarizə aparan heç bir dövlət onu bir kənara qoyub regionda rahat hərəkət edə bilməz. Ölkəmiz Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən mühüm “körpü dövlət”lərdən biridir. Azərbaycansız iki region arasında əlaqə qurmaq mümkün deyil. Yeri gələndə, ya Ermənistanın, ya da Gürcüstanın biri bu körpünün pazlı olmaqdan çıxsa, dünya dağılmaz. Azərbaycanın kənarda qalması isə Qərbin Mərkəzi Asyaya açılımının üzərindən xətt çəkər. Bu baxımdan Azərbaycan Cənubi Qafqazdakı yeri əvəzedilməzdir. Digər tərəfdən, Azərbaycan öz təbii sərvətləri ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. “Qoca qitə”nin Rusiya asılılığından qurtulması üçün bu birliyə ehtiyac var. Əks halda, xüsusilə Şərqi Avropa ölkələri ABŞ-Rusiya rəqabətində çətin vəziyyətə düşər və ağ bayraq qaldırar. ABŞ da məhz bu səbəbdən özünün əsas tərəfdaşlarını itirmək istəmir və Azərbaycanla münasibətlərini davam etdirməyə maraq göstərir. Ən əsası, biz Türkiyənin birbaşa yardımları ilə Ordumuzu NATO standartlarına ən çox uyğunlaşdırmış Cənubi Qafqaz ölkəsiyik. Silahlarımız da bu standartlara uyğundur. Sözsüz ki, NATO-nun cənub-şərq qanadının lokomotivi kimi çıxış edən Türkiyə bunu ABŞ-ın bilgisi xaricində həyata keçirməzdi. ABŞ-ın buna etirazı olsaydı, bəlkə də bu yardımlaşma reallaşmazdı. Üstəlik, Azərbaycan Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi sayəsində faktiki NATO-nun gizli üzvünə çevrilib. Əlbəttə ki, bizim ətrafımızda baş verənlər ABŞ-ı da dərindən ilgiləndirir və ilgiləndirməlidir də. ABŞ-ın son zamanlar əsas probleminə çevrilmiş İran məsələsi də bizi yaxınlaşdırır. Azərbaycanın son vaxtlar İran tərəfindən açıq şəkildə təhdid edilməsinin artdığını nəzərə alsaq, anlaya bilərik ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru Bakıya səfərə gəlməyə vadar edən səbəblərdən biri də budur”.
 
Heydər Oğuz qeyd edib ki, İranla aramızda son zamanlar çıxan gərginliyin əsas səbəblərindən biri Zəngəzur dəhlizidir:
 
“İran müxtəlif bəhanələrlə bu dəhlizin açılmasına mane olmağa çalışır və bizdən çox Ermənistanı təhdid edir.
 
dehliz.jpg (131 KB)
 
Azərbaycan yeri gələndə Avropa ilə nəqliyyat bağlantısını Gürcüstan vasitəsilə həyata keçirir. Ermənistanın dalandan çıxması üçün isə mütləq Zəngəzur dəhlizi açılmalıdır. İran isə buna razılıq vermək istəmir, Ermənistana təzyiq edir və rəsmi İrəvan da başını aşağı salıb onun hər dediyi ilə oturub durur. Nəticədə ABŞ-ın Cənubi Qafqaz siyasəti iflasa uğrayır. Bu baxımdan, ABŞ üçün Cənubi Qafqazın ən zəif həlqəsi Ermənistan, ən güclü həlqəsi isə Azərbaycandır. Hazırda ABŞ hakimiyyəti Ermənistanın başını sığallasa da, ona güvən vermək xətrinə bəzən bizə barmaq silkələsə də, əsl həqiqətdə Vaşinqtonun itirə bilməyəcəyi ölkə bizik, Ermənistan yox. Bu ona bənzəyir ki, ağlayan uşağı sakitləşdirmək üçün onun xətrinə dəyən böyüklərdən birini ən sərt qaydada tənbeh edirsən”.
 
Siyasi şərhçi Patrik Priorun Bakı səfərini yalnız Cənubi Qafqazda yaşanan problemlərlə məhdudlaşdırmaq fikrində deyil. Onun dediyinə görə, Priorun Bakıya səfəri ilə təxminən eyni gündə Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Con Fayner Kiyevə getmişdi:
 
“Ukrayna və ABŞ rəsmilərinin mətbuat açıqlamalarından aydın olur ki, Fayner Kiyevdə ölkə prezidenti Zelenski və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşmüşdü. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin sözlərinə inansaq, Fayner Kiyevdə olarkən Baydenin prezidentliyinin qalan hissəsi üçün strateji planlaşdırmanı koordinasiya etmək üçün səfərə gəlmişdi. Nəzərə alsaq ki, Zelenskinin özü də yaxınlarda ABŞ-a gedəcəyini və ölkənin həm indiki, həm də gələcək prezidentliyə namizədləri ilə görüşəcəyini, onlara Ukraynanın qələbəsinin yol xəritəsini göstərib kömək istəyəcəyini bildirmişdi, o zaman Vaşinqtondan regiona səfərlərin əsl mətləbi ortaya çıxır. Anlaşılan budur ki, Vaşinqton Ukraynaya ciddi hərbi dəstək verəcəyi halda, Rusiyanın və İranın hansı addımlar ata biləcəyini müəyyənləşdirmək niyyətindədir. Rusiyanın başının Ukraynada bərk qarışdığından faydalanan İranın Cənubi Qafqazda ciddi təxribatlar törədə biləcəyi istisna edilmir”.
 
Heydər Oğuz iki gün əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə Böyük Britaniyanın MI6-nın rəhbərlərinin Londonda birgə mətbuat konfransı keçirdiklərini və Rusiya əleyhinə ciddi bəyanatlar verdiklərini də bu kontekstdə təsadüfi saymır:
 
“MKİ-nin direktoru Villiam Börns mətbuat konfransında Avropa müttəfiqlərinə “rus təhlükəsi” barədə xəbərdarlıq etdikdən sonra onları Moskvadan çəkinməməyə və Ukraynanı daha ciddi şəkildə dəstəkləməyə çağırdı. Ukraynanın Kurs əməliyyatını Rusiya üzərində qazanılan taktiki uğur kimi qiymətləndirən Börns, lakin bunun Putin rejimini zəiflətmədiyini bildirdi. Kəşfiyyat şefinin fikrincə, Rusiyanı tam məğlubiyyətə uğratmaq üçün Avropa ölkələri daha ciddi çalışmalı və Putinin təhdidlərinə boyun əyməməlidirlər. Görünən budur ki, növbəti payız və ya yaz mövsümündə ABŞ öz tərəfdaşlarını və müttəfiqlərini böyük döyüşlərə hazırlayır. Belə bir kritik zamanda Patrik Priorun Bakıya gəlib Azərbaycan rəsmiləri ilə məsləhətləşmələr aparması təsadüfə oxşamır”.
 
Həmsöhbətimiz Azərbaycanın son zamanlar BRICS-ə üzvlüklə bağlı müraciətinin də ABŞ-ı narahat edə biləcəyini düşünür:
 
“Görünür, Vaşinqtondakılar bizim ciddi şəkildə belə bir fikrə düşdüyümüzü, yoxsa blef etdiyimizi dəqiqləşdirmək istəyirlər. Əslində Prezident İlham Əliyev buna cavabı Beynəlxalq Çernobbio Forumunda verdi.
 
CERNOB.jpg (209 KB)
 
Beynəlxalq forumda moderatorun suallarını cavablandıran ölkə başçısı rəsmi Bakının Avropa İttifaqı ilə gərgin münasibətini “adekvat cavab” olaraq dəyərləndirdi. Bununla da “Avropa bizə qarşı iddialarından çəkilsin, biz də yenidən Avropa Şurasına qayıdaq” mesajını verdi”.
 
Heydər Oğuzun fikrincə, ABŞ və Avropa İttifaqının Azərbaycanla yenidən əlaqələrini genişləndirməyə çalışması rəsmi Bakının diplomatik uğurudur və yəqin ki, bu münasibətlər getdikcə əvvəlki axarına qayıdacaq.
 
