Paşinyana qarşı “yaz hücumu” başlayır - müxalifət küçələrə çıxır
Oxunub: 3097
07 Apr 2023 | 10:02
Paşinyana qarşı “yaz hücumu” başlayır - müxalifət küçələrə çıxır

Ermənistanda hakimiyyət dəyişikliyi proqnozlaşdıranlar da var, ciddi nəticələri gözləməyənlər də; “Ermənistan hakimiyyəti, nə də müxalifəti başqa dil anlamır”

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar yenidən başlayıb. Aksiyanın təşkilatçısı “Birlikdə” hərəkatıdır, amma bir sıra siyasi partiyaların liderləri və müharibə veteranları da iştirak edib. Çıxış edənlər hökumətin istefaya göndərilməsini və Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini tələb edirlər. Polis aksiyaya müdaxilə etməyib.

“Birlikdə” hərəkatının üzvləri aprelin 11-i saat 18:00-da növbəti etiraz aksiyası keçirəcək. Bunu aksiyası zamanı Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib. Aram Sərkisyan deyib ki, bu, hərəkatın ilk mitinqləridir, amma sonuncu deyil. “Hamınızı aprelin 11-də Azadlıq meydanına çağırırıq”, - deyə o bildirib. Sərkisyan Pasxa ərəfəsi mitinq keçirmək üçün bütün ermənilərin katolikosu II Qaregindən “xeyir-dua” aldıqlarını da deyib.

Bu arada ölkə prezidenti Vaaqın Xaçaturyanla baş nazir Paşinyan arasında soyuqluq yarandığı haqda bəzi iddialar yayılıb. Ermənistan prezidenti xarici qonaqlarla görüşündə sərt ritorikadan imtina etməsi ilə diqqət çəkir. O, bu cür təmaslarda Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olması perspektivindən danışır, Ermənistanın qonşularla ilkin şərt olmadan mehriban qonşuluq münasibətləri qurmasının, kommunikasiyaların və sərhədlərin açılması mövqeyində olduğunu vurğulayır. Ermənistan prezidenti heç bir ilkin şərt olmadan ölkəsinin sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir. Ancaq baş nazir Paşinyanın irəli sürdüyü yersiz şərtlərə görə sülh sazişinin imzalanması yubanır.

Belə təəssürat yaranır ki, Ermənistan prezidenti ilə baş nazir arasında sülh sazişinin imzalanmasına görə prinsipial fikir ayrılığı var. Qeyd edək ki, sabiq prezident Armen Sərkisyanla da Paşinyan arasında fikir ayrılıqları mövcud idi. Məhz bu səbəbdən də Sərkisyan vaxtından əvvəl prezidentlikdən istefa verdi. Paşinyan onun yerinə öz yaxın adamını vəzifəyə gətirdi. Belə görünür ki, Paşinyanın hərdəmxəyal siyasəti Ermənistanda yeni siyasi böhran yetişdirir. Proseslərin gedişinin necə cərəyan edəcəyi barədə ekspertlərin maraqlı cavabları var.

Bu adamı hansı əsaslarla ciddiyə almalıyam? - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, Ermənistanda “Birlikdə” adlı hərəkatın təşkil etdiyi və edəcəkləri aksiyalar revanşçı qüvvələrin hələ ötən ilin payızında elan etdikləri “yaz hücumu”dur: “Bu hərəkat Ermənistan cəmiyyətinin problemlərini özündə əks etdirmədiyi üçün ciddi dəstək qazanacağını gözləmirəm. Digər tərəfdən, revanşçılar daha öncəki illərdə olduğu kimi, Azərbaycan ərazisində yaşayan erməniləri də avtobuslarla mitinqlərə daşıya bilməyəcəklər və bu, ən azı başlanğıcda aksiyaların genişmiqyaslı olduğunu görüntüləməyə imkan verməyəcək. Ermənistanın prezidenti Vaaqın Xaçaturyanla baş nazir Paşinyan arasında soyuqluğun yarandığı barədə şayiələr də ictimai rəylə manipulyasiya etmək cəhdindən başqa bir şey deyil. Ermənilər ən müxtəlif vasitələrdən sülh sazişinin imzalanmasını ləngitmək üçün istifadə edirlər. Ola bilsin ki, revanşçıların küçələrə axışması da Ermənistan rəhbərliyi ilə razılaşdırılıb. Belə texnologiyalardan Ermənistanda daha əvvəllər də istifadə olunduğu üçün aksiyaların razılaşdırıldığı ehtimalı istisna olunmur. Aksiyaların Nikol Paşinyanın hakimiyyətdən gedəcəyi ilə nəticələnəcəyi, yaxud bu məqsədə xidmət etdiyi inandırıcı görünmür”. E.Mirzəbəylinin sözlərinə görə, belə olsaydı, etirazçıların şüarlarında Ermənistan cəmiyyətini ayağa qaldıra biləcək mesajlar üstünlük təşkil edərdi: “Digər tərəfdən, etirazçıların liderlərinin, əsasən, Ermənistanda uzun illər siyasi hakimiyyətdə təmsil olunmuş şəxslərdən ibarət olması aksiyalara kütləvi dəstəyin veriləcəyi ehtimalını da azaldır. İrəvanda öz sakit həyatını yaşayan Aşot, yaxud Anna üçün Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərindəki Karapet və ya Haykanuşun necə yaşadığının heç bir əhəmiyyəti yoxdur. Bütöv bir nəsil ömrünün 30 ilini qondarma, saxta ideyalara qurban verib və nə öz həyatını qura bilib, nə də yaşadığı torpaqlarda normal bir dövlət qurmağa nail olub. Bu baxımdan, aksiyaların manipulyativ, yaxud real olması da nəticəni dəyişməyəcək”. Analitikin fikrincə, ən yaxşı halda proseslər Paşinyanın ölkə daxilindəki mövqelərini möhkəmləndirəcək, Azərbaycana da imkan verəcək ki, təzyiqlərini daha da artırsın: “Çünki nə Ermənistan hakimiyyəti, nə də müxalifəti başqa dil anlamır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyətlər içərisindədir: “Bir tərəfdən Azərbaycanla sülh sazişinin imzalanması zərurətindən danışır, digər tərəfdən prosesi süni surətdə uzadır. Sülh sazişini imzalamaq nə deməkdir? İki ölkə qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıyır. Paşinyan desə də ki, sülh sazişi vacibdir, amma Qarabağı Azərbaycan ərazisi kimi tanımağa tələsmir, ehtiyat edir. Amma məsələləri ləngitməklə bölgədə gərginliyin artmasına bilərəkdən və bilməyərəkdən şərait yaradır ki, bu da Ermənistanın heç xeyrinə deyil. Onsuz da Azərbaycan Ordusu Ermənistanla təmas xətti boyunca yüksəkliklərə nəzarət edir. Qarabağda da Ermənistanla məsləhətləşmədən öz işlərimizi davam etdiririk. Yəni haradan baxsaq, Azərbaycan həm Qarabağ separatçılarının, həm Ermənistan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırıb. Ona görə də əslində məntiqlə nə qədər ki, gec deyil, Paşinyan üçün Azərbaycanla sülh sazişini imzalamaq vacib olmalıdır”.

E.Şahinoğlu qeyd etdi ki, indiki situasiyada müxalifət çox da müqavimət göstərə bilmir: “Özünü "Birlikdə" hərəkatı kimi təqdim edənləri internet üzərindən izlədik, çox da böyük hərəkat deyil, onların Paşinyana ciddi müqavimət yaradacağını zənn etmirəm. İkinci Qarabağ müharibəsindən sonra keçirilən parlament seçkilərində Paşinyan yenə qələbə qazandı, baş nazir oldu. Üstəlik, hələlik Ermənistanda çoxluq Paşinyanı dəstəkləyir. Yəni nə qədər ki, bu dəstəyi var, Paşinyanın sülh sazişini imzalaması üçün şərait var. Çünki Ermənistanın passiv çoxluğu Qarabağ üçün  Azərbaycanla müharibə istəmir. 44 günlük müharibədə bu ölkə 4 min gəncini itirdi, üstəgəl, 11 min nəfər fərariləri oldu". Politoloq şübhə etmir ki, növbəti müharibədə Ermənistanın daha çox biabırçılıqları üzə çıxacaq, daha çox itki verəcək: “Ona görə də passiv çoxluğun istəyi odur ki, Paşinyan Azərbaycan və Türkiyə ilə razılaşsın. Amma bu, baş vermir, üstəgəl, Paşinyan Qərb və Rusiya arasında vurnuxmaqda davam edir, gah Rusiyanı qıcıqlandırır, gah Rusiya rəsmilərini qəbul edir, Rusiya ilə əməkdaşlığın inkişafından danışır, amma Avropa missiyasını təmas xəttinə çağırır ki, bununla da Kremli qıcıqlandırır. Eyni zamanda yenidən Rusiya ilə yaxınlaşmaqla Qərbdə ciddi suallar yaradır. Yəni haradan baxsan, Paşinyanın bu ziddiyyətli siyasəti həm Qərbdə, həm də Rusiyada suallar doğurmamış deyil. Bundan yerli radikal müxalifət istifadə edərək görünür, Paşinyanın mövqelərini zəiflətməyə çalışır”.

