Prezident Aşağı Gövhər Ağa məscidinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
Oxunub: 2060
05 Jul 2024 | 17:15
Prezident Aşağı Gövhər Ağa məscidinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
 
Bildirildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.
 
Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.
 
2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
 
İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.
 
Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
 
Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
 
Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.
 
İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.
 
Muzeyin “İşğal dövründə dağıdılmış tarix və mədəniyyət abidələri” bölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix və mədəniyyət abidələrini əks etdirən foto və videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.
 
“İşğal dövründə ekosid” bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.
 
“30 illik həsrətin sonu” bölməsində Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.
 
“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.
 
Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. Muzeydə “Şuşada dörd fəsil” beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər də təqdim olunur.
 
11:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
09:03, Bu gün
Dənizdə itkin düşən 5 futbolçudan ikisi tapılmayıb
08:57, Bu gün
Xəzərin Bakı sahillərində balıqların kütləvi ölümü: Səbəb nədir? - AÇIQLAMA
08:51, Bu gün
Bu dərmanlar beyni kiçildir - ŞOK ARAŞDIRMA
08:48, Bu gün
Britaniyanın yeni xarici işlər naziri Çinə Rusiya ilə əməkdaşlığı barədə xəbərdarlıq etdi...
08:43, Bu gün
“Üzümdəki qəlpə izlərini tatuya bənzədirdilər, döyüşlərdə yaralandığımı bilən kimi üzr istəyirdilər”
08:39, Bu gün
Dünyanın ən qorxulu yerləri- İLAN ADASI, CƏHƏNNƏM QAPISI- FOTOLAR
08:28, Bu gün
Dünyanın ən xoşbəxt ölkəsi - FOTO
08:22, Bu gün
Şuşaya işləməyə gedirdilər - xəstəxanaya düşdülər
08:15, Bu gün
Avtobuslarda kart sisteminə keçid niyə bitməyib? - VİDEO
08:11, Bu gün
Rusiyada məzun gecəsində valideynlər Rusiya himni çalınanda ayağa qalxmadı...-VİDEO
08:08, Bu gün
Gürcüstanın xarici borcu bu qədər imiş...
07:47, Bu gün
“TDT yaxın gələcəkdə dünyanın ən qüdrətli təşkilatlarından birinə çevriləcək”
07:43, Bu gün
Orban Pekinə gəldi və belə qarşılandı...-FOTO
07:41, Bu gün
Ukrayna nə vaxt NATO-ya qəbul ediləcək? - Stoltenberqdən 2 fərqli AÇIQLAMA
07:29, Bu gün
Hökümət qərar verdi - 40 min məhbusu azad edəcək
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 23:44
Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)
07 Jul 2024 | 23:29
Ermənistanda zəlzələ oldu
07 Jul 2024 | 23:05
"Le Penin Fransanın Ukraynaya yardımı ilə bağlı bəyanatı çaşqınlıq yaradıb" - CNN
07 Jul 2024 | 22:35
Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar
07 Jul 2024 | 22:27
Samsungun ağıllı üzüyünün qiyməti məlum oldu
07 Jul 2024 | 22:22
Fransanın ən böyük muzeylərindən biri BAĞLANDI
07 Jul 2024 | 22:18
Gürcüstanın xarici borcu AÇIQLANDI
07 Jul 2024 | 22:13
Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçirəcək
07 Jul 2024 | 22:05
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
07 Jul 2024 | 21:46
Azərbaycanın ümidi bu şahmatçılaradır - Olimpiada BAŞLAYIR
07 Jul 2024 | 21:31
III Milli Yaylaq Festivalı başa çatıb
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
07 Jul 2024 | 21:17
Siqaret yaddaş və düşüncə pozğunluğunu 85 % sürətləndirir
07 Jul 2024 | 21:15
Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı - VİDEO
07 Jul 2024 | 21:14
Kondisioner necə təmizlənir?
07 Jul 2024 | 21:08
Misir Sudan böhranının siyasi həllini dəstəkləyir
07 Jul 2024 | 21:04
HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqləyib
07 Jul 2024 | 21:03
"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub
07 Jul 2024 | 20:48
Ermənipərəst deputatdan AÇIQLAMA
07 Jul 2024 | 20:40
Evi qanunsuz sökülən qadınla bağlı SON XƏBƏR
07 Jul 2024 | 20:35
Yatmazdan öncə balqabaq tumu yeməyin 15 faydası
07 Jul 2024 | 20:30
Ərdoğan: Pezeşkian Azərbaycan türküdür
07 Jul 2024 | 20:24
“Mən sağlığında bütün sözləri İlhamənin üzünə demişəm” – VİDEO
07 Jul 2024 | 20:18
Paşinyan tələyə salınır: Qərbin çirkin planları üzə çıxır
07 Jul 2024 | 20:17
Rəhim Rəhimlidəndən danışıb AĞLADI - VİDEO
07 Jul 2024 | 20:13
Rusiyada güclü zəlzələ
07 Jul 2024 | 20:05
Göyçayda yeniyetmə bıçaqlandı
07 Jul 2024 | 20:02
Daha bir partiya seçkidə iştirak qərarı verdi
07 Jul 2024 | 19:59
“Formula 1” üzrə Britaniya Qran-prisinin qalibi bəlli olub
07 Jul 2024 | 19:55
Məşhur filmin prodüseri vəfat etdi
07 Jul 2024 | 19:54
Bu gün müğənni Rüfət Mehdiyevin doğum günüdür
07 Jul 2024 | 19:40
Üç ölkə konfederasiyada birləşib
07 Jul 2024 | 19:35
Suriyada avtobus aşıb, 13 nəfər ölüb
07 Jul 2024 | 19:30
İş adamı, QHT sədri deputatlığa hazırlaşır — Şeyxin qardaşına rəqib olacaq
07 Jul 2024 | 19:17
“Ağdam və Xankəndi kimin kim olduğunun ən böyük isbatıdır”
07 Jul 2024 | 18:48
Güney Azərbaycanda qələbə şənlikləri keçirilir
07 Jul 2024 | 18:47
Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib
07 Jul 2024 | 18:31
Bakıda yaşayış binasında yanğın söndürüldü - Yenilənib
07 Jul 2024 | 18:29
İranda Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi qəzaya uğrayıb
07 Jul 2024 | 18:29
Aralıq dənizində zəlzələ olub
07 Jul 2024 | 18:28
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
07 Jul 2024 | 18:27
Ərdoğandan UEFA-ya cavab: "Almanların qartalı, fransızların xoruzu var, cəzalandırırsan?"
07 Jul 2024 | 17:49
QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib
07 Jul 2024 | 17:43
Taxıl anbarında YANĞIN: Yük maşını külə döndü
07 Jul 2024 | 17:41
Dənizdə batan qadını xilas edərkən özü boğuldu
07 Jul 2024 | 17:39
Üç məşhur həkim hakim qarşısına çıxarılır
07 Jul 2024 | 17:33
Rusiyanın Voronej vilayətinə PUA hücumu nəticəsində döyüş sursatları anbarında yanğın baş verib
07 Jul 2024 | 17:32
Azərbaycanda müəllim vəfat etdi
07 Jul 2024 | 17:31
Ərdoğan: "Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq"
07 Jul 2024 | 17:16
Fransada növbədənkənar parlament seçkisinin ikinci turu keçirilir
07 Jul 2024 | 15:54
"İranın yeni islahatçı prezidenti kimdir və o, ölkəsinə və dünyaya nə vəd edir?" - BBC
07 Jul 2024 | 15:51
"Orban Qərbin Ukraynaya dəstəyini sarsıtmağa cəhd göstərir" - ISW
07 Jul 2024 | 15:25
Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib
07 Jul 2024 | 15:23
İspaniyada ilin ilk öküz qaçışı: Yaralananlar var
07 Jul 2024 | 15:17
Bakıda taksi fəaliyyəti ilə bağlı son vəziyyət necədir?
07 Jul 2024 | 15:15
Türkiyə Ordusu İraq və Suriyada 5 terrorçu zərərsizləşdirib
07 Jul 2024 | 15:13
Uşaqların sevimlisi olmuş "Ələkbər əmi"nin doğum günüdür
07 Jul 2024 | 15:08
İlon Mask: "ABŞ-də ölkəni idarə edəcək prezident yoxdur"
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
07 Jul 2024 | 14:42
DİM: 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub
07 Jul 2024 | 14:33
Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq
07 Jul 2024 | 13:19
Bir gündə 49 nəfər suda batdı
07 Jul 2024 | 13:00
Biləsuvarda 35 yaşlı kişi avtomobilində güllələndi
07 Jul 2024 | 12:40
QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
07 Jul 2024 | 12:31
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti olub - FAKTİKİ HAVA
07 Jul 2024 | 12:06
Xalq artistinin toyda çətin anları - VİDEO
07 Jul 2024 | 11:57
Ürəyi yüz il sağlam saxlayan 5 meyvə
07 Jul 2024 | 11:51
İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir?
07 Jul 2024 | 11:46
Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün ABŞ-yə gedəcək
07 Jul 2024 | 11:29
Ebeko vulkanı kül püskürüb
07 Jul 2024 | 11:20
"Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil"
07 Jul 2024 | 11:17
Türkiyə bayrağına hücum edən daha bir şəxs ələ keçirildi - FOTO
07 Jul 2024 | 11:16
Tornado fəlakəti: 5 ölü, 88 yaralı var
07 Jul 2024 | 11:15
Atatürkün heç yerdə yayımlanmayan GÖRÜNTÜLƏRİ - VİDEO
07 Jul 2024 | 11:14
Təcili yardım avtomobili zəncirvarı qəzaya düşdü
07 Jul 2024 | 11:13
Beş bürcə ŞAD XƏBƏR: Xoşbəxtliyə doğru gedəcəksiniz
07 Jul 2024 | 11:01
“İranın Azərbaycanla bağlı siyasətində müsbət dəyişikliklərin baş verməsi mümkündür, səbəb...”
07 Jul 2024 | 10:34
Tut yarpağının inanılmaz faydaları - Bir neçə xəstəlikdən qoruyur
07 Jul 2024 | 10:31
Qarğıdalının çoxlarının bilmədiyi faydaları
07 Jul 2024 | 10:27
Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü
07 Jul 2024 | 10:20
Kompüter başında çox vaxt keçirənlər üçün gözləri qorumağın 7 yolu
07 Jul 2024 | 10:08
Ukraynaya ŞOK XƏBƏRDARLIQ: "Nəticələr fəlakətli ola bilər"
07 Jul 2024 | 10:07
"Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib
GÜNLÜK
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 09:21
Əhalinin NƏZƏRİNƏ: Sabah gündüzə qədər...
07 Jul 2024 | 09:22
Bu şəhərlərin sakinləri turist istəmir
07 Jul 2024 | 09:36
Britaniyalı qadın çardaqdakı sınıq qab-qacaqla sərvət qazandı
07 Jul 2024 | 09:31
Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB
07 Jul 2024 | 09:09
Bu ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
07 Jul 2024 | 10:08
Ukraynaya ŞOK XƏBƏRDARLIQ: "Nəticələr fəlakətli ola bilər"
07 Jul 2024 | 10:34
Tut yarpağının inanılmaz faydaları - Bir neçə xəstəlikdən qoruyur
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
04 Jul 2024 | 12:18
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
04 Jul 2024 | 09:22
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
04 Jul 2024 | 07:17
"Azərbaycan bayrağı addım-addım irəliləyir..."- Vardanyan...- FOTO
AYLIQ
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 09:21
Əhalinin NƏZƏRİNƏ: Sabah gündüzə qədər...
07 Jul 2024 | 09:22
Bu şəhərlərin sakinləri turist istəmir
07 Jul 2024 | 09:36
Britaniyalı qadın çardaqdakı sınıq qab-qacaqla sərvət qazandı
07 Jul 2024 | 09:31
Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB
07 Jul 2024 | 09:09
Bu ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
07 Jul 2024 | 10:08
Ukraynaya ŞOK XƏBƏRDARLIQ: "Nəticələr fəlakətli ola bilər"
07 Jul 2024 | 10:34
Tut yarpağının inanılmaz faydaları - Bir neçə xəstəlikdən qoruyur