Oxşar xəbərlər
17:12, Bu gün
Polis əməkdaşları hərəkətin intensiv olduğu yollarda xidmətlərini davam etdirirlər - VİDEO
17:08, Bu gün
Sumqayıtda 21 yaşlı gənc hündürlükdən yıxılaraq öldü
17:04, Bu gün
Fuad Hüseynov: "Qarabağa 8000-dək insan köçürülüb" - FOTO
16:58, Bu gün
Estetik əməliyyatda pasiyenti ölən həkimin MƏHKƏMƏSİ BAŞLAYIR
16:54, Bu gün
Əmək pensiyaları hansı əsasla indeksləşdirililir? - CAVAB
16:48, Bu gün
Sevdanı izləyən manyakla bağlı QƏRAR
16:42, Bu gün
Turist zəhərli ilanların olduğu qapalı adaya düşdü – VİDEO
16:36, Bu gün
Yay aylarında ən çox yağıntı bu il qeydə alınıb
16:30, Bu gün
Tokayev İlham Əliyevə zəng etdi
16:23, Bu gün
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - Nəqliyyat Eksperti DANIŞDI
16:16, Bu gün
"Dairə qapanır": USQ Kursk vilayətində daha bir körpünü məhv etdi - VİDEO
16:09, Bu gün
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
16:02, Bu gün
"Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşük" - Ziya DANIŞDI
15:55, Bu gün
Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir? – Anası onu... – AÇIQLAMA
15:50, Bu gün
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
15:44, Bu gün
Qəzaya düşən Mirmahmud Mirəlioğlu danışdı - "Həm hərbi maşına, həm də..."
15:38, Bu gün
Yaxın günlərdə... - Sülh sazişi ilə bağlı real şans
15:32, Bu gün
Gəncədə "ÖLÜ KART" ƏMƏLİYYATI: 1 milyonluq yeyinti
15:26, Bu gün
Şöbə rəisi və həkimə cinayət işi açıldı - 126 minlik dələduzluq
15:20, Bu gün
Kamandan oxatanlarımız Vətənə medalla döndü - FOTOLAR
15:15, Bu gün
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
15:09, Bu gün
Xoşbəxtliyə dair 20 aforizm
15:02, Bu gün
"Ukrayna müharibədə qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək" - Zelenski
14:56, Bu gün
Rəsmi Bakı Tacikistanı təbrik etdi
14:51, Bu gün
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
14:48, Bu gün
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
14:45, Bu gün
Qiymətlər belə artırılırmış: Hər faizə görə ailələrə 2-3 milyard ziyan...
14:39, Bu gün
Bakıda evdən 89 min manatlıq oğurluq - 3 nəfər saxlanıldı
14:33, Bu gün
Əhalinin DİQQƏTİNƏ: Bu gündən güclü partlayış səsləri eşidiləcək
14:27, Bu gün
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
14:20, Bu gün
COP29-dan sonra Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLANDI
14:14, Bu gün
Məşhur aparıcıdan ÜZÜCÜ XƏBƏR
14:07, Bu gün
"Olaf Şolts Ukrayna üçün "sülh planı" hazırlayır" - "La Repubblica"
14:01, Bu gün
ABŞ rəsmisinin Azərbaycan səfərinin SENSASİON pərdəarxası - ŞƏRH
13:56, Bu gün
Dünyanın ən hündür atı haqqında maraqlı faktlar
13:50, Bu gün
Sumqayıtda avtotəmir sexindəki yanğın söndürüldü - YENİLƏNİB
13:48, Bu gün
“Türkiyənin iqtisadi böhrandan qısa müddətdə çıxması real görünmür...”
13:46, Bu gün
Bəstəkar İmruzə Hüseynovanın "Mübarəkdir Zəfərim" adlı yaradıcılıq gecəsi keciriləcək
13:45, Bu gün
Corc Qafarov işdən ayrılma səbəbini açıqladı: "Cəhənnəmə, qara-gora oyna, mən də səni istəmirəm" - VİDEO
13:43, Bu gün
“Qərbi Azərbaycan Manifesti gəncliyin gözü ilə” adlı layihəsinin icrasına başlanılır
13:39, Bu gün
Ukrayna diplomatının işdən çıxarılmasının əsl səbəbi məlum oldu
13:38, Bu gün
UEFA Millətlər Liqası: Türkiyə İslandiyaya qarşı - AFİŞA
13:33, Bu gün
Rusiyada güclü yanğın: Helikopter cəlb olundu
13:33, Bu gün
Azərbaycanda kişi arvadını GÜLLƏLƏDİ
13:31, Bu gün
ƏHD Partiyası: “İran dost olmayan dövlət elan edilsin”
13:26, Bu gün
Sabah bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
13:20, Bu gün
Tələbələrə yataqxana və nəqliyyat üçün də kredit veriləcək? - Rəsmi AÇIQLAMA 
13:15, Bu gün
BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir - FOTO
13:09, Bu gün
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
13:04, Bu gün
"Mənim sinfim olub, məktəbim yox" - Vaqif Gərayzadə
12:58, Bu gün
Makronu Paralimpiya Oyunlarının bağlanış mərasimi zamanı fitə basıblar - VİDEO
12:52, Bu gün
Məktəbli formasına ehtiyac varmı? - “Ailələr üçün əlavə maliyyə yükü...”
12:46, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimələndi
12:40, Bu gün
Hərbçilərə ev bu şərtlərlə veriləcək: Qaydalar asanlaşdı
12:40, Bu gün
Azərbaycanlı alimdən səhiyyə xərclərinin idarə edilməsi ilə bağlı TƏKLİF
12:35, Bu gün
“Bakılı oğlanlar”ın çempionluğunu elan edən bakılı oğlan – Maslyakov kim idi?
12:30, Bu gün
Prezident forum iştirakçılarına müraciət ünvanladı
12:24, Bu gün
İran XİN: Sərhədlərin dəyişdirilməsi cəhdinə qətiyyətli etirazımızı bildiririk
12:18, Bu gün
Kabulda faciə: Baydenin yalanı 13 hərbçinin ölümünə səbəb olub
12:14, Bu gün
İran vətəndaşına kuryerlik edən keçmiş məhkum 50 kiloqram narkotiklə TUTULDU
12:13, Bu gün
Həyət evi almaq istəyənlərə XƏBƏRDARLIQ
11:57, Bu gün
654 manatlıq yeyib-içdi - Hesab gələndə qaçmaq istədi
11:55, Bu gün
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
11:45, Bu gün
O nədir ki, Xəzərdə soyu tükənir, Azovda artır?
11:34, Bu gün
Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkisində öndədir
11:34, Bu gün
"İnsanlar Günəş sistemini tərk edəcəklərmi? Bu, tamamilə mümkündür - ekspert rəyi
11:19, Bu gün
FHN Gəncədə gecə təlimi keçirib
11:17, Bu gün
Ədliyyə nazirinə yeni müavinlər təyin olunub
11:11, Bu gün
NİİM dərs ilinin başlanmasına görə müraciət edib: Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq
11:10, Bu gün
DYP "Formula-1"lə bağlı müraciət edib
11:08, Bu gün
Geomaqnit qasırğası gözlənilir
11:06, Bu gün
Ermənistanın Auditorlar Palatasının sədri: Belə davam edərsə, 25 ilə ölkədə əhali qalmayacaq
11:04, Bu gün
Alen Simonyan: "Mənim üçün "Dağlıq Qarabağın prezidenti" deyə bir anlayış yoxdur"
10:55, Bu gün
İran nədən narahatdır? - "Qırmızı xətt"lər çoxalır
10:52, Bu gün
Füzulidə ağır qəza: Ölən və xəsarət alanlar var
10:49, Bu gün
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
10:46, Bu gün
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
10:32, Bu gün
Düyü böhranı: Limitlə satılacaq
10:26, Bu gün
Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR
10:25, Bu gün
Düşmənin 5 metrlik bunkeri BELƏ VURULDU – VİDEO
10:16, Bu gün
Sentyabr ayı 4 bürc üçün fantastik olacaq: Mühüm tarixlər
10:09, Bu gün
Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyir
09:58, Bu gün
Yola bitum dağıldı, 6 maşın toqquşdu - Fotolar
09:54, Bu gün
Komandolar 30 dəqiqəyə düşməni belə darmadağın edib – ŞOK FAKTLAR
09:44, Bu gün
Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
09:36, Bu gün
Dollarla bağlı mühüm açıqlama - Məşhur iqtisadçı insanlara ÇAĞIRIŞ ETDİ
09:22, Bu gün
Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA
09:16, Bu gün
Son günlər əhali arasında yayılan virus nədir? – VİDEO
09:08, Bu gün
Ukrayna bu ölkədəki səfirini geri çağırdı, digərlərinə XƏBƏRDARLIQ ETDİ
09:03, Bu gün
“Yes Travel” şirkətinin rəhbərləri yenidən məhkəmə qarşısında
08:48, Bu gün
Sirli video kaset tapan ata və oğul dəhşətə gəldilər
08:35, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ - 10 sentyabr saat 10:00-dan etibarən...
08:32, Bu gün
İldırımlar daha çox çirklənmiş səmaları vurur... -TƏHQİQAT - “SCiİENCE ALETT”
08:27, Bu gün
İsrail Suriyanı VURDU: 5 nəfər öldü, 19 nəfər yaralandı
07:45, Bu gün
"Rusiyanın Qərbdəki agentura şəbəkəsi çökür..."- EKSPERT
07:41, Bu gün
Rusiya Ukraynanı “silahsız məğlub etmək” variantı üzərində işləyir...
07:09, Bu gün
Yəhudi rejissor film festivalında İsrailin Qəzzada davam edən soyqırımını pislədi...-VİDEO
08 Sep 2024 | 23:39
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
08 Sep 2024 | 23:37
Toya getmişdi, cənazəsi gəldi - FOTO
08 Sep 2024 | 23:26
Nigeriyada azı 48 nəfər yol qəzasında yanaraq ölüb
GÜNLÜK
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia