Heydər Əliyev irsi - Xalqının milli sərvəti
Siyasət
Oxunub: 1552
10 Dec 2023 | 11:53
Heydər Əliyev irsi - Xalqının milli sərvəti
 
 
Dünya liderləri onu hər zaman böyük sayğı və ehtiramla yad edirlər. O hər kəs tərəfindən təcrübəli, dünyaşöhrətli siyasətçi, uzaqgörən və qayğıkeş adam kimi xarakterizə edilir. Haqqında bəhs edəcəyimiz bu şəxsiyyət Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevdir. Həqiqətən də O, elə bir zirvədir ki, əzəməti Azərbaycanın və bu ölkənin yerləşdiyi regionun hüdudlarını aşır. Elə buna görədir ki, bu gün dünyanın dörd-bir tərəfində Heydər Əliyev amili böyük rəğbət və hörmətlə anılır. Azərbaycan xalqı isə onu öz xilaskarı kimi əbədi olaraq qəlbinə qazıyıb.
 
 
Tarixdə iz qoymaq, əlbəttə ki, hər siyasi xadimin taleyinə yazılmır. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, dövlətinin çiçəklənməsinə həsr edən  Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk növbədə, onun Vətənə, xalqa, milli-mənəvi dəyərlərə – dilinə, mədəniyyətinə və ədəbiyyatına  olan sərhədsiz sevgisi və bunların qorunması və tərəqqisi yorulmadan apardığı  taleyüklü mücadilələr. Məhz onun millət və Vətən naminə atdığı cəsarətli addımlar Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz, möhtəşəm layihələrdir.
 
Təsadüfi deyil ki, bu il Azərbaycanda “Heydər Əliyev İli”dir. Bu çərçivədə Azərbaycanda və dünyada həyata keçirilən çoxsaylı tədbirlər Ulu Öndərin irsinin daha geniş şəkildə araşdırılması və gənc nəslə çatdırılmasında önəmli rol oynayır. Bunlar ona görə vacibdir ki, bugünkü müstəqil dövlətimizin siyasəti Heydər Əliyevin uzaqgörənliyi sayəsində möhkəm, dayanaqlı özüllər üzərində qurulub. Prezident İlham Əliyevin hazırkı praqmatik və uzaqgörən siyasəti də məhz bu təməllər üzərindədir. Bu gün ölkəmizin uğurla və sürətlə inkişaf etməsi, Azərbaycanın öz tarixinin ən şərəfli günlərini yaşaması - Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti ilə Şanlı Ordumuzun 30 il işğal altında qalmış torpaqlarımızı erməni tapdağından azad etməsi və Azərbaycanın suverenliyinin bərpa olunması da göstərdi ki, Heydər Əliyevin vaxtilə qoyduğu təməlin necə mökəm və sağlam olduğunu göstərdi.
 
Bu gün istər qazandığımız tarixi Zəfərdə, işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış proseslərində, istərsə də beynəlxalq münasibətlərdə fövqəlgüclərin Azərbaycanla hesablaşmasında Heydər Əliyevin əsasını qoyduğu strategiyaların izləri var. Çünki dahi Lider xalqımızın dilinə, tarixinə, mədəniyyətinə sahib çıxmaqla, multikultural ənənələri özündə cəmləşdirən, eyni zamanda milli kimliyin dini kimliyə qarşı qoyulmadığı universal dəyərlər sistemi yaradıb. Heydər Əliyevin hakimiyyəti dövründə müasir Azərbaycanda siyasi şüur formalaşıb, ictimai münasibətlər inkişaf edib, müasir çağırışlar milli mənafe ilə uzlaşdırılıb. Ona görə də müstəqil Azərbaycanın memarı, Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib. Ümummilli Liderin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Sevindirici haldır ki, bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
 
Yəni Heydər Əliyev o şəxsiyyətdir ki, xalqına yüz illər boyu yaşayacaq mənəvi irs miras qoyub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrü həm də maddi və mənəvi quruculuq illəri olaraq təsnifatlandırmaq olar. SSRİ dövründə nəhəng tikinti-quruculuq layihələrinə, iqtisadi inkişafa daha çox diqqət yetirən Heydər Əliyevin siyasi strategiyasında Azərbaycanın müstəqilliyinə nail olduqdan sonra konstitusion dövlətin formalaşdırılması, azərbaycançılıq ideologiyasının yaradılaraq inkişaf etdirilməsi, milli-mənəvi, dini dəyərlərimizə qayıdış məsələləri prioritet istiqamətlərə çevrildi.
 
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Heydər Əliyevin azərbaycançılıq ideyasının Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində rolu danılmazdır. Həmçinin, Heydər Əliyev irsi elmi cəhətdən təhlil edilməsinin zəruriliyini və yeni elmi əsərlər üçün zəmin yaradacaq ideyalarla olduqca zəngindir.
Bu gün Heydər Əliyevin ideyaları yaşayır və xalqımızın dünəni, bu günü və gələcəyi ilə səsləşir. Heydər Əliyev bir-birindən kəskin fərqlənən formasiyalarda Azərbaycana böyük uğurla rəhbərlik etmişdir. Həm 1969-82-ci illərdə, həm də müstəqlliyimizin bərpasından sonrakı vaxtda Ulu Öndərin bütün fəaliyyətinin nüvəsini xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın inkişafının təmin edilməsi təşkil edib.
 
Onun ilk hakimiyyəti illrində, 1969-cu ilin iyul plenumu ərəfəsində Azərbaycan keçmiş ittifaq miqyasında ən geridəqalmış aqrar respublikalardan biri idi. Respublika həyatının bütün sahələrində ciddi tənəzzül meyilləri baş qaldırmışdı, xüsusilə iqtisadiyyat dərin böhran mərhələsində idi. Belə bir məqamda vəziyyəti dəyişmək, prosesləri müsbət məcraya yönəltmək üçün dərin biliklərə, yüksək idarəetmə qabiliyyətinə və sarsılmaz iradəyə sahib rəhbərə ehtiyac duyulurdu. Yalnız bu ali keyfiyyətlərə malik olan şəxsiyyətin liderliyi ilə xalqın vahid məqsəd naminə təşkilatlanmasına nail olmaq və respublikanın taleyində dəyişiklik etmək mümkün idi. Ona görə də Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbər seçilməsinin tarixi əhəmiyyəti olduqca əhəmiyyətli idi və həmin dövrü xarakterizə edərkən haqlı şəkildə onu Azərbaycan tarixində dönüş nöqtəsi kimi dəyərləndiririk.
 
Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda respublikamızda geniş vüsət alan islahatlar, iqtisadi və sosial sahələrdə əldə edilən nailiyyətlər xalqın maddi-rifah halının keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirdi. Heydər Əliyev modelini üstün edən keyfiyyətlərdən biri də o idki, O, məsələlərə konseptual yanaşır, islahatlar yolu ilə həllinə nail olunmasına çalışırdı. Təsadüfi deyil ki, 1970-ci illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi ilə respublikanın iqtisadi inkişafını təmin etmək üçün çoxşaxəli inkişaf konsepsiyası hazırlandı və icrasına başlanıldı. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına mənfi təsir göstərən meyillər müəyyənləşdirilərək aradan qaldırıldı və ənənəvi təsərrüfat sahələrinin səmərəli fəaliyyətinin bərpası ilə yanaşı, yeni istehsal sahələri yaradıldı.
Heydər Əliyevin idarəetmə fəlsəfəsinin əsas ideya istiqamətini milli özünüdərk, xalqın tarixi yaddaşının özünə qaytarılması təşkil edib. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusən də dövlət idarəetmə sisteminin milliləşdirilməsinə və milli kadr potensialının hazırlanmasına Ulu Öndər daim xüsusi diqqət göstərib. 1969-82-ci illərdə azərbaycanlı gənclərin Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı ali elm və təhsil ocaqlarına göndərilməsi Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşdırılmasına xidmət etmiş, həmin dövrdə yaxşı təhsilə yiyələnmiş kadrlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə quruculuq və inkişaf proseslərində fəallıq göstərmişlər.
 
Azərbaycanın yüksək peşəkarlığa malik hərbi kadrlarının hazırlanması istiqamətində ilkin addımlar da o dövrdə atılmışdır. Ulu Öndər Heydər Əliyev böyük cəsarət və uzaqgörənliklə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olmuş, bununla yanaşı, gənc azərbaycanlı oğlanların ittifaq miqyasında tanınmış ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirmişdir. Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə demişdir: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər".
 
1993-2003-cü illərdə ikinci dəfə hakimiyyətdə olanda isə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər Azərbaycanda sabitlik və əmin-amanlığın təmin olunması ilə yanaşı, ölkənin müstəqil inkişaf relslərinə çıxarılmasını, bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirdi. Bu gün Azərbaycanda həyatın elə bir sahəsi, elə bir platforma yoxdur ki, orada Heydər Əliyevin gərgin zəhməti, onun parlaq izləri görünməsin. Ona görə də müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev adı və irsi də yaşayacaq.
 
HBilirsiniz ki, Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Xalqımız həmin gün - 12 dekabrı Ulu Ödər Heydər Əliyevin anım günü kimi böyük məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir.
 
Beləliklə, tarixə öz adını qızıl hərflərlə əbədi həkk etmiş nadir şəxsiyyətin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib, desək, yanılmarıq. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir.
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat
və metodiki iş şöbəsinin məsləhətçisi Elşad Nəsibov
 
Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü