Ülvi Mehdiyev: “Azərbaycan qanunvericiliyinə uyğun yaşamaq istəyən hər bir erməni vətəndaşımız sayılacaq”
Siyasət
3016
27 Sep 2023 | 15:40

Ülvi Mehdiyev: “Azərbaycan qanunvericiliyinə uyğun yaşamaq istəyən hər bir erməni vətəndaşımız sayılacaq”

“Azərbaycan dövləti tərəfindən konkret şərt var, Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun yaşamaq istəyən hər bir erməni bizim vətəndaşımız sayılacaq”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, onlar vətəndaşımız olaraq dövlət xidmətlərindən yararlanacaqlar:

“Onlar bütün hüquqlardan istifadə edəcəklər. Düşünürük ki, zamanı gələndə orada “ASAN xidmət” fəaliyyət göstərəcək”.

Link kopyalandı!
Son xəbərlər