Avropa İttifaqının missiyası Ermənistan ərazilərinin növbəti dəfə peşkəş  edilməsidir- Tural İsmayılov - "İki sahil"

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov hesab edir ki, Ermənistanda daxili vəziyyət xaosla müşahidə edilir: “Demək olar ki, sağlam siyasi qüvvə qalmayıb. İndi Paşinyana qarşı 5 cəbhə formalaşıb. Birinci cəbhəyə Köçəryan bloku başçılıq edir. Onlar daha radikal və barışmazdır. İkinci cəbhədə Vanetsyanın başçılıq etdiyi qisas qrupudur. Üçüncü cəbhədə "Sasna Tsrer" və millətçi ittifaqdır. Dördüncü müqavimət platforması Sərkisyan tərəfdarlarıdır. Ən nəhayət isə aktiv şəkildə Paşinyana nifrət edən lokal qruplardır". T.İsmayılov qeyd etdi ki, artıq vəziyyət ciddi hal almağa başlayıb: “Paşinyanı devirmək üçün Rusiya Vardanyan kartından da yararlana bilər. Qarşıdakı aylar çox gərgin olacaq. Yaya qədər Ermənistanda vətəndaş qarşıdurması alovlanacaq”.

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Ermənistanda müxalifətin bir hissəsinin keçirəcəyi etiraz aksiyası heç də Paşinyana təzyiq edəcək gücdə deyil: “Xüsusilə bu prosesdə Sərkisyan, Köçəryan və Daşnaksütyun iştirak etmir. Belə olan təqdirdə bu kimi keçirilən etirazlar effektli olmayacaq. Etiraza qalxanlar revanşist qüvvələrdən ibarətdir və keçmiş hərbiçiləri bir araya yığıb”. Paşinyanın prezident V.Xaçatryanla münasibətlərinin soyumasına gəldikdə, M.Əsədullzadə bildirdi ki, açıqlamalarda fərqlilik buna dəlalət edir: “Bəli, Paşinyan bu gün dediyini sabah inkar edir. Bu diletantlıqdır. Görünür, prezident Paşinyanın bu xasiyyətini bilir. Düşünmürəm ki, prezident istefaya gedəcək. Amma Ermənistan prezidenti Paşinyanla danışıqlara gedib, sülh müqaviləsinin bağlanması üçün mövqeyini açıq şəkildə ona bildirə bilər. Çünki Ermənistan sülh müqaviləsindən yayınmaqla iqtisadi inkişafa nail ola bilmir. Blokada ölkədə siyasi təhlükəsizliyi təhdid edir. Belə olan təqdirdə sülh müqaviləsinin bağlanması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Amma Paşinyan çalışır ki, geosiyasi prosesləri lehinə çevirsin. Bu da mümkün olmur”.

Ermənistan əmrləri Kremldən deyil, Makronun ofisindən alır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Yazı çapa hazırlanarkən Ermənistanın savaşı tətikləyən addımları barədə məlumat gəldi. Məlumata görə, Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Bu barədə hökumətin aprelin 6-da keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək. “Ermənistanı Laçın yolu ilə birləşdirən yeni Tex-Kornidzor yolunun istifadəyə verilməsindən sonra iki ölkə sərhədindəki 12 kilometrlik ərazidən 7 kilometri Azərbaycanla artıq dəqiqləşdirilib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Azərbaycan bəzi yerlərdə Ermənistan tərəfindən sərhədə qədər olan 100-300 metr hissədə mühəndis işləri aparıb. Bundan sonra qərar verilib ki, situasiyanı hər iki tərəfdən kartoqraflar həll edəcəklər. Bu dövrdə sərhədçilərin dislokasiya məntəqələrinin korrektəsi işi aparılıb və situasiya müəyyən səviyyədə yaxşılaşıb. Özəlliklə 12 kilometrlik dislokasiya nöqtəsindən 7 kilometri dəqiqləşdirilib, 5 kilometri ilə bağlı dəqiqləşdirmə aparılır. Bizim niyyətimiz situasiyanın eskalasiyasından qaçmaqdır. Ümid edirəm ki, yerləşmə nöqtələrinin korrektəsi konstruktiv müstəvidə keçəcək”, - o bildirib. (müsavat.com)

Oxşar xəbərlər
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
10:59, Bu gün
Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...
10:56, Bu gün
Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
10:49, Bu gün
Azərbaycanda “Iphone” alanda müştəriləri belə aldadırlar - DETALLAR
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:37, Bu gün
Yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər
10:29, Bu gün
Milli Məclisin payız sessiyası bu tarixdə işə BAŞLAYACAQ
10:27, Bu gün
Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT- ARAŞDIRMA -VİDEO
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
10:19, Bu gün
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm”- Əməkdar artist
10:15, Bu gün
İsrailin Livana hücumu nəticəsində "Hizbullah"ın bir neçə komandiri ölüb
10:12, Bu gün
Talıbovun "tilsimi" - Kreslosu niyə boş qalıb?
10:05, Bu gün
Azərbaycan bu ölkə ilə viza tələbini ləğv edir
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
09:55, Bu gün
Qənirə Paşayevanın ölümündən 1 il ötdü
09:49, Bu gün
Yanacaqdoldurma önündə qətl – Bakıdakı dəhşətli cinayətin detalları
09:43, Bu gün
Ən etibarlı bürclər hansılardır?
09:36, Bu gün
"Milan"a 5 dəqiqə kifayət edib
09:25, Bu gün
COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib