![Qərbi Azərbaycan İcması Ermənistanın UNESCO missiyasını qəbul etməməsini pisləyib](https://moderator.az/cphoto/670x420/2023/11/29/1701239104_22210762-545e-39b0-b057-5f68e9b7fcb5_850.jpg)
"Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışıb. Ermənistan tərəfi Azərbaycan ərazilərinə UNESCO missiyasının göndərilməsindən danışmaqdansa belə bir missiyanı öz ərazisində qəbul etməlidir".
Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd olunub ki, icma Ermənistandakı Azərbaycan abidələrinin vəziyyətinin monitorinqi məqsədilə Ermənistana missiya göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət göndərib: "Bizdə olan məlumata görə, UNESCO bizim müraciətimiz ilə bağlı Ermənistan hökumətinə müvafiq kommunikasiya göndərib. Lakin, Ermənistan razılıq vermədiyi üçün bu missiya hələ də baş tutmur.
Ermənistanın törətdiyi əməllər İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966), Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın, Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiyanın, Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın və İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanın pozulmasıdır".
Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın UNESCO missiyasını qəbul etməməsi, mədəni irsin qorunması üzrə İcma ilə dialoqdan imtina etməsi və İrəvan şəhərində Təpəbaşı məhəlləsi daxil olmaqla Azərbaycan mədəni irsini nümayişkaranə şəkildə dağıtmaqda davam etməsi həm də Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarının kobud şəkildə pozulmasıdır: "Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan “Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı” tələb edir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən Azərbaycan mədəni irsini, o cümlədən, İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsini dağıtmağı dərhal dayandırmağı və dağıtmış olduğu Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı abidələrin orijinallığının və autentikliyinin təmin edilməsi üçün Qərbi Azərbaycan İcmasının bu prosesdə yaxından iştirakı zəruridir.
Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə bu məsələyə dair dialoqa başlamalı və UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir".
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)