İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - YENİLƏNİB + FOTO
Siyasət
Oxunub: 1643
04 Jul 2024 | 17:15
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - YENİLƏNİB + FOTO
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
 
Dövlətimizin başçısı görüşdə çıxış edib.
 
Prezident İlham Əliyevin çıxışı
 
"Hörmətli Kasım-Jomart Kemeleviç.
 
Hörmətli dövlət və hökumət başçıları.
 
Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim.
 
Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
 
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.
 
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
 
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
 
Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.
 
Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
 
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
 
Hörmətli həmkarlar, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
 
Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq.
 
Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
 
Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
 
Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.
 
Sağ olun".
 
16:45
 
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
 
Dövlətimizin başçısı görüşdə çıxış edib.
 
Qeyd edək ki, "ŞƏT plyus" formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edir. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
 
"Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq" mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.
 
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.
 
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
 
14:44
 
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 

Oxşar xəbərlər
10:34, Bu gün
Tut yarpağının inanılmaz faydaları - Bir neçə xəstəlikdən qoruyur
10:31, Bu gün
Qarğıdalının çoxlarının bilmədiyi faydaları
10:27, Bu gün
Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü
10:20, Bu gün
Kompüter başında çox vaxt keçirənlər üçün gözləri qorumağın 7 yolu
10:08, Bu gün
Ukraynaya ŞOK XƏBƏRDARLIQ: "Nəticələr fəlakətli ola bilər"
10:07, Bu gün
"Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib
10:05, Bu gün
İsmayıllıda 3 ailənin yaşadığı ev yanaraq külə dönüb, xəsarət alanlar var
09:55, Bu gün
Naftalanda istixanada yanğın olub
09:52, Bu gün
ABŞ-da atışma - ölənlər var
09:36, Bu gün
Britaniyalı qadın çardaqdakı sınıq qab-qacaqla sərvət qazandı
09:31, Bu gün
Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB
09:22, Bu gün
Bu şəhərlərin sakinləri turist istəmir
09:21, Bu gün
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
09:12, Bu gün
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
09:09, Bu gün
Bu ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
09:06, Bu gün
Azərbaycanda zəlzələ oldu
08:52, Bu gün
Daimi yorğunluğun gizli təhlükələri...
08:51, Bu gün
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
08:49, Bu gün
"Whatsapp" təhlükəsiz deyil - İLON MASK AÇIQLADI
08:47, Bu gün
ABŞ ballistik raketlərin inkişafı proqramını elan edəcək
08:46, Bu gün
Bruno Fernandeş Ronaldo ilə klub yoldaşı ola bilər
08:35, Bu gün
İsrail HHQ Qəzzada radikallara hücum edib
08:28, Bu gün
"Oskar" alan prodüser VƏFAT ETDİ
08:19, Bu gün
Ayı balıq tutan qadına hücum etdi
08:16, Bu gün
Britaniyanın yeni xarici işlər naziri ilk səfərini Almaniyaya edib
08:15, Bu gün
İstilər 119 nəfəri xəstəxanalıq etdi
07:52, Bu gün
Məsud Rusiyanı məyus edə bilər
07:42, Bu gün
Bölgələrdə 1 manata satılan gilas paytaxt bazarlarında 9 dəfə baha satılır - Səbəb nədir?
07:40, Bu gün
Peruda dörd min illik məbəd aşkarlandı
07:37, Bu gün
Selena Qomes və Benni Blanko: Tənqidlərin hədəfində olan məhəbbət
07:35, Bu gün
Qarpızın saymaqla bitməyən faydaları
07:33, Bu gün
Axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
01:21, Bu gün
Gənc norveçli velosipedçi yarış zamanı öldü
01:06, Bu gün
Hakimin bu qərarı müzakirələrə səbəb oldu
01:04, Bu gün
Dələduzlar onkoloji xəstənin əməliyyat pulunu oğurladılar - İDDİA
01:02, Bu gün
HƏMAS İsraillə barışığa ilkin razılıq verib
00:59, Bu gün
AVRO-2024: Niderland yarımfinalda İngiltərəyə rəqib oldu
06 Jul 2024 | 22:45
AVRO-2024: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb
06 Jul 2024 | 22:40
"Hazırda hər şagirdə ildə təqribən 1300 manata qədər vəsait sərf olunur, amma bu pulun..." — AÇIQLAMA
06 Jul 2024 | 22:33
Abşeronda 2 yaşlı körpə evin ikinci mərtəbəsindən yıxılaraq ölüb
06 Jul 2024 | 22:28
"Bu həyatda hər şeyin bir bədəli var" — Xatirə
06 Jul 2024 | 22:20
125 min dollara kosmosa hava şarı ilə səyahət
06 Jul 2024 | 22:13
Azərbaycan güləşçiləri Avropa çempionatında 1 qızıl və gümüş medal qazanıb
06 Jul 2024 | 22:05
Bu halda mütləq kardioloqa müraciət edin
06 Jul 2024 | 22:00
Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil
06 Jul 2024 | 21:52
Hakan Fidan: Can Azərbaycanı TDT-nin Zirvə görüşünə uğurla ev sahibliyinə görə təbrik edirəm
06 Jul 2024 | 21:45
İzmirdə meşə yanğını: Dörd təyyarə və beş helikopter cəlb olundu 
06 Jul 2024 | 21:40
Latviya Ukraynaya 2500 dron verir
06 Jul 2024 | 21:35
10 milyon qarşılığında milyarderin oğlu üçün səhnəyə çıxdı
06 Jul 2024 | 21:29
İldırım 19 nəfərin həyatına son qoydu
06 Jul 2024 | 21:22
"HƏMAS girovların azad edilməsi üzrə əsas tələbindən imtina edib" - "Reuters"
06 Jul 2024 | 21:19
İran və Rusiya bir-birinin bank kartlarından istifadəyə başlayır
06 Jul 2024 | 21:15
Axşamlar televizora baxmaq, telefonla oynamaq yerinə bunu edin
06 Jul 2024 | 21:09
Rusiya düyü ixracına qadağanın müddətini uzatdı
06 Jul 2024 | 21:03
Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib
06 Jul 2024 | 20:58
Böyrək daşlarının qarşısını alan İÇKİ
06 Jul 2024 | 20:47
Belarus Rusiyaya satılan bu məhsulların qiymətini 6-cı dəfə artırdı
06 Jul 2024 | 20:42
Qarabağ Universitetində -  VAKANSİYA VAR
06 Jul 2024 | 20:37
“iPhone 16 Pro”nun qiyməti və xüsusiyyətləri açıqlandı
06 Jul 2024 | 20:33
Bu psixoloji test bütün sirlərinizi açacaq 
06 Jul 2024 | 20:27
Dörd bürc üçün xoşbəxt dövr başlayır: Kim inanılmaz dərəcədə şanslı olacaq?
06 Jul 2024 | 20:24
"Böyük Britaniya Ukaynaya dəstəyi davam etdirəcək" - Britaniyanın yeni XİN rəhbəri
06 Jul 2024 | 20:20
Məşhur moda brendləri məhkəməyə verildi — SƏBƏB
06 Jul 2024 | 20:15
Niderland azarkeşlərindən Bozqurd işarəsi
06 Jul 2024 | 20:08
Tanınmış bloqer plastik əməliyyatdan sonra öldü
06 Jul 2024 | 20:06
AVRO-2024: İngiltərə - İsveçrə matçına start verilib
06 Jul 2024 | 20:05
Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – SİYAHI
06 Jul 2024 | 19:59
"Aygün çeki verdi ki, qızının 1 illik təhsilhaqqını ödə"
06 Jul 2024 | 19:55
Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə SAXLANILDI
06 Jul 2024 | 19:50
"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik"
06 Jul 2024 | 19:47
Bu körpü Azərbaycana qaytarılır
06 Jul 2024 | 19:40
Bu pişik 5 baş naziri yola salıb
06 Jul 2024 | 19:35
"Kaş onların sayı çox olardı"
06 Jul 2024 | 19:31
Saatlıda 72 yaşlı kişi şüşə parçası ilə qətlə yetirilib, oğlu saxlanılıb
06 Jul 2024 | 19:20
"Formula 1" üzrə Böyük Britaniya Qran-prisində sıralama turunun qalibi müəyyənləşib
06 Jul 2024 | 19:13
"Mən təkcə kampaniya aparmıram, həm də dünyanı idarə edirəm" - Bayden
06 Jul 2024 | 19:05
Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib
06 Jul 2024 | 18:58
Məşhurlaşan, sevilən meyvə- AVAKADONUN FAYDALARI
06 Jul 2024 | 18:50
"Yuğ"da ikiadamlıq tamaşa -  P.A.N.D.A
06 Jul 2024 | 18:46
Özbəkistan Prezidentinin Azərbaycana səfəri başa çatıb
06 Jul 2024 | 18:42
Banqladeşli qrossmeyster oyun zamanı dünyasını dəyişib
06 Jul 2024 | 18:37
Bu məhsulların xaricə satışından 130 milyon dollar gəlir əldə olunub
06 Jul 2024 | 18:32
İngiltərə klubunun portuqaliyalı futbolçusu "Əl-Nəsr"dən təklif alıb
06 Jul 2024 | 18:27
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb
06 Jul 2024 | 18:22
Yay ərzində necə qidalanmalı?-DİETOLOQ
06 Jul 2024 | 18:15
"Dostoyevski" festival-gəzintisi baş tutacaq
06 Jul 2024 | 18:14
Kasım-Jomart Tokayevin Azərbaycana səfəri başa çatdı
06 Jul 2024 | 18:13
İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verildi
06 Jul 2024 | 18:10
Kartofun yanına bu meyvəni qoyun: CÜCƏRMƏYƏCƏK
06 Jul 2024 | 18:06
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
06 Jul 2024 | 18:02
TDT-nin nüfuzu getdikcə artır - RƏY + VİDEO
06 Jul 2024 | 17:58
Şuşada TDT dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
06 Jul 2024 | 17:53
İdmançılarımızın Paris-2024 hədəfləri: "Əziyyətlər bizə qızıl medal formasında geri qayıdacaq" - FOTO/VİDEO
06 Jul 2024 | 17:46
Aleksey Dzermant: "Bakının öz milli maraqları naminə hərəkət etmək iradəsi var" - MÜSAHİBƏ
06 Jul 2024 | 17:40
Azərbaycanlı məşhuru zəhərləmək istədilər: Səsi batdı... - FOTO
06 Jul 2024 | 17:35
AzVP Siyasi Şuranın iclasında seçkilər haqda qərarını açıqladı...-FOTOLAR
06 Jul 2024 | 17:30
AZAL ictimaiyyətə müraciət etdi
06 Jul 2024 | 17:25
Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana TƏHVİL VERİLƏCƏK
06 Jul 2024 | 17:20
Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq
06 Jul 2024 | 17:15
"Xüsusi hərbi əməliyyat" daha dəbdə deyil, müharibə bundan sonra "Ukrayna münaqişəsi" adlanacaq..."
GÜNLÜK
06 Jul 2024 | 11:20
Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - VİDEO
06 Jul 2024 | 13:59
Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi - YENİLƏNİB
06 Jul 2024 | 11:10
"İstanbulun fəthində atılmış topların macar ustası Orbanın adaşından bizə nə fayda?.."
06 Jul 2024 | 17:58
Şuşada TDT dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
06 Jul 2024 | 16:09
Aeroport şosesində DYP avtomobili zəncirvari qəzaya düşdü: "Evakuator vurmamaq üçün əks yola çıxdı" - YENİLƏNİB + VİDEO
06 Jul 2024 | 12:52
“Ruzimi qazanmağımda Nazpəri xanımın da rolu var, ona bənzədiyim üçün toylara dəvət alırdım”-FOTO
06 Jul 2024 | 12:01
“Qarabağ”ın cavab oyununun vaxtı açıqlandı
06 Jul 2024 | 10:52
İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib
06 Jul 2024 | 14:43
İranın budəfəki Azərbaycanəsilli Prezidenti ilə münasibətimiz necə olacaq? -AÇIQLAMA 
06 Jul 2024 | 13:05
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
04 Jul 2024 | 12:18
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
04 Jul 2024 | 09:22
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
30 Jun 2024 | 21:01
Avtobus və metroda sərnişindaşımanın qiyməti DƏYİŞDİ
AYLIQ
06 Jul 2024 | 11:20
Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - VİDEO
06 Jul 2024 | 13:59
Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi - YENİLƏNİB
06 Jul 2024 | 11:10
"İstanbulun fəthində atılmış topların macar ustası Orbanın adaşından bizə nə fayda?.."
06 Jul 2024 | 17:58
Şuşada TDT dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
06 Jul 2024 | 16:09
Aeroport şosesində DYP avtomobili zəncirvari qəzaya düşdü: "Evakuator vurmamaq üçün əks yola çıxdı" - YENİLƏNİB + VİDEO
06 Jul 2024 | 12:52
“Ruzimi qazanmağımda Nazpəri xanımın da rolu var, ona bənzədiyim üçün toylara dəvət alırdım”-FOTO
06 Jul 2024 | 12:01
“Qarabağ”ın cavab oyununun vaxtı açıqlandı
06 Jul 2024 | 10:52
İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib
06 Jul 2024 | 14:43
İranın budəfəki Azərbaycanəsilli Prezidenti ilə münasibətimiz necə olacaq? -AÇIQLAMA 
06 Jul 2024 | 13:05
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