"Bütün uğurlarımızın, Zəfərlərimizin başlanğıc tarixi Milli Qurtuluş Günüdür" - Vüqar Rəhimzadə
Siyasət
Oxunub: 3386
12 Jun 2024 | 11:36
"Hər bir tarixi gün, əlamətdar hadisə ölkənin taleyində özünəməxsus rolu ilə diqqətdə olur. Bu baxımdan müstəqillik tariximizə qızıl hərflərlə yazılan  15 İyun-Milli Qurtuluş Gününün çağdaş tariximizdə xüsusi yeri var. Bu tarixi gün adından da göründüyü kimi, müasir müstəqil Azərbaycan Respublikasının tarixində dövlətin, xalqın xilası, qurtuluşu, yeni dövrün başlanması kimi səciyyələndirilir. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar  tariximizin faciəli səhifəsi kimi daim vərəqlənir və bu fonda Azərbaycanın bugünkü reallıqlarına,  uğurlarına görə kimə borclu olduğumuz təhlillər əsasında indiki və gələcək nəsillərə çatdırılır. Böyük əminliklə və qürur hissi ilə qeyd edirik ki,  müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı  bu gün Azərbaycan ən yaxşı halda bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.  Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.
 
Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara qısa nəzər salanda keçilən yolun necə çətin, keşməkeşli olduğu göz önündə canlanır. Bəli, müstəqilliyimizin bərpasından bir il ötməmiş hakimiyyəti zor gücünə ələ keçirən  AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.  O dövrün iqtidarının  səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların  ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrü bilməyən gənc nəsil  nəyin bahasına  müstəqilliyi qoruyub saxlaya bildiyimizi öyrənməlidir. Bilməlidir ki, biz bugünkü xoşbəxt həyatımız üçün kimə borcluyuq".
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə Moderator.az-a açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır: "Ümummilli Lider Azərbaycanın çətin günlərində xalqın təkidli tələbi əsasında  hakimiyyətə qayıdışı ilə ölkəmizi yenidən qurdu. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını bir zərurətə çevirdi. 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının  Ümummilli Lider Heydər Əliyevə müraciəti, Ulu Öndərin bu müraciətə cavabı YAP-ın yaranmasını şərtləndirdi. Həmin müraciətdə ölkənin yaşadıqları, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən xilas edəcək Liderə böyük ehtiyac olduğu xüsusi qeyd edilmişdi. Bir daha vurğulanmışdı ki,  belə bir partiya yaranarsa, ona rəhbərlik edib, xalqı öz ətrafında sıx birləşdirəcək Lider Ulu Öndər Heydər Əliyev ola bilər. Ulu Öndər Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağın hər kəsin vətəndaşlıq borcu olduğunu bildirmişdi. Beləliklə, YAP yaradıldı və Ümummilli Lider onun Sədri seçildi. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev Prezident seçildi və artıq ölkəmizin böhrandan çıxma prosesi başladı. Müstəqillik tariximiz məhz həmin vaxtdan başladı".
 
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın  təkidli  tələbi ilə Bakıya qayıtdı və doğma Vətəninin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi: "Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal gərginliyin episentri olan Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri  seçildi.  1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi.  1997-ci ilin  iyun ayında isə Milli Məclis  15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi".
 
Vüqar Rəhimzadə  bildirib ki, həmin vaxtdan  keçən 31 ilin Azərbaycanın müstəqillik tarixinə hansı uğur səhifələrini yazdığını qət edilən yolun təhlili fonunda aydın görürük: "Ümummilli Lider zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın dövlət müstəqilliyini daimi və sarsılmaz etdi. Müstəqilliyimizin memarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi idi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. Ümummilli Liderin müəllifi olduğu   milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Ölkəmizin  ilk Konstitusiyasının qəbul olunması və bütün sahələri  əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ümummilli Liderin  qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları  tarixi ədalətin bərpası üçün səfərbər edildi".
 
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev yolunun təqdimatıdır: "Bu yol addım-addım Azərbaycanı bugünkü  qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən ölkəyə çevirdi. Azərbaycan  artıq dörd ildir ki, tarixi Zəfərimizin  reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir, şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtmalarından qürur duyurlar. Qurtuluş Azərbaycanı sözü imzası qədər əhəmiyyətli olan ölkəyə çevirdi. Ümummilli Liderin arzusu Azərbaycanın daim zirvələrdə olması, müstəqillik tariximizi uğurlu səhifələrlə zənginləşdirmək idi. Dahi rəhbər daim bu çağırışı edirdi ki, Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malik olan xalqdır. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir".
 
Vüqar Rəhimzadə bildirib ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Zəfərlərə aparır: "44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ildə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ölkəmizin həyatında yeni dövr başladı. Ötən ilin 20 sentyabr tarixindən sonra bayramlarımızın qeyd edildiyi  məkanların əhatə dairəsi genişləndi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə növbədənkənar prezident seçkiləri keçirildi. Bu gün digər bayramlarımız kimi, Milli Qurtuluş Günü də ilk dəfə olaraq Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə  qeyd ediləcək. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaradan bu uğurlarımız,  Zəfərlərimiz öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin  keçmiş məcburi köçkünlərlə görüşlərinin birində bu arzunu ifadə etməklə yanaşı, onun reallığa çevriləcəyinə də əminliyini diqqətə çatdırmışdı: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, artıq Ulu Öndər Heydər Əliyevin arzuları reallığa çevrilib. Yeni dövrün başlanğıcı olan 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev verilən vədlərin həyata keçdiyini böyük əminliklə qeyd edərək  bildirdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək". 
 
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Ulu Öndər Heydər Əliyevin ideyaları ölkəmizi Zirvədən-Zirvəyə, Qələbədən-Qələbəyə aparır: "Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan  Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da  daha yüksək zirvələri fəth edəcək. Heydər Əliyev irsinin təbliğində xüsusi rolu olan Heydər Əliyev Fondu Qurtuluşdan bugünədək gedilən yolun indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır. Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirmişdir. Biz - azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır və onun unudulmaz xatirəsi önündə bu gün bir daha baş əyirik".
 
Oxşar xəbərlər
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
27 Sep 2024 | 18:49
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
27 Sep 2024 | 18:40
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 18:32
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
27 Sep 2024 | 18:25
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
27 Sep 2024 | 18:16
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
27 Sep 2024 | 18:13
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
27 Sep 2024 | 18:10
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:04
BDU kollektivi Zəfər parkında - FOTO
27 Sep 2024 | 17:59
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
27 Sep 2024 | 17:58
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 17:48
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
27 Sep 2024 | 17:44
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
27 Sep 2024 | 17:40
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 17:32
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 17:21
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
27 Sep 2024 | 17:17
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 17:05
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
27 Sep 2024 | 16:58
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
27 Sep 2024 | 16:52
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
27 Sep 2024 | 16:46
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 16:40
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 16:27
2025-ci ildə bu 4 bürc evlənəcək
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:16
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 Sep 2024 | 16:10
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
27 Sep 2024 | 16:05
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
27 Sep 2024 | 16:00
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
27 Sep 2024 | 15:55
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
27 Sep 2024 | 15:50
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
27 Sep 2024 | 15:44
"Neftçi" klubunda yeni təyinat - FOTO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 15:27
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
27 Sep 2024 | 15:21
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
27 Sep 2024 | 15:15
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
27 Sep 2024 | 15:06
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
27 Sep 2024 | 15:00
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
27 Sep 2024 | 14:55
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:50
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
27 Sep 2024 | 11:00
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
27 Sep 2024 | 09:33
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
27 Sep 2024 | 12:10
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
21 Sep 2024 | 12:01
“Onlar özləri də bilir ki, atamı əvəzləyə bilməyəcəklər”- “Ələkbər əmi”-nin oğlu-FOTO+ÖZƏL
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
27 Sep 2024 | 11:00
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
27 Sep 2024 | 09:33
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
27 Sep 2024 | 12:10
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO