15:04
11°C
Bakı
Pakistan Azərbaycan ərazisində mina partlayışları nəticəsində dəyərli insanların itkisinə görə Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir.
Bunu Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Mumtaz Zahra Baloç bildirib.
Onun sözlərinə görə, Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir:
“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi kimi tanıyır. Bizim mövqeyimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və İƏT-nin çoxsaylı qətnamələrinə, eləcə də beynəlxalq hüquqa tam uyğundur. Ümid edirik ki, Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı haqlı iddiası bütün tərəflər tərəfindən qəbul edilərək regionda davamlı sülhə yol açacaq”.