BMT rəsmisi:
Siyasət
2619
25 Sep 2023 | 21:21

BMT rəsmisi: "Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik”

"Son günlər Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik. Diqqətimiz mümkün humanitar yardım üzərindədir".

Bunları BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.

Sözçü əlavə edib ki, BMT ehtiyac duyulduğu halda hər iki tərəfə humanitar yardım göstərməyə hazırdır.

"İki ölkə arasında son günlər baş verənlərdən bağlı onu deyə bilərəm ki, hazırda diqqətimiz mümkün humanitar yardım üzərindədir. BMT-nin həm Azərbaycanda, həm də Ermənistanda missiyaları fəaliyyət göstərir və bölgədəki əməkdaşlarımız hər iki ölkə ilə yaxından işləyirlər. Onlar istənilən yardım səylərini dəstəkləməyə hazırdırlar. Ehtiyac duyulduğu halda hər hansı bir hissəyə diqqət yetirməyə hazırıq. BMT humanitar ehtiyacların qiymətləndirilməsini aparmağa və zərər çəkmiş insanlara yardım göstərməyə hazırdır", - o əlavə edib.

Link kopyalandı!
Son xəbərlər