Vaşinqtonla İrəvan yeni plan hazırlayıb - TƏFƏRRÜAT
Siyasət
Oxunub: 1379
13 Jul 2024 | 17:04
Vaşinqtonla İrəvan yeni plan hazırlayıb - TƏFƏRRÜAT
Azərbaycanı Ermənistanla sülh müqaviləsi imzalamağa tələsdirən ABŞ və Fransa ölkəmizə qarşı yeni məkrli ssenari hazırlayıblar. Məqsəd sülh müqaviləsi imzalanandan dərhal sonra Azərbaycana qarşı çoxsaylı məhkəmə iddiaları qaldırmaq, "qarabağlı ermənilərin qayıdışının təminatı" məsələsini gündəmə gətirməkdir.
 
"MPG/Gallup International Association" beynəlxalq araşdırma mərkəzinin Ermənistandakı ofisi ölkədə yeni sorğu keçirib. Azərbaycana qarşı ərazi iddialarının yer aldığı "Dövlət Müstəqilliyi haqqında" bəyannaməyə istinadın preambulasında əks olunduğu Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsini Azərbaycan tələb edir.
 
Zəruri, məntiqi və qaçılmaz olan dəyişikliklər edilməzsə, sülh müqaviləsi sadəcə çərçivə sazişi olacaq və Ermənistan 2020-ci ilin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın bəndlərinin heç birinə (!) əməl etmədiyi kimi, sülh sazişinin şərtlərinə də praktiki olaraq eyni münasibəti sərgiləyəcək.
 
Ölkəmizə qarşı ərazi iddialarının Konstitusiyada legitimləşməsi kimi beynəlxalq hüquqa zidd və mahiyyətində aqressiya olan müddəanı ali qanununda saxladıqca Ermənistanda revanşistlərin aktivləşməsi, hətta yeni hərbi əməliyyatların başlanılması tələblərinin səslənməsi əsla istisna deyil.
 
Ermənistan rəşbərliyinin ordunun qalıqlarını sürətlə silahlandırmaq strategiyasını seçdiyini və Fransa ilə Hindistanın İrəvana hücum silahları ilə hərbi texnika tədarükünə başladığını nəzərə alsaq, üstəlik baş nazir Nikol Paşinyanın Qərblə Rusiya və İran arasında geosiyasi barraj vurmağa çalışdığını da xatırlasaq, sülh müqaviləsinin tələsik, "çiy" halda imzalanması Azərbaycanın maraqlarına cavab vermir.
 
"Gallup"in Ermənistan ofisi ölkədə keçirdiyi rəy sorğunu ilə bağlı hesabat yayıb. Ofisin rəhbəri Aram Navasardyanın dediyinə görə, sorğuya qatılanların 80,3 faizi Ermənistan Konstitusiyasının dəyişməz qalmasına, 11,7 faizi ali qanunda bəzi müddəaların və bəndlərin dəyişikliyə zərurət duymasına əmin olduqlarına, 3,3 faizi isə ölkəyə yeni Konstitusiya gərəkdiyini hesab ediblər.
 
A.Navasardyanın dediyinə görə, sən demə, Ermənistan Konstitusiyasında dəyişikliklərə və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasına zərurət duyulması barədə rəsmi Bakının bəyanatlaına qədər "rəqəmlər fərqli idi": "Belə ki, bu ilin yanvarında respondentlərin 38,1 faizi Ermənistan Konstitusiyasının dəyişməz qalmasını istədiklərini, 34,2 faizi isə dəyişikliklərə ehtiyac duyulduğunu deyirdilər. Rəyi soruşulanların 13,4 faizi isə əmindilər ki, Ermənistana yeni Konstituasiya lazımdır".
 
Ermənistanın Konstitusiyasında dəyişikliklər olmayınca, sülh müqaviləsi mümkün deyil. 1990-cı ilin avqustun 23-də qəbul edilmiş "Ermənistanın Dövlət Müstəqilliyi Haqqında" bəyannaməsində Ermənistan Ali Sovetinin "Qarabağ Ermənistana birləşmiş ərazidir" ifadəsi ermənilərin Konstitusiyasının preambulasında da təkrarlanır.
 
Yəni rəsmi İrəvan konstitusion olaraq hələ də 1989-cu ilin dekabrın 1-də Ermənistan Ali Sovetinin qəbul etdiyi qərara əsaslanır. Halbuki Ermənistan SSR və xüsusilə də Xankəndindəki separatçı-terrorçu rejim tarixə qovuşub.
 
Belədə, "Gallup"un Ermənistan xidmətinin keçirdiyi sorğuda rəyi soruşulan ermənilərin 80,3 faizinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyi mənzərəsi yaranır.
 
Aydın situasiyadır: erməni cəmiyyətində illüziyalar, saxta tarixə və miflərə əsaslanan düşüncələr, revanşizm, qisasçılıq və "yeni, uğurlu müharibə"yə ümid az deyil.
 
Daha bir maraqlı məqam var. "Gallup"un Ermənistan ofisinin keçirdiyi həmin sorğuna iştirak etmiş respondentlərin təqribən 60 faizi Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini "yolverilməz" sayıb. Respondentlərin 37 faizi şərti dövlət sərhədinin delimitasiyasını dəstəklədiklərini bildiriblər.
 
Ermənistanın hakimiyyət elitası yumşaq desək, birmənalı durumda deyil.
 
Baş nazir Nikol Paşinyan fasiləsiz bəyan edir ki, Ermənistan Azərbaycanın ərazi bütünlüyünü, sərhəd toxunulmazlığını və suverenliyini tanıyır. Bu isə təbii ki, Qarabağın və hazırda Ermənistanın işğalında qalmış 4 kəndimizin də Azərbaycan ərazisi olduğunu aksiomatik olaraq ehtiva edir.
 
Belədə "Gallup"in keçirdiyi sorğu rəsmi İrəvanın sülhlə bağlı bəyanatlarının və açıqlamalarının yalan olduğunu, erməni cəmiyyətinin sülhə hazır olmadığını, tam əksinə, revanşizm əhval-ruhiyyəsinin güclü olduğunu göstərir.
 
Bu arada xatırladaq ki, "Freedom House" və digər beynəlxalq QHT-lərin hazırladığı, Azərbaycanı "etnik təmizləmə", "insanlığa qarşı cinayətlər" və "müharibə cinayətləri"ndə ittiham edən hesabat dərc edib. "Niyə Dağlıq Qarabağda heç bir erməni yoxdur?" adlı xüsusi hesabat dərc edildi. Sənəddə göstərilir ki, bu təşkilatdan başqa həmin hesabatın hazırlanmasında digər beynəlxalq QHT-lər də iştirak edib: "Açıq Cəmiyyət İnstitutu" (Open Society Foundations), "İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq" (International Partnership for Human Rights), sualları hazırlayan Ukrayna QHT-si "Həqiqət İtləri" (Truth Hounds), "Demokratiyanın İnkişafı Fondu" (Democracy Development Foundation), "Helsinki Vətəndaş Assambleyası" (Helsinki Citizens Assembly), "Sərhədsiz Hüquqların Müdafiəsi QHT" (Protection of Rights without Borders), "Hüququn İnkişafı və Müdafiəsi Fondu" (Law Development and Protections Foundation).
 
Hesabatın ABŞ Dövlət Departamentinin birbaşa göstərişi və sifarişi ilə hazırlandığı şübhə doğurmur: bu güman yox, son aylar Vaşinqtonun Cənubi Qafqaz bölgəsi ilə bağlı yürütdüyü siyasətin və tutduğu mövqeyin təhlili nəticəsində gəlinmiş qənaətdir.
 
Prosesin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin birbaşa kontrolunda olması da güman edilir. O-Brayenin 2023-cü ilin noyabrında Konqresdəki dinləmələrdəki çıxışını və bu ilin iyun ayında "Azadlıq" radiosunun Ermənistan xidmətinə verdiyi müsahibəsində dediklərini xatırlasaq, kifayətdir.
 
Sözügedən hesabat sonradan Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək üçün mənbələrdən biri qisminlə hazırlanıb.
 
Ceyms O-Brayenin bəyanatları, bəhs etdiyimiz hesabat və "Gallup"un Ermənistan ofisinin keçirdiyi sorğunun nəticələrinin açıqlaması göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, ABŞ və Fransanın ölkəmizə qarşı təzyiqləri səngiməyəcək. Tam əksinə, pressinq və birbaşa təzyiq cəhdləri daha da artacaq.
 
Vəziyyətin məhz bu cür olmasına dəlalət edən məqamlardan biri ABŞ və Fransanın, sonra da təbii ki, Ermənistanın ATƏT-in Minsk Qrupu adlı tarixin zibilliyinə atılmış strukturla bağlı tutduqları mövqedir.
 
Rəsmi Bakı İrəvana təklif edib ki, Qarabağ məsələsi artıq olmadığından Azərbaycanla Ermənistan ATƏT-ə müraciət edərək Minsk Qrupunun ləğvini istəsinlər. Minsk Qrupu Azərbaycan-Ermənistan münaqişəsinin yox, Qarabağ problematikasının dinc danışıqlar vasitəsilə nizamlanması üçün yaradılmışdı. Qarabağ münaqişəsi problematikasını Azərbaycan həll etdiyi üçün ATƏT-in Minsk Qrupunun mövcudluğuna da heç bir səbəb yoxdur.
 
Məntiqi və sadə təklifə Ermənistan rəhbərliyi hələ də cavab verməyib. Bəlkə də cavab vermək istərdi, lakin "geosiyasi hami"ləri ABŞ və Fransa belə cavabın səslənməməsini istəyirlər.
 
Səbəb bəsitdir: İrəvanla yanaşı, Vaşinqton və Paris "Qarabağ problemi" adlı tam süni məsələnin regional siyasətin gündəmindən çıxması iəl razılaşmadıqlarından "problem var, həllini tələb edir" deyirlər.
 
Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilmədən sülh müqaviləsinin bağlanması üçün Azərbaycanı tələsdirən, Bakını "sülh gündəliyi" ilə razı salmağa çalışan Vaşinqtonun məqsədi də sülh müqaviləsi imzalanandan sonra yeni prosesə başlamaqdır.
 
ABŞ prezidenti Co Baydenin demokrat administrasiyasının hədəfinin nə olduğunu "Freedom House" və bir sıra QHT-lərin hazırladıqları hesabatdan da görmək olardı.
 
Hesabatdan, sadəcə, bir iqtibasa nəzər salaq: "Azərbaycan hakimiyyətinin hərəkətləri və ritorikası, Dağlıq Qarabağın etnik ermənilərinin başlarına gələnlərin birlikdə təhlili onların Qarabağdan məcburi köçünün qəsdən törədildiyi qənaətinə gəlmək üçün məntiqli əsaslar verir. Sübutlar Dağlıq Qarabağı etnik erməni əhalisindən təmizləməyə yönəlmiş koordinasiyalı, uzunmüddətli planın olduğunu göstərir. Müvafiq olaraq, Azərbaycanın sənədləşdirilmiş hərəkətləri keçmiş Yuqoslaviya münaqişəsi kontekstində başa düşülən etnik təmizləmə meyarlarına cavab verir. Etnik təmizləmə məhkəmədənkənar edamlar, işgəncələr, əsassız həbslər və saxlamalar, qida və həyat zəruri olan dərmanlara çıxışın məhdudlaşdırılması, mülki əhalinin zorla çıxarılması, köçürülməsi və deportasiyası, mülki əhaliyə və mülki ərazilərə qəsdən hərbi hücumlar və ya hücumla hədələnməsi və əmlakın məhv edilməsi vasitəsilə həyata keçirilib. Faktaraşdırıcı missiya müəyyən etmişdir ki, bu hərəkətlər, eləcə də bu xülasədə göstərilən digər əməllər Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə, o cümlədən həmin Əsasnamənin 7-ci (insanlığa qarşı cinayətlər) və 8-ci maddələrinə (müharibə cinayətləri), eləcə də deportasiya və ya əhalinin zorla köçürülməsi anlayışına uyğundur".
 
Cenyms O-Brayenin sabğiq Yuqoslaviyadakı hərbi əməliyyatlar və savaşlara görə Serbiyaya qarşı beynəlxalq səviyyədə qaldırılmış məhkəmə iddialarının hazırlanmasında bilavasitə özü də aktiv iştirak etməsini, onun peşəkar və yüksək səviyyəli hüquqşünas olmasını nəzərə alsaq Qərbin Azərbaycana qarşı yeni "oyun" hazırladığını ehtimal edə bilərik.
 
Rəsmi Vaşiqtonun bölgəmizlə bağlı taktikasının əlamətlərini Ceyms O-Brayenin ötən ilin noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində təşkil olunmuş dinləmələrdə səsləndirdiyi "Dağlıq Qarabağın gələcəyi" adlı hesabatın məzmunundan da anlamaq olardı.
 
Xatırladaq ki, sözügedən sənədin əsas hissələri "Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması", "Ermənistana yardım edilməsi" və "Sülhün əldə olunması".
 
Yəni Vaşinqton üçün əsas, ümdə məsələ sülhün əldə olunması yox, qarabağlı ermənilərdən vasitə kimi istifad etməkdir.
 
Bu isə Bayden administrasiyasının bölgəmizdə sülh və stabilliyin bərqərar olması bəyanatlarının arxasındakı priorietlərin nədən ibarət olduğunu göstərir.
 
Elçin Alıoğlu
TREND
 
Oxşar xəbərlər
22:08, Bu gün
Binəqədidə əməliyyat: odlu silah götürüldü
22:00, Bu gün
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
21:52, Bu gün
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
21:44, Bu gün
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
21:41, Bu gün
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
21:36, Bu gün
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
21:28, Bu gün
Bakıda 4 ulduzlu otel yanır
21:20, Bu gün
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
21:12, Bu gün
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
21:04, Bu gün
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
20:56, Bu gün
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
20:48, Bu gün
Yuxuda telefon görmək nə deməkdir?
20:40, Bu gün
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
20:32, Bu gün
"Kadırov Putinə qarşı çıxıb?.."
20:26, Bu gün
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
20:21, Bu gün
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
20:18, Bu gün
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
20:17, Bu gün
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
20:15, Bu gün
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
20:11, Bu gün
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
20:03, Bu gün
Bu restoranda nöqsanlar aşkarlandı
19:56, Bu gün
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
19:49, Bu gün
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
19:42, Bu gün
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
19:36, Bu gün
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
19:30, Bu gün
İdman etmədən arıqlamağın FƏSADLARI
19:24, Bu gün
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
19:18, Bu gün
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
19:12, Bu gün
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
19:06, Bu gün
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
19:00, Bu gün
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
18:54, Bu gün
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
18:49, Bu gün
"Ağ ölüm”lə mübarizə - FOTO
18:48, Bu gün
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
18:42, Bu gün
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
18:36, Bu gün
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
18:24, Bu gün
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
18:18, Bu gün
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
18:14, Bu gün
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
18:14, Bu gün
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
18:10, Bu gün
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
18:05, Bu gün
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
18:00, Bu gün
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
17:58, Bu gün
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
17:54, Bu gün
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
17:50, Bu gün
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
17:49, Bu gün
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
17:45, Bu gün
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
17:41, Bu gün
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
17:36, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
17:32, Bu gün
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
17:26, Bu gün
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
17:19, Bu gün
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
17:13, Bu gün
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
17:07, Bu gün
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
17:02, Bu gün
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
16:57, Bu gün
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
16:57, Bu gün
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
16:50, Bu gün
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
16:44, Bu gün
Şamxal Həsənov vəzifəsindən azad olundu
16:38, Bu gün
İrana vurulan şillə - VİDEO
16:32, Bu gün
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
16:25, Bu gün
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
16:18, Bu gün
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
16:12, Bu gün
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
16:05, Bu gün
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
16:00, Bu gün
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
15:54, Bu gün
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
15:48, Bu gün
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
15:46, Bu gün
ATMU ali təhsil müəssisələrinin sərgisində
15:45, Bu gün
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
15:42, Bu gün
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
15:37, Bu gün
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
15:37, Bu gün
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
15:32, Bu gün
İsmayıl Haniyə DƏFN OLUNUR
15:27, Bu gün
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
15:20, Bu gün
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
15:13, Bu gün
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
15:07, Bu gün
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
15:01, Bu gün
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
14:58, Bu gün
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
14:53, Bu gün
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
14:46, Bu gün
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
14:35, Bu gün
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
14:30, Bu gün
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
14:23, Bu gün
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
14:16, Bu gün
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
14:09, Bu gün
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:48, Bu gün
İlham Əliyev fərman imzaladı
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
GÜNLÜK
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır