Azərbaycan-Gürcüstan əlaqələri: faydalı əməkdaşlıq, mehriban qonşuluq - ŞƏRH + FOTO
Siyasət
Oxunub: 3091
07 Apr 2023 | 14:04
Azərbaycan-Gürcüstan əlaqələri: faydalı əməkdaşlıq, mehriban qonşuluq - ŞƏRH + FOTO

Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Belə ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfər etməsi bunu deməyə əsas verir. Bu səfər 2021-ci il fevralın 22-də Gürcüstanın ikinci dəfə baş naziri olandan sonra İ.Qaribaşvilinin ölkəmizə sayca üçüncü səfəri olacaq. Bundan əvvəl o, 2021-ci il mayın 5-də Azərbaycana rəsmi səfər və 2021-ci il sentyabrın 29-da işgüzar səfər etmişdi.

Budəfəki səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

İkitərəfli münasibətlərin gündəliyindəki aktual məsələlərin müzakirəsi məqsədilə Gürcüstan baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü nəzərdə tutulub.

İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərləri mühüm rol oynayıb. Azərbaycan Prezidenti 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub. Sərgi ilə tanışlıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı bildirmişdi: “Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz, demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır.

Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”.

Baş nazir İ.Qaribaşvili isə öz növbəsində mətbuata bəyanatında Gürcüstan-Azərbaycan əməkdaşlığının gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışdı:

“Mən Sizin atanızdan, ölkənizin ümummilli liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi ki, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıblar və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Buna misal olaraq cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası göstərmək olar.Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub.

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Keçən il bu münasibətlərin 30-cu ildönümü qeyd olunub. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Ümummilli lider Heydər Əliyevin və prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərarası əlaqələrimizi inkişaf etdirməyə əhəmiyyətli dərəcədə təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, indiyədək 118-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın ölkəmizdə, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu açılıb. Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər təşkil olunub.

Azərbaycan və Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.

Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. 2004-cü ildən etibarən fəaliyyət göstərən İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və sonuncu, 9-cu iclası ötən il dekabrın 15-də Tbilisidə keçirilib. Bu məqsədlə Azərbaycanın Baş naziri Əli Əsədov 2022-ci il dekabrın 14-15-də Gürcüstana işgüzar səfər edib.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-fevral aylarında ikitərəfli ticarət dövriyyəsi 172 milyon dollar olub. Ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır. Ümumiyyətlə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Belə ki, Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya edilib.

Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi və birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.

Bu xüsusda yeni bir inkişaf kimi, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i qeyd etməliyik. Bu saziş yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi ilə bağlı zəncirin ən vacib halqalarından biridir. Mühüm əhəmiyyətə malik bu sənəd hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.Humanitar sahədə əməkdaşlığa gəldikdə, Azərbaycan tərəfindən Gürcüstanda yaşayan soydaşlarımıza edilən dəstək, bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Gürcüstanda Fond tərəfindən bir çox layihələr həyata keçirilib. Heydər Əliyev Fondu, həmçinin gürcüstanlı soydaşlarımızın durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub-saxlanılmasında borçalılara böyük dəstək olur. Xüsusən məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fondun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə hər tədris ili ərəfəsində yeni məktəb binalarının istifadəyə verilməsi, yaxud köhnələrinin əsaslı bərpa olunması artıq ənənəyə çevrilib. Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən üç kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub.

Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

Prezident İlham Əliyev 2015-ci il noyabrın 6-da Gürcüstana səfəri çərçivəsində burada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə soydaşlarımızın iki ölkə arasında əlaqələrin inkişafındakı rolundan danışıb, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib:

“Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaq. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirirlər. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayırlar və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir”.

“Report” İnformasiya Agentliyi

Oxşar xəbərlər
23:10, Bu gün
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
23:00, Bu gün
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
22:55, Bu gün
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
22:54, Bu gün
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
22:44, Bu gün
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
22:36, Bu gün
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
22:28, Bu gün
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
22:20, Bu gün
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
22:13, Bu gün
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
22:05, Bu gün
Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı
21:59, Bu gün
İraqda əhali ABŞ səfirliyinə hücum çəkdi
21:55, Bu gün
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
21:50, Bu gün
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
21:43, Bu gün
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
21:38, Bu gün
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
21:32, Bu gün
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
21:30, Bu gün
İranda beş günlük matəm elan edildi
21:20, Bu gün
İmmunitet sistemini gücləndirən mövsümi qidalar
21:16, Bu gün
ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir
21:08, Bu gün
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
21:00, Bu gün
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
20:49, Bu gün
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
20:45, Bu gün
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
20:37, Bu gün
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
20:32, Bu gün
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
20:29, Bu gün
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
20:24, Bu gün
Kök pəhrizi ilə arıqlayın
20:16, Bu gün
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
20:08, Bu gün
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
20:00, Bu gün
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
19:52, Bu gün
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
19:48, Bu gün
Arzu Niftalıyeva vəfat etdi
19:30, Bu gün
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
19:26, Bu gün
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
19:18, Bu gün
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
19:10, Bu gün
Şərabın ən ucuz olduğu ölkələr
19:03, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
18:55, Bu gün
Həsən Nəsrullahı o əvəz edəcək?
18:50, Bu gün
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
18:43, Bu gün
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
18:37, Bu gün
ABŞ qoşunlarını İraqdan çıxarır
18:32, Bu gün
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
18:28, Bu gün
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
18:20, Bu gün
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
18:19, Bu gün
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
18:16, Bu gün
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
18:14, Bu gün
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
18:06, Bu gün
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
18:05, Bu gün
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
18:04, Bu gün
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
17:57, Bu gün
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
17:52, Bu gün
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
17:47, Bu gün
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
17:43, Bu gün
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
17:37, Bu gün
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
17:31, Bu gün
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
17:25, Bu gün
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
17:19, Bu gün
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
17:12, Bu gün
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
17:06, Bu gün
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
17:00, Bu gün
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
16:54, Bu gün
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
16:48, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
16:42, Bu gün
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
16:36, Bu gün
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
16:30, Bu gün
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
16:24, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
16:18, Bu gün
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
16:06, Bu gün
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
16:03, Bu gün
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
16:00, Bu gün
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
15:55, Bu gün
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
15:49, Bu gün
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
15:43, Bu gün
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
15:37, Bu gün
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
15:31, Bu gün
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
15:25, Bu gün
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
15:18, Bu gün
Kamilənin toyu BU TARİXDƏ olacaq
15:12, Bu gün
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
15:06, Bu gün
Yemək yeyəndə niyə su içmək olmaz?
15:00, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
GÜNLÜK
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
25 Sep 2024 | 12:47
Prezident JF-17C təyyarəsində - FOTOLAR
AYLIQ
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”