Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur - ŞƏRH
Siyasət
Oxunub: 182
14:52, Bu gün
Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur - ŞƏRH
"Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Vətən savaşındakı tarixi Qələbəmizə qədərki dövrdə ölkənin digər regionlarında görülən işlər - infrastrukturların yenilənməsi, quruculuq, abadlıq işləri, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, səhiyyə, təhsil müəssisələri, mədəniy"yət ocaqlarının inşa edilməsi, turizmin inkişafı üçün münbit şərait yaradılması istiqamətində sürətli sosial-iqtisadi inkişaf göz qabağındadır. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də uğurla davam edir".
 
Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.
 
İşğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin dövlətimizin başçısının xüsusi diqqət və nəzarətində olduğunu diqqətə çatdıran Cavanşir Feyziyev əlavə edib: “Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlər bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Bir sözlə, ölkə Prezidentinin səfərləri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir və özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, erməni vandalizmindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir.
 
Bu mənada, Prezidentin sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri təkcə kəlbəcərlilərin deyil, hər bir azərbaycanlının böyük sevincinə səbəb oldu. Kəlbəcərin abadlaşdırılması, füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik şəhərin müasir memarlıq nümunələri ilə yenidən qurulması, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır. Təbiətin bəxş etdiyi gözəlliklər dövlətimizin başçısının rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca daha cəlbedici mənzərə yaranır”.
 
Fəlsəfə doktorunun sözlərinə görə, Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik dilbər guşələrindən biridir. Eyni zamanda, Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Ermənistanla sərhədinin uzunluğu 109 kilometrdir, yəni, ən uzun sərhəd xətti Kəlbəcər istiqamətindədir. Təbii ki, bu da Kəlbəcərin təhlükəsizlik baxımından da ölkəmiz üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir.
 
Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik. İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir və bütün bu proses Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun şəkildə gerçəkləşdirilir. Azad olunmuş ərazilərimizə, o cümlədən Kəlbəcərə münasibətdə dövlətimizin başçısının strateji, gələcəyə hesablanmış bir baxış bucağı var. Görülən işləri təhlil etdikcə əminliklə söyləyə bilərik ki, gələcəyin Azərbaycanının quruculuq prosesi azad olunmuş ərazilərimizdən başlayır. Qarabağ, Şərqi Zəngəzur ən müasir, modern və müstəqil Azərbaycanın gələcək modelidir.
 
Cavanşir Feyziyev qeyd edib ki, bütövlükdə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər Azərbaycan dövlətinin, xalqının nə qədər böyük qurucu potensiala və yaradıcı təfəkkürə malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də 30 ilə yaxın zaman kəsiyində cənnət guşələrimizi cəhənnəmə çevirən zehniyyətlə fərqimizi ortaya qoyur. Sentyabrın 2-də gerçəkləşən səfər çərçivəsində dövlətimizin başçısının Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirakı, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyması, eyni zamanda, Kəlbəcər Şəhər Təhsil Kompleksində bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi və 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olması, Xudavəng monastır kompleksinə ziyarəti, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşaatla yaxından maraqlanması, Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışı, SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışı fikirlərimizin parlaq təsdiqidir.
 
“Prezident İlham Əliyevin Kəlbəcər səfərini hadisəyə çevirən isə “İstisu” mineral su zavodunun açılışı oldu. Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın sözləri ilə desək: “Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağı təbiətin qeyri-adi hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir, hətta bir çox xüsusiyyətlərinə görə dünyada yeganədir”.
 
Görkəmli kimyaçı-alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları analiz etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətini Çexiyanın məşhur “Karlovı-Varı” suyundan daha yüksək tərkibdə olduğunu qiymətləndirmiş və bu müalicə ocağının təkcə bu əraziyə, bu regiona deyil, ümumilikdə Azərbaycana, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.
 
Bu mənada, mübaliğəsiz deyə bilərik ki, ölkə başçısının diqqət və nəzarəti ilə hazırda tikilməkdə olan “İstisu” Müalicə-İstirahət Kompleksi yaxın gələcəkdə beynəlxalq səviyyəli müalicə mərkəzinə çevriləcək. 32 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, istirahət üçün nəzərdə tutulan iaşə obyektləri də yaradılacaq ki, bütün bunlar, Kəlbəcəri özünü maliyyələşdirməklə yanaşı, büdcəyə gəlir gətirən bir rayona, beynəlxalq və yerli turizm mərkəzinə çevirəcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi artıq öz əməli təsdiqini tapan reallıqdır”, - deyən fəlsəfə doktoru fikirlərini yekunlaşdırıb.
 
Oxşar xəbərlər
17:06, Bu gün
Bu 5 maşın modelinə Aİ-92 töksəniz, mühərriki gec-tez "dağılacaq" - VİDEO
17:00, Bu gün
ADU-nun məzunu Sürix Universitetinə qəbul olundu - FOTO
16:54, Bu gün
Ağar: "Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə olan geosiyasi reallıq yaratmağa çalışırlar"
16:47, Bu gün
Orduda maddi-texniki təminat üzrə toplanış keçiridi - FOTO
16:41, Bu gün
Britaniyalı akademik: "COP29 Azərbaycan üçün mühüm bir addımdır"
16:35, Bu gün
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
16:29, Bu gün
Prezident İlham Əliyevin İtaliyadan dünyaya verdiyi ÖNƏMLİ MESAJLAR
16:22, Bu gün
Hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyi... - ŞƏRTLƏR
16:16, Bu gün
Anklavlar təhvil verilir: Öncə bu kəndlər qaytarılır...
16:13, Bu gün
İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb
16:11, Bu gün
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
16:02, Bu gün
Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
15:56, Bu gün
Prezident İlham Əliyev fərman imzaladı
15:49, Bu gün
"Rusiya qlobal sualtı rabitə strukturuna hədəflənib, ABŞ həyəcan təbili çalır" - CNN
15:42, Bu gün
Keçmiş məhkum və onun qadın şərikində narkotik vasitə aşkarlandı - VİDEO
15:36, Bu gün
Prezident mühüm qanunu TƏSDİQLƏDİ: bu şəxslər...
15:30, Bu gün
Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar
15:24, Bu gün
Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik etdi - FOTO
15:19, Bu gün
“Hər şey yaxşıdırsa, o zaman bu qədər etirazçının küçələrdə nə işi var?”
15:12, Bu gün
Bazarda qiymətlər aşağı düşəcək: Yeni meyarlar müəyyənləşdi
15:05, Bu gün
Sizi uğursuz edən 6 VƏRDİŞ
14:58, Bu gün
"İsrail strateji təşəbbüsü əldən verib, İran isə hələ döyüşə başlamayıb" - İRNA agentliyi
14:52, Bu gün
Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur - ŞƏRH
14:46, Bu gün
Afət Fərmanqızıdan etiraf: "Həmin verilişə görə biz ayrıldıq" - VİDEO
14:40, Bu gün
Həyat sığortası verməyən şirkətlər: Hansı xəstəlikdən ölməyi ŞƏRT qoyurlar
14:34, Bu gün
27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatdı 
14:27, Bu gün
Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol!
14:20, Bu gün
COP29 Azərbaycan Sədrliyinin diplomatik korpusun üzvləri üçün ikinci brifinqi baş tutub - FOTO
14:13, Bu gün
Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?
14:06, Bu gün
Ağdam və Bakıda maşın qaçıranlar tutuldular
14:00, Bu gün
"Manatlıq taksi"lərlə bağlı AÇIQLAMA
13:56, Bu gün
Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA
13:50, Bu gün
"Biz Rusiyanı sülhə məcbur etməliyik" - Zelenski
13:44, Bu gün
Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
13:40, Bu gün
Mehriban Əliyeva Lamiyə Vəliyevanı növbəti qələbəsi münasibətilə təbrik edib
13:36, Bu gün
İdmançımız finala vəsiqə qazandı
13:32, Bu gün
Alma sirkəsi mifi: "Bu cür üsulların reklamı ya öldürür, ya da..."
13:27, Bu gün
İlham Zəkiyev bu dəfə medal qazana bilmədi
13:23, Bu gün
Vilayət Eyvazov TDT ölkələrinin DİN rəhbərlərinin iclasında İŞTİRAK ETDİ - FOTO
13:19, Bu gün
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
13:13, Bu gün
Xankəndidə silah-sursat tapıldı
13:13, Bu gün
Hansı müğənninin başında bit var? - QALMAQAL
13:06, Bu gün
Uzun ömür yaşamağın 3 sirri - Bu vərdişlər qadınları tez qocaldır
13:00, Bu gün
Lamiyə Vəliyeva növbəti medalını qazandı - FOTO
12:54, Bu gün
Rusiya Ukrayna Ali Radasına dronla hücum edib - FOTO
12:50, Bu gün
Mina: “Yalnız olmaq yaxşıdır” - FOTO
12:46, Bu gün
Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq
12:43, Bu gün
Gömrük Komitəsi ləğv olunur? -  SON DƏQİQƏ 
12:40, Bu gün
Prezident braziliyalı həmkarını təbrik etdi
12:34, Bu gün
Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda - VİDEO
12:28, Bu gün
"Minsk razılaşmaları" bir tələdir və bir daha onlara dönmək olmaz" - Zelenski
12:21, Bu gün
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
12:15, Bu gün
Bakıda evdə partlayış: Xəsarət alan var - VİDEO
12:09, Bu gün
İranı Rusiya ilə üz-üzə qoyan dəhliz: Bakının mövqeyi necədir? - TƏHLİL + FOTO
12:03, Bu gün
Roza oğullarından imtina etdi - VİDEO
11:58, Bu gün
Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə - FOTO
11:52, Bu gün
Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək
11:46, Bu gün
“28 May”dakı təmir nə vaxt yekunlaşacaq? - VİDEO
11:42, Bu gün
Bu xəstəliyi olanlar göyəm yeməlidir
11:35, Bu gün
Skuterlə qayda pozanlar cərimələnir?
11:21, Bu gün
XƏBƏRDARLIQ: Azərbaycan dondurulmuş ətə möhtac qalacaq - 2018-ci ildən bəri...
11:10, Bu gün
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik”-Tünzalənin bacısı-FOTO+ÖZƏL
10:55, Bu gün
Balanslı qidalanma nədir?
10:48, Bu gün
Təzə kartof ürəyinizi necə "sabit" edə bilər?
10:43, Bu gün
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...”- Analitik
10:38, Bu gün
Gürcüstanda zəlzələ oldu
10:34, Bu gün
Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?- ALDANMAYIN!
10:22, Bu gün
DİQQƏT! Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş
10:11, Bu gün
Qarabağ erməniləri Ermənistandan da köçür - pasportlaşmanın səbəbi
10:08, Bu gün
Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)
10:01, Bu gün
Sentyabrın 7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
09:50, Bu gün
Ramin Səfərova yüksək vəzifə verildi
09:39, Bu gün
“BakıKart” mobil tətbiq istifadəçilərinin data məlumatları oğurlana bilərmi? - “Risk həmişə var...”
09:33, Bu gün
Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO
09:26, Bu gün
Oğluyla birgə arvadının xəyanətini izlədi - Zəng edib... - VİDEO
09:12, Bu gün
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər
09:07, Bu gün
Selena Qomez milyarder oldu
08:49, Bu gün
 TƏCİLİ! Rusiyanın kəndləri boşaldılır - BU SƏBƏBDƏN 
08:43, Bu gün
Xocalıya gedən vətəndaşlara XƏBƏRDARLIQ
08:20, Bu gün
Rusiya-Ukrayna ilə müharibəsinin bitməsinin ŞƏRTLƏRİNİ AÇIQLADI -Payızda...
08:15, Bu gün
Metroya skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVAB
08:11, Bu gün
Ukrayna ordusu Rusiyanın bu ərazisini bir aydır ki, nəzarətdə saxlayır...-VİDEO-XÜLASƏ
08:03, Bu gün
Şuşaya qayıdan sakin: Ən böyük arzuma çatmışam
07:50, Bu gün
Şuşa şəhərinə daha 27 ailə yola salınıb- FOTOLAR 
07:40, Bu gün
ÜST-dən mühüm açıqlama - Mobil telefondan istifadə beyin xərçənginə səbəb olur?
07:33, Bu gün
Rusiyanın bu şəhərində Ukrayna Baş Komandanını gözləyirlər?..-FOTOLAR
07:32, Bu gün
“Telegram” iki funksiyanı sildi - Fırıldaqçılar istifadə edirdi
06:50, Bu gün
"İran artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərib..."-“The Wall Street Journal
00:29, Bu gün
“Axşamdan aktivlik başlayıb, səhər püskürüb”-VULKANLARI necə izləyirlər?-ÖZƏL+AÇIQLAMA
06 Sep 2024 | 23:10
Dünya ən isti yayı yaşadı, dəhşətli XƏBƏRDARLIQ: “Daha dağıdıcı nəticələri olacaq”
06 Sep 2024 | 22:58
Şəxsiyyət vəsiqəsində yaşını azaldan sənətçilərimiz-onları hansı cəza gözləyir?-ARAŞDIRMA+MARAQLI
06 Sep 2024 | 22:50
İsrail 35 radikalı məhv etdi
06 Sep 2024 | 22:44
Nazir çimərlikdə hücuma məruz qaldı
06 Sep 2024 | 22:36
Beyin üçün faydalı və zərərli içkilər
06 Sep 2024 | 22:28
Teleqram bu funksiyanı sildi
06 Sep 2024 | 22:20
Fransalı voleybolçu Azərbaycan klubuna keçdi
06 Sep 2024 | 22:13
Böyük ailələrdə çörək və ət istehlakı minimum səviyyədən aşağıdır - Rəsmi
06 Sep 2024 | 22:05
İsrail açıqladı: Livana hücuma hazırlaşırıq - Təcili
06 Sep 2024 | 21:58
ADY sərnişinləri diqqətli olmağa çağırdı
06 Sep 2024 | 21:50
F-16-lar azdır, daha çox verin - Zelenski
GÜNLÜK
06 Sep 2024 | 18:10
Bu, dünyanın ən sağlam qidasıdır! ÜST AÇIQLADI: ÖMRÜ UZADAN PƏHRİZ
06 Sep 2024 | 17:44
İtaliyada mühüm forum: İlham Əliyev çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
06 Sep 2024 | 17:32
Tehran “Zəngəzur dəhlizi”nə görə Moskvaya KƏSKİN XƏBƏRDARLIQ edir
06 Sep 2024 | 23:10
Dünya ən isti yayı yaşadı, dəhşətli XƏBƏRDARLIQ: “Daha dağıdıcı nəticələri olacaq”
06 Sep 2024 | 19:00
Şuşada 32 ildən sonra ilk toy - FOTOLAR-VİDEO
06 Sep 2024 | 18:33
İstirahət günlərində parklara getmək istəyənlərin nəzərinə!
06 Sep 2024 | 19:21
“Arzu edərdim ki, nə vaxtsa Azərbaycan barədə də belə xoş sözlər işlədək...”
06 Sep 2024 | 22:58
Şəxsiyyət vəsiqəsində yaşını azaldan sənətçilərimiz-onları hansı cəza gözləyir?-ARAŞDIRMA+MARAQLI
06 Sep 2024 | 17:26
Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri...
06 Sep 2024 | 17:38
Məşhur türk aktrisası Bakıda filmə çəkiləcək - FOTO
HƏFTƏLİK
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
06 Sep 2024 | 18:10
Bu, dünyanın ən sağlam qidasıdır! ÜST AÇIQLADI: ÖMRÜ UZADAN PƏHRİZ
06 Sep 2024 | 17:44
İtaliyada mühüm forum: İlham Əliyev çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
06 Sep 2024 | 17:32
Tehran “Zəngəzur dəhlizi”nə görə Moskvaya KƏSKİN XƏBƏRDARLIQ edir
06 Sep 2024 | 23:10
Dünya ən isti yayı yaşadı, dəhşətli XƏBƏRDARLIQ: “Daha dağıdıcı nəticələri olacaq”
06 Sep 2024 | 19:00
Şuşada 32 ildən sonra ilk toy - FOTOLAR-VİDEO
06 Sep 2024 | 18:33
İstirahət günlərində parklara getmək istəyənlərin nəzərinə!
06 Sep 2024 | 19:21
“Arzu edərdim ki, nə vaxtsa Azərbaycan barədə də belə xoş sözlər işlədək...”
06 Sep 2024 | 22:58
Şəxsiyyət vəsiqəsində yaşını azaldan sənətçilərimiz-onları hansı cəza gözləyir?-ARAŞDIRMA+MARAQLI
06 Sep 2024 | 17:26
Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri...
06 Sep 2024 | 17:38
Məşhur türk aktrisası Bakıda filmə çəkiləcək - FOTO