Vüqar Rəhimzadə: "Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır"
Siyasət
Oxunub: 3228
07 Apr 2023 | 16:00
Vüqar Rəhimzadə:
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün dövrlərdə dünya üçün nümunədir. Tarixən həm sevincli, həm də kədərli anlarda biri-birinin yanında olan iki qardaş ölkə dünyaya əsl qardaşlıq nümunəsini nümayiş etdirirlər.  44 günlük İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin daha da möhkəmləndiyi, müttəfiqliyin, qardaşlığın gələcək inkişafı üçün  hüquqi bazanın yaradılması diqqətdən kənarda qala bilməz. Fərəhləndirici haldır ki, bu müttəfiqlik sənədinin imzalanmasına bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şahidlik etdi. 2021-ci ilin 15 iyun-Milli  Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının mesajını verdi. Dövlət başçısı İlham Əliyevin hər zaman çıxışlarında bildirdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu birlik  bölgə, dünya üçün  təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və təhlükəsizlik o qədər də möhkəm olacaq. 
 
Məhz  münasibətlərdə yaradılan möhkəm təməl  gələcək barədə aydın təsəvvürü ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil”  bəyan etməklə dünyaya mesajlarını çatdırdı. Müharibənin başlandığı andan Azərbaycanın yanında olan qardaş Türkiyə  tarixi Zəfərimizin dünyaya təqdimatı kimi dəyərləndirilən Zəfər paradının keçirilməsindən bu günədək daim Azərbaycanın yanındadır. Bir faktı qeyd etmək kifayətdir ki, Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində  Bakıda Zəfər  paradından dünyaya ünvanlandığı bu mesajı  xatırlatmaq istərdik: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.”
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. İki dost ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında dostluq körpüsü rolunu oynayır. Artıq regional çərçivəni aşaraq beynəlxalq müstəviyə keçən  əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, yeni əməkdaşlıq formatlarının yaradılması, hazırkı postmünaqişə dövründə regionda dayanıqlı  sülhün, təhlükəsizliyin təmin olunması üçün Azərbaycan və Türkiyənin göstərdiyi birgə səylər  göz önündədir.  Çoxtərəfli  əməkdaşlığın əsas tərkib hissəsi olan TANAP 2018-ci ildə istifadəyə veriləndə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm addımı   sonrakı layihələrin müjdəsi kimi dəyərləndirdi. Azərbaycan-Türkiyə iqtisadi birliyi bu gün işğaldan azad edilmiş ərazilərimizdə  aparılan  genişmiqyaslı bərpa-quruculuq işlərində özünü  qabarıq şəkildə büruzə verir. Bu prosesdə Türkiyə şirkətləri fəal iştirak edirlər. O da məlumdur ki, 2021-ci ildə Zəngilanda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə iki qardaş ölkənin  birgə investisiya layihəsi olaq “Dost Aqropark”ın təməli qoyuldu.
 
YAP Xətai rayon təşkilatının sədri iki qardaş ölkənin yeni texnologiyaların inkişafı sahəsində əməkdaşlığından, gələcək  əlaqələrin inkişafına gənclərin  töhfələrindən də bəhs edib. Bildirib ki, ötən il 28 May-Müstəqillik Günündə ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü kimi dəyərləndirildi. Bu, eyni zamanda, bütün dünyaya Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajı oldu. Prezident İlham Əliyevin  təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiyaların miqyasını  daha da genişləndirəcək. Tədbirdə səsləndirilən  “TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı”, “Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya bir millət, iki dövlət olduğumuzu göstəririk” kimi fikirlər Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyinin nümayişi oldu.
 
Vüqar Rəhimzadə qarşılıqlı səfərlərin qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında  böyük əhəmiyyət kəsb etdiyini önə çəkərək bu məqama diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev təkcə cari ilin ötən dövründə  iki dəfə Türkiyəyə səfər edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada  keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir çox məqamların təqdimatında öz sözünü dedi. Qardaş ölkədə baş verən zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının keçirdiyi hisslər, sıxıntılar yardımların davamlılığında özünün ifadəsini tapdı. Həm dövlət səviyyəsində, həm də sadə vətəndaşların vasitəsilə yardım kampaniyasına başlanıldı. Dünya bu nümunədə də qardaşlığın necə olduğunu gördü. Bunun davamı olaraq Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi  nəzərdə tutulsa da, Prezident İlham Əliyev  Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar   qardaş ölkəyə dəstək məqsədilə bu tədbirin Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu və tədbir Ankarada keçirildi.  Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi diqqətdə oldu. 
 
YAP Xətai rayon təşkilatının sədri  dost Türkiyənin son 20 ildə Prezident  Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçdiyini,  dünyada söz sahibi olduğunu,  güc mərkəzinə çevrildiyini də xüsusi qeyd edib. Bildirib ki, reallıq budur ki,  bu gün dünyada Türkiyə ilə hesablaşırlar, ona böyük hörmət və etimad nümayiş etdirirlər. Türkiyənin hərbi gücü, müdafiə sənayesi sahəsində böyük uğurları dünyanın diqqətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.
 
Vüqar Rəhimzadə onu da əlavə edib ki, aprelin 4-də Prezident İlham Əliyevə Türkiyənin son texnoloji məhsullarından olan “Togg” elektromobilinin təqdim olunması dünyaya  verilən çox önəmli  mesajlardan biridir.  Türkiyə və Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Yeni texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafını sürətləndirir ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edən addımlara stimul verir. Qardaş ölkənin iqtisadi imkanlarının daha da genişlənməsi üçün yeni imkanlar yaranır. Belə ki, Türkiyədə istehsal olunan ən müxtəlif təyinatlı məhsullar dünyanın fərqli bazarlarına ixrac edilir. Türkiyə ilk dəfə olaraq milli avtomobilinin istehsalına başladı. Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan  Prezidenti İlham Əliyevə təqdim olundu. Diqqəti çəkən  mühüm məqamlardan biri  ilk “Togg” sahibinin Türkiyə Prezidenti ilə bərabər Prezident İlham Əliyevin olmasıdır. Bu, Türkiyə Prezidentinin və  xalqının  Azərbaycan Prezidentinə olan yüksək ehtiramının göstəricisidir. Dövlət başçısı İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktarı qəbul edərkən bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün  sahələrdə uğurla inkişaf edir.  “Baykar” şirkətinin istehsal etdiyi məhsullar  Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində böyük rol oynadı.  
 
 
Oxşar xəbərlər
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
28 Sep 2024 | 23:10
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 22:55
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
28 Sep 2024 | 22:54
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
28 Sep 2024 | 22:44
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
28 Sep 2024 | 22:36
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 22:20
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
28 Sep 2024 | 22:13
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
28 Sep 2024 | 22:05
Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı
28 Sep 2024 | 21:59
İraqda əhali ABŞ səfirliyinə hücum çəkdi
28 Sep 2024 | 21:55
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
28 Sep 2024 | 21:50
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
28 Sep 2024 | 21:43
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 21:32
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
28 Sep 2024 | 21:30
İranda beş günlük matəm elan edildi
28 Sep 2024 | 21:20
İmmunitet sistemini gücləndirən mövsümi qidalar
28 Sep 2024 | 21:16
ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir
28 Sep 2024 | 21:08
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 20:32
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
28 Sep 2024 | 20:29
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
28 Sep 2024 | 20:24
Kök pəhrizi ilə arıqlayın
28 Sep 2024 | 20:16
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
28 Sep 2024 | 20:08
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
28 Sep 2024 | 20:00
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 19:30
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 19:18
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
28 Sep 2024 | 19:10
Şərabın ən ucuz olduğu ölkələr
28 Sep 2024 | 19:03
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 18:55
Həsən Nəsrullahı o əvəz edəcək?
28 Sep 2024 | 18:50
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
28 Sep 2024 | 18:43
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
28 Sep 2024 | 18:37
ABŞ qoşunlarını İraqdan çıxarır
28 Sep 2024 | 18:32
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
28 Sep 2024 | 18:28
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
28 Sep 2024 | 18:20
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
28 Sep 2024 | 18:19
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
28 Sep 2024 | 18:16
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
28 Sep 2024 | 18:14
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
28 Sep 2024 | 18:06
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
28 Sep 2024 | 18:05
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
28 Sep 2024 | 18:04
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
28 Sep 2024 | 17:57
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
28 Sep 2024 | 17:52
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
28 Sep 2024 | 17:47
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
28 Sep 2024 | 17:43
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
28 Sep 2024 | 17:37
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
28 Sep 2024 | 17:31
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
28 Sep 2024 | 17:25
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
28 Sep 2024 | 17:19
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
28 Sep 2024 | 17:12
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
28 Sep 2024 | 17:06
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
28 Sep 2024 | 17:00
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
28 Sep 2024 | 16:54
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
28 Sep 2024 | 16:48
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
28 Sep 2024 | 16:42
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
28 Sep 2024 | 16:36
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
28 Sep 2024 | 16:30
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
28 Sep 2024 | 16:24
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
28 Sep 2024 | 16:18
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
28 Sep 2024 | 16:06
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
28 Sep 2024 | 16:03
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
28 Sep 2024 | 16:00
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
28 Sep 2024 | 15:55
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
28 Sep 2024 | 15:49
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
28 Sep 2024 | 15:43
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
28 Sep 2024 | 15:37
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
28 Sep 2024 | 15:31
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
28 Sep 2024 | 15:25
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
28 Sep 2024 | 15:18
Kamilənin toyu BU TARİXDƏ olacaq
28 Sep 2024 | 15:12
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
28 Sep 2024 | 15:06
Yemək yeyəndə niyə su içmək olmaz?
28 Sep 2024 | 15:00
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 14:54
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
28 Sep 2024 | 14:48
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
28 Sep 2024 | 14:42
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
28 Sep 2024 | 14:36
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
28 Sep 2024 | 14:30
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
28 Sep 2024 | 14:24
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
28 Sep 2024 | 14:18
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
28 Sep 2024 | 14:11
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
28 Sep 2024 | 14:05
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
28 Sep 2024 | 13:58
Prezident fərman imzaladı
28 Sep 2024 | 13:52
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
28 Sep 2024 | 13:46
İlham Əliyev Si Cinpini təbrik etdi
28 Sep 2024 | 13:41
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28 Sep 2024 | 13:35
Bu ərazilərdə havada toz müşahidə olunur
28 Sep 2024 | 13:29
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
28 Sep 2024 | 13:23
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
28 Sep 2024 | 13:17
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
GÜNLÜK
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 06:44
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 06:44
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