Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır
Siyasət
Oxunub: 1366
11 Jul 2024 | 13:19
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır
Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
 
Moderator.az xəbər verir ki, AZƏRTAC Azərbaycanın Pakistanla münasibətlərinin tarixinə və müasir dövrdə inkişafına qısa nəzər salıb.
 
Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
 
Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
 
Siyasi əlaqələr və təmaslar
 
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə ulu öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.
 
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.
 
Pakistan İslam Respublikası prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verib. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib.
 
Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edəcək dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirəcək. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanması nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.
 
Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Azərbaycan Respublikasının ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan yeganə dövlətdir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan prezidenti, baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.
 
Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.
 
Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir. Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.
 
Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının son iki sammitində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb. Bundan əlavə, ötən ilin iyununda Pakistanın baş naziri Azərbaycanda səfərdə olub.
 
Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda da inkişaf etdirilməsidir. Bu baxımdan Astanada "ŞƏT plyus" formatında görüş çərçivəsində iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş çox önəmlidir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, "Üç qardaş" şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.
 
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: "Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır".
 
Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. O bildirib: "Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".
 
Bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterini və strateji tərəfdaşlıq səviyyəsini nümayiş etdirir.
 
İqtisadi sahədə əməkdaşlıq
 
1995-ci ilin oktyabrında Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol" imzalanıb, 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub. 2017-ci ilin fevralında Azərbaycandan ixrac missiyası Pakistanda işgüzar səfərdə olub. Həmin ilin iyulunda isə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib və "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. 2019-cu ilin aprelində Bakıda Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sərgisi keçirilib. Pakistan Pavilyonunda 10 şirkət təmsil olunub.
 
Həmin ilin sentyabrında keçirilən Azərbaycan-Pakistan biznes forumunda kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və digər sahələrdə fəaliyyət göstərən 150-dən artıq iş adamı iştirak edib, Azərbaycan Ticarət və Sənaye Palatası ilə Pakistanın Sərhəd Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, həmin ilin oktyabrında Bakıda Pakistan malları, dekabrında əczaçılıq məhsulları sərgisi təşkil olunub. Bundan sonra iki ölkədən nazirlər və biznes dairələri səviyyəsində çoxsaylı səfərlər reallaşdırılıb. 2023-cü ilin iyulunda Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Lahorda "Azərbaycan Respublikasının "SOCAR Trading" şirkəti ilə Pakistan "LNG Limited" şirkəti arasında LNG yüklərinin alqı-satqısı haqqında Çərçivə Müqaviləsi"nin imzalanma mərasimi keçirilib.
 
Buna baxmayaraq, Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticarət sahələrində aktivlik ikitərəfli münasibətlərin səviyyəsinə uyğun deyil. Bununla belə bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial vardır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır.
 
Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.
 
Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir.
 
Humanitar sahədə əməkdaşlıq
 
Azərbaycan və Pakistan bütün sahələrdə olduğu kimi, humanitar sahədə əməkdaşlığa da böyük önəm verir. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə indiyə qədər 9 milyon ABŞ dollarından çox yardım edib. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və məktəb 2012-ci ildə əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb.
 
Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu "Könüllü qadınlar" təşkilatı və "Daily Times" qəzeti tərəfindən "Humanizmin Simvolu - 2012-ci İlin Qadını" mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban Əliyevanı "Hilal-e Pakistan" ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban Əliyevaya təqdim edib.
 
Bu sahədə əməkdaşlıq sonrakı illərdə də davam etdirilib. 2019-cu ilin aprelində Heydər Əliyev Fondu Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Həmin ilin mayında Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında "Azərbaycanşünaslıq Mərkəzi" fəaliyyətə başlayıb. 2021-ci ilin iyununda Pakistanın Xeybər Paxtunxva əyalətinin mərkəzi Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adlı verilib. Həmin ilin iyul ayında isə Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. 2023-cü ilin dekabrında Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev adına auditoriya açılıb.
 
Dost ölkələrimizin elm və ali təhsil müəssisələri arasında da uğurlu əməkdaşlıq həyata keçirilir. Bakı Dövlət Universiteti ilə Pəncab Universiteti, ADA Universiteti ilə Pəncab, İqra, Sialkot, Milli Elm və Texnologiya universitetləri, Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kolleci Universiteti, Azərbaycan İlahiyyat İnstitutu ilə Pakistanın Müslüm İnstitutu arasında əməkdaşlıq əlaqələri mövcuddur. Həmçinin Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzi, Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrası, Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzi, Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi guşəsi və Pakistan Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Pakistanın Lahor Dövlət Kolleci Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzi fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində 543 Pakistan vətəndaşı ölkəmizin ali təhsil müəssisələrində təhsil alıb.
 
Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcək.
 
Oxşar xəbərlər
08:16, Bu gün
Bu ərazilərdə güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
08:13, Bu gün
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
08:08, Bu gün
Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək
08:00, Bu gün
Tunar oğlu ilə tətildə - FOTO
07:07, Bu gün
“Bizim ölkədə hakimiyyətdə qatillər rejimidir...”- Keçmiş rus siyasi məhbus
01:56, Bu gün
“Qisas” antiterror əməliyyatından iki il ötür - VİDEO
01:55, Bu gün
İran anons verdi: Yaxın saatlarda dünya əhalisi maraqlı hadisələrin şahidi olacaq
02 Aug 2024 | 23:10
Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq
02 Aug 2024 | 23:04
İlkin ulduzlardan ibarət Qalaktik disk tapıldı - Rəsədxana
02 Aug 2024 | 22:56
Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi
02 Aug 2024 | 22:48
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
02 Aug 2024 | 22:40
"Rusiyanın özəl hərbi şirkətlərinin quldurluq fəaliyyəti sahəsində inhisarçılığı sona yetir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
02 Aug 2024 | 22:40
“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
02 Aug 2024 | 22:32
Meqan Foks dayə robot rolunda - FOTO
02 Aug 2024 | 22:24
Azərbaycan Premyer Liqası: Mövsümün açılış matçında "Qarabağ" böyükhesablı qələbəyə sevinib
02 Aug 2024 | 22:16
Türk diplomatlarını hədələməklə... - XİN
02 Aug 2024 | 22:08
Binəqədidə əməliyyat: odlu silah götürüldü
02 Aug 2024 | 22:00
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
02 Aug 2024 | 21:52
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
02 Aug 2024 | 21:44
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
02 Aug 2024 | 21:41
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
02 Aug 2024 | 21:36
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
02 Aug 2024 | 21:28
Bakıda 4 ulduzlu otel yanır
02 Aug 2024 | 21:20
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
02 Aug 2024 | 21:12
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
02 Aug 2024 | 21:04
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
02 Aug 2024 | 20:56
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
02 Aug 2024 | 20:48
Yuxuda telefon görmək nə deməkdir?
02 Aug 2024 | 20:40
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
02 Aug 2024 | 20:32
"Kadırov Putinə qarşı çıxıb?.."
02 Aug 2024 | 20:26
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
02 Aug 2024 | 20:21
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
02 Aug 2024 | 20:18
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
02 Aug 2024 | 20:17
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
02 Aug 2024 | 20:15
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
02 Aug 2024 | 20:11
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
02 Aug 2024 | 20:03
Bu restoranda nöqsanlar aşkarlandı
02 Aug 2024 | 19:56
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
02 Aug 2024 | 19:49
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
02 Aug 2024 | 19:42
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
02 Aug 2024 | 19:36
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
02 Aug 2024 | 19:30
İdman etmədən arıqlamağın FƏSADLARI
02 Aug 2024 | 19:24
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
02 Aug 2024 | 19:18
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
02 Aug 2024 | 19:12
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
02 Aug 2024 | 19:06
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
02 Aug 2024 | 19:00
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
02 Aug 2024 | 18:54
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
02 Aug 2024 | 18:49
"Ağ ölüm”lə mübarizə - FOTO
02 Aug 2024 | 18:48
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
02 Aug 2024 | 18:42
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
02 Aug 2024 | 18:36
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
02 Aug 2024 | 18:24
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
02 Aug 2024 | 18:18
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
02 Aug 2024 | 18:14
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
02 Aug 2024 | 18:14
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
02 Aug 2024 | 18:10
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
02 Aug 2024 | 18:05
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 Aug 2024 | 18:00
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
02 Aug 2024 | 17:58
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
02 Aug 2024 | 17:54
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
02 Aug 2024 | 17:50
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
02 Aug 2024 | 17:49
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
02 Aug 2024 | 17:45
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
02 Aug 2024 | 17:41
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 17:32
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Aug 2024 | 17:26
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
02 Aug 2024 | 17:19
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
02 Aug 2024 | 17:13
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
02 Aug 2024 | 17:07
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
02 Aug 2024 | 17:02
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
02 Aug 2024 | 16:57
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
02 Aug 2024 | 16:57
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
02 Aug 2024 | 16:50
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
02 Aug 2024 | 16:44
Şamxal Həsənov vəzifəsindən azad olundu
02 Aug 2024 | 16:38
İrana vurulan şillə - VİDEO
02 Aug 2024 | 16:32
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
02 Aug 2024 | 16:25
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
02 Aug 2024 | 16:18
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
02 Aug 2024 | 16:12
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
02 Aug 2024 | 16:05
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
02 Aug 2024 | 16:00
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
02 Aug 2024 | 15:54
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
02 Aug 2024 | 15:48
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
02 Aug 2024 | 15:46
ATMU ali təhsil müəssisələrinin sərgisində
02 Aug 2024 | 15:45
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
02 Aug 2024 | 15:42
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
02 Aug 2024 | 15:37
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
02 Aug 2024 | 15:37
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
02 Aug 2024 | 15:32
İsmayıl Haniyə DƏFN OLUNUR
02 Aug 2024 | 15:27
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
02 Aug 2024 | 15:20
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
02 Aug 2024 | 15:13
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
02 Aug 2024 | 15:07
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
02 Aug 2024 | 15:01
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
02 Aug 2024 | 14:58
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
02 Aug 2024 | 14:53
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
02 Aug 2024 | 14:46
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
GÜNLÜK
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 11:53
“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 11:53
“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı