Qənirə Paşayeva Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
Siyasət
Oxunub: 3278
01 Apr 2023 | 12:30
Qənirə Paşayeva Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzda keçirilən “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbirdə çıxış edib.
 
Moderator.az xəbər verir ki, Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evində keçirilən tədbir “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq gerçəkləşib.
 
Q.Paşayeva Ümummilli liderin zəngin həyat yolundan, xalqa, dövlətə həsr olunmuş parlaq ömründən, ölkəmizin çiçəklənməsinə xidmət edən, Heydər Əliyevin müəllifi olduğu tarixi hadisələrdən söz açıb. Böyük şəxsiyyətin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını xatırladan Q.Paşayeva, onun azərbaycançılıq məfkurəsindən geniş bəhs edib, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrildiyini vurğulayıb.  Müstəqil, qüdrətli Azərbaycan Respublikasının ideya-siyasi əsasına çevrilmiş azərbaycançılıq ideologiyasını Heydər Əliyevin mühüm tarixi xidmətlərindən biri kimi xarakterizə edib.
 
Q.Paşayeva Ümummilli liderin respublikamıza istər birinci, istərsə ikinci rəhbərliyi dönəmində ölkəmiz üçün həyata keçirdiyi böyük və əvəzsiz xidmətlərindən, o cümlədən ölkədə təhsil, səhiyyə, iqtisadiyyat və digər əməli fəaliyyət sahələrinin inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Türkçülük, çağdaşlıq və islamçılığı üzvi surətdə birləşdirən dövlət bayrağının ən ümumi məzmunu olan azərbaycançılıq ideologiyasının inkişafı üçün Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən söz açan Q.Paşayeva Heydər Əliyev ilə bağlı xatirələrini diqqətə çatdırıb.
 
Komitə sədri deyib: “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ulu öndər ölkəmizi sabitlik ünvanına çevirdi, sonra, tərəfdaş ölkələrin inkişafında da önəm daşıyan inkişaf xəttinə çıxardı, dünyanın dörd tərəfinə çoxsaylı səfərlər edərək, həqiqətlərimizi yaydı, beynəlxalq aləmi, necə deyərlər, ayıltdı. Beynəlxalq aləm Azərbaycanın önəmini dərindən idrak etməyə, dəyərləndirməyə başladı. Dostluqlar bərpa olundu, yeni əlaqələr quruldu, bədxahlar mümkün olduğunca neytrallaşdırıldı və s. Gəlin, bu vurğuladığımız məqamlara daha geniş diqqət yetirək. – Ulu öndər bütün imkanları səfərbər edib, dövlət-xalq birliyi ilə dövlətçiliyimizi, ölkəmizi faciələrdən qorudu, siyasi sabitlik, güclü iqtisadi inkişaf yolunu açdı, o cümlədən qlobal enerji-kommunikasiya layihələrini gerçəkləşdirməyə başladı. Ulu öndərin ən çox sevdiyi şeirin misraları ilə desək, o, “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” deyə tərənnüm etdiyi, candan, könüldən bağlı olduğu ölkəmizə, doğma xalqımıza, öz Prezident andına sadiq qaldı. Heydər Əliyev rəsmi andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
 
Ulu öndərin həyata keçirdiyi digər böyük işləri yada salan Q.Paşayeva fikirlərini bir neçə əməli fəaliyyət sahəsi üzrə davam etdirib: - 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durdu. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu seçdi. Bu istiqamətdə görülən işlər ardıcıl, məqsədyönlü xarakter aldı. Heydər Əliyevin humanizm prinsipləri əsasında qəbul etdiyi belə qərarlar nəhayətdə, respublikamızda ölüm hökmünün ləğvi ilə nəticələndi. Ulu öndərin təşəbbüsü ilə KİV-lər üzərində senzura da aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi yönündə önəmli addımlar atıldı. - İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması Heydər Əliyevin böyük xidmətləri sırasındadır; - Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi; - Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü, üfüqügeniş nəhəng siyasətçi, dövlət xadimi, realist insan olması hər çətin anda, mürəkkəb məqamda alternativlərin ən yaxşısını bulmağı təmin edirdi. Heç təsadüfi deyil ki, gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi yüksək peşəkarlığa görə akademik çevrələr, dünya liderləri onu “siyasət nəhəngi”, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi adlarla tərənnüm edir, ona heyranlıqlarını gizlətmirdilər; - Heydər Əliyevin siyasi iradəsi, səmimiyyəti, polad xarakteri, uzaqgörənliyi, dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri, onunla təmasda olanları valeh edir, necə deyərlər, onunla hesablaşamağa vadar edirdi; - Milli ideologiyanın yaradılması Heydər Əliyevin dövlət quruculuğu siyasətinin çox mühüm tərkib hissəsi kimi qəbul gördü; - Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək özəllikləri ilə seçilirdi. Ümummilli Lider bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdi; - Ümummilli Lider hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladı və bu yöndə önəmli islahatlara başladı. - Heydər Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin yorulmaz carçısı idi. Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə ağırlıqlı şəkildə gətirən məhz Heydər Əliyev oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Heydər Əliyev bir çox dövlət başçısı, beynəlxalq təşkilatların rəhbərləri ilə bu mövzuda danışıqlar apararaq, beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Çıxışımın sonunda tariximizin ən önəmli günlərindən birinə və həmin gün deyilmiş undulmaz sözlərə diqqət yetirmənizi istəyirəm: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! – Bu sözləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi ilə bağlı Xalqa müraciətində deyib. Ata vəsiyyətinin ali ifadəsi, o vəsiyyətə layiqincə əməl edilməsinin təntənəsi olan bu sözlərlə çıxışıma yekun vurarkən, Ulu öndərimizi bir daha dərin ehtiramla anır, onun siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən dövlət başçımıza – Müzəffər Ali Baş Komandan İlham Əliyevə yeni zəfərlər diləyirəm!”

Oxşar xəbərlər
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb-ekoloqdan TƏKLİF: “Sallafan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:14
Rusiyada tarix yenidən yazılır: siyasi repressiyalar qurbanlarının sayı azalacaq
10 Sep 2024 | 23:02
"MEDİALAB” televiziya proqramına start verildi
10 Sep 2024 | 23:00
Həkim yaşlı insanlar arasında qidalanma ilə bağlı əsas səhvləri açıqlayıb
10 Sep 2024 | 22:53
ABŞ-da hava limanında iki təyyarə toqquşdu - FOTO
10 Sep 2024 | 22:45
Macarıstan Rusiya neftini Ukrayna vasitəsilə alacaq - Bloomberg
10 Sep 2024 | 22:38
İsraildən Hizbullaha növbəti böyük zərbə...
10 Sep 2024 | 22:30
Hamilə qadın naməlum səbəbdən öldü
10 Sep 2024 | 22:22
İran intihar məngənəsində: hər il 80 min cəhd
10 Sep 2024 | 22:14
Ən faydalı çay növləri – Bu xəstəliklərə çarədir
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 22:06
“İran Air”ə qarşı sanksiya
10 Sep 2024 | 21:58
Rus ordusu Kurskda əks-hücuma keçdi
10 Sep 2024 | 21:50
Rusiya Hərbi-Dəniz Donanması strateji təlimlərə başlayıb
10 Sep 2024 | 21:43
İrəm özünü tanınmaz hala saldı - FOTO
10 Sep 2024 | 21:35
Ronaldo Vinisiusa şans tanımadı - “Qızıl top”u o qazanacaq
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 21:20
Bu məktəblər birləşdirilir? – RƏSMİ AÇIQLAMA
10 Sep 2024 | 21:13
Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi
10 Sep 2024 | 21:05
ABŞ və Böyük Britaniyauzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verəcək?..
10 Sep 2024 | 20:58
“Alov qüllələri” arasında yeriyən görün kim imiş – VİDEO
10 Sep 2024 | 20:50
“Müsəlman qardaşları” qurucusunun nəvəsi qadın zorlayıb – TƏFƏRRÜATLAR
10 Sep 2024 | 20:44
"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək
10 Sep 2024 | 20:38
Payızda bu vərdişlər xəstələnməyə səbəb olur
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 20:23
Prezident əlcəzairli həmkarını təbrik etdi
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 20:15
Hadisənin sərvət dəyərində geyimi müzakirə yaratdı - VİDEO
10 Sep 2024 | 20:10
Bu çərəz gözlərə çox faydalıdır
10 Sep 2024 | 20:03
Neft 3 ildən sonra KƏSKİN UCUZLAŞDI
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”
10 Sep 2024 | 19:53
Rəsmi Bakıdan Paşinyana CAVAB
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 19:43
Amerikalılar Ukraynaya yardımın artırılmasına qarşı çıxdı
10 Sep 2024 | 19:37
Müəllimlərin nəzərinə: Müsahibənin nəticələri açıqlandı
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:20
Təbrizli həkim bu ixtirasına görə ABŞ-da qızıl medal aldı
10 Sep 2024 | 19:13
Bürclər istədiklərinə necə nail olurlar? – Hiyləgərlik, yalan...
10 Sep 2024 | 19:08
“Chatbot” nədir, istifadə zamanı nəyə diqqət edilməlidir?
10 Sep 2024 | 19:02
ABŞ dominantlığını saxlamağa çalışır - Putin
10 Sep 2024 | 18:56
Oğlunu xilas etmək üçün ata qeyri-adi dərman hazırlayır
10 Sep 2024 | 18:50
Çinlilər bu yeni telefona heyrandılar – Özəllikləri nələrdir?
10 Sep 2024 | 18:43
Türkiyədə dizel bu tarixdən UCUZLAŞACAQ
10 Sep 2024 | 18:38
Ermənistanda İES-də güclü partlayış baş verdi
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 18:30
Cavanşir Feyziyev: “Azərbaycan Prezidenti bu tarixi missiyanın öhdəsindən layiqincə gələcək”
10 Sep 2024 | 18:25
Azərbaycanda Əlincədağ təbiət abidəsi yaradılır
10 Sep 2024 | 18:25
Ermənistanda Azərbaycanla delimitasiya üzrə sənədə baxılacaq tarix BİLİNDİ
10 Sep 2024 | 18:20
ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
10 Sep 2024 | 18:17
Azərbaycanda "Tik-Tok"dan pul qazananlardan VERGİ TUTULACAQ
10 Sep 2024 | 18:10
İşdən çıxarıldınız? - Yeni işə başlamağın faydalarını oxuyun
10 Sep 2024 | 18:08
Avtobus bardyorun üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:07
Laçınla qonşu şəhərin meri həbsə atıldi...-RƏSMİ
10 Sep 2024 | 18:05
Bu tərəvəzi süfrənizdən əskik etməyin
10 Sep 2024 | 18:00
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib - FOTO
10 Sep 2024 | 17:58
İlham Əliyev onları mükafatlandırdı
10 Sep 2024 | 17:56
Komitə sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib - FOTO
10 Sep 2024 | 17:52
ADNSU-da “Nova University Lisbon” ali təhsil müəssisəsi ilə əməkdaşlıq müzakirə olunub - FOTO
10 Sep 2024 | 17:50
Prezident Lamiyə və Orxanı təltif etdi
10 Sep 2024 | 17:47
BDU əməkdaşlarının maaşları artırıldı
10 Sep 2024 | 17:44
Prezident sərəncam imzaladı
10 Sep 2024 | 17:41
Hər gün pomidor yeyin, şəkəriniz, təzyiqiniz və hətta çəkiniz azalacaq...
10 Sep 2024 | 17:35
ADNSU-da COP29 ilə bağlı forum keçiriləcək
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 17:24
İransayağı “soyqırım”
10 Sep 2024 | 17:17
BMT İsrailə qarşı qətnamə layihəsini səsverməyə çıxaracaq
10 Sep 2024 | 17:14
Üç ölkənin nazirləri arasında saziş imzalandı - FOTO
10 Sep 2024 | 17:12
“Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..”-Sabiq səfir
10 Sep 2024 | 17:06
“South China Morning Post”da Azərbaycanla bağlı məqalə dərc olundu
10 Sep 2024 | 17:00
Bakı metrosuna gizli girənlərin cəzası bəlli oldu - FOTO
10 Sep 2024 | 16:54
22 yaşlı oğlan qadını şantaj edib pul aldığı üçün tutulub
10 Sep 2024 | 16:48
Narini öldürməkdə şübhəli bilinən əmisi əslində onun atasıdırmı? - TƏFƏRRÜAT
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...
10 Sep 2024 | 16:36
MSK-dan 3 dairə ilə bağlı YENİ AÇIQLAMA
10 Sep 2024 | 16:30
Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."
10 Sep 2024 | 16:25
Narkoloji mərkəzin direktoru və müavini nə qədər rüşvət alıb? - Prokuror ittihamı açıqladı
10 Sep 2024 | 16:20
Ağcabədidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 16:10
Nazpəri nəvəsi üçün göz yaşı tökdü - VİDEO
10 Sep 2024 | 16:05
XİN başçıları ikitərəfli əlaqələri müzakirə etdilər - YENİLƏNİB + FOTO
10 Sep 2024 | 16:00
Şəbnəmdən şok açıqlama: "İkisi də yalvardı ki, oxuma"
10 Sep 2024 | 15:55
Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 15:41
Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb
10 Sep 2024 | 15:36
"Zirə" "Neftçi"nin sabiq futbolçusunu transfer etdi
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 15:23
Narinin yaxınlarından hadisəni araşdıran müxbirə təhdid: "Səni öldürməliyik" - FOTO
10 Sep 2024 | 15:17
“İlhamə də, Elza da mənə qarşı səhv etmişdi”
10 Sep 2024 | 15:12
66 yaşlı əmisi arvadını qətlə yetirən şəxsin cəzası məlum oldu
10 Sep 2024 | 15:06
Ramiz Novruzun qızı xəstəxanalıq oldu - FOTO
10 Sep 2024 | 14:59
Aygün Kazımova yeni eşqə düşüb? - Sirli PAYLAŞIM
10 Sep 2024 | 14:52
"Bayden administrasiyası Ukraynada müharibənin strategiyası üzrə məxfi hesabat təqdim edib" - "Reuters"
10 Sep 2024 | 14:46
“Ərə gələndə 11 nəfərlə eyni otaqda yaşadım” – Sönməyən 75 illk sevgi
10 Sep 2024 | 14:39
Üç ölkənin müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başladı
10 Sep 2024 | 14:33
Qəbiristanlıqda gecə şok olay: "Burada heç kəs yoxdu, dediyimi etməsən..." – Təfərrüat
10 Sep 2024 | 14:27
Həsənov Gülerlə Batumidə görüşdü - FOTO
10 Sep 2024 | 14:20
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - FOTO
10 Sep 2024 | 14:13
"Zelenski bu payız müharibənin bitməsinə bel bağlayır" - EFE nəşri
GÜNLÜK
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 06:49
Rusiyanın nüvə silahından istifadə ilə bağlı 5 bəndi var: Ukrayna artıq 2 "qırmızı xətt"i keçib...
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardyorun üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 08:45
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
10 Sep 2024 | 07:18
"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı..."
10 Sep 2024 | 07:58
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 08:53
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 06:49
Rusiyanın nüvə silahından istifadə ilə bağlı 5 bəndi var: Ukrayna artıq 2 "qırmızı xətt"i keçib...
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardyorun üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 08:45
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
10 Sep 2024 | 07:18
"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı..."
10 Sep 2024 | 07:58
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 08:53
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL