ABŞ-ın yeni “demokratiya işartıları” konsepsiyasını Ruben Vardanyanın dostu icra edir
Siyasət
Oxunub: 3112
01 Apr 2023 | 11:08
ABŞ-ın yeni “demokratiya işartıları” konsepsiyasını Ruben Vardanyanın dostu icra edir

20 il əvvəl “rəngli inqilablar” nəzəriyyəsi tətbiq edilirdi, nəticə olaraq Saakaşvili həbsxanaya düşdü, Gürcüstanda Rusiya oliqarxı qalib gəldi, Ukrayna Rusiyanın hücumuna məruz qaldı və ölkə darmadağın edilir. Qırğızıstan bu yaxınlarda hakimiyyət dəyişiklikləri, mütəmadi çevrilişlər seriyasına son qoya bilib və MDB-nin ən kasıb ölkələrindən birinə çevrilib. İndi “demokratiya işartıları” konsepsiyası tətbiq edilir, bu dəfə MDB-dən Ermənistan və Moldova eksperiment məkanıdır. Yeni konsepsiyanın əsas icraçısı isə erməni əsilli rusiyalı cinayətkar oliqarx Vardanyanın dostu, Samanta Pauerdir...

BBC Rusiya xidməti üç il əvvəl “Ərəb baharı” adlandırılan Orta Şərq və Şimali Afrika regionu ölkələrini əhatə edən hökumət əleyhinə etirazlar, üsyanlar və silahlı qarşıdurmaların on illiyində çox ibrətamiz sərlöhvə ilə analitik məqalə dərc etmişdi. «Yaşamaq pisləşdi, amma demokratiya lazımdır. 10 ildən sonra "Ərəb baharı"” başlıqlı məqalədə on il əvvəl Yaxın Şərqdə baş verənlər ümumiləşdirilmiş şəkildə təhlil edilmişdi. Məqalədə 2020-ci ildə Ərəb Siyasət Araşdırma Mərkəzinin apardığı Orta Şərq tarixində ən böyük araşdırmanın nəticələrinə istinad edilmişdi. Eyni zamanda Sudan, Tunis, Əlcəzair, İraq, Misir, Liviya, Suriya və Yəməni əhatə edən ingilis Guardian qəzeti və YouGov Sosioloji Mərkəzinin apardığı araşdırmanın nəticələrindən istifadə olunmuşdu. Rəyi soruşulanların 91% bildirib ki, onların ölkələrində yüksək korrupsiya var. "Ərəb baharı"nın az və ya çox dərəcədə təsir etdiyi səkkiz ölkənin (Sudan, Tunis, Əlcəzair, İraq, Misir, Liviya, Suriya və Yəmən) yarısında silahlı münaqişələr davam edir, iqtisadiyyat isə dağıdılıb. Əsasən bu ölkələrin hamısında əksəriyyət övladları üçün daha yaxşı bir gələcəyə ümid etmir, Suriya və Yəməndə pessimistlər optimistlərdən təxminən on qat çoxdur.

Hazırda bütün dünyada “Ərəb baharı”nı xatırlanması yalnız bahar fəslinin gəlişi ilə əlaqədar deyil. “Ərəb baharı”nın “bəhrələri”nin analizi ABŞ-da prezident Bayden administrasiyasının iki il əvvəl yenidən qlobal miqyasda demokratiyanın dəstəklənməsi strategiyasını elan etməsi və Vaşinqtonun təşəbbüsü və təşkilatçılığı ilə 29-30 martda keçirilən ikinci “Demokratiya sammiti”dir. “Demokratiya sammitləri”nin əsas şüarını üç il əvvəl BBC Rusiya xidmətinin yuxarıda qeyd edilən məqaləsinin başlığını seçmək olar: «Yaşamaq pisləşdi, amma demokratiya lazımdır”. Əslində bu demokratiyanın dirçəldilməsi siyasətinin əsas ideoloji tezisi kimi də irəli sürülə bilər “ac qalsanız, vətəndaş müharibəsi olsa da mütləq demokratiya lazımdır”.

Çürük ideologiya öz yerində, demokratiya uğrunda yeni səlib yürüşünə rəhbərlik edənlərin kimliyi, nə dərəcədə ədalət prinsiplərinə, beynəlxalq hüququn aliliyi prinsipinə sadiq qalmaları, yəni siyasi, ictimai performansları da indidən ən azı demokratiyanın dəstəklənəcəyi ölkələr üçün həyacan siqnalı olmalıdır. Bütün dünyada demokratiyanın yeni bayraqdarlarının əsas ideoloqlarından biri isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauerdir. Samanta Pauer ermənilərin “qondarma soyqırımı günü”nü özünün doğum günü elan edib və “Cəhənnəmdən problemlər: Amerika genosidlər əsrində” kitabında uydurma erməni genosidini müasir dövrdə aktuallaşdırıb, onun tanınmasının ideoloji, hüquqi əsaslarını irəli sürüb. Qondarma “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınmasının əsas təşəbbüskarlarından biri də məhz Samanta Pauerdir. Ermənilər də borclu qalmayıblar və 2018-ci ildə onu Ruben Vardanyanın təsis etdiyi bir fondun «Avrora” mükafatına layiq görüblər. Samanta xanım Yerevana səfərində görün nə deyib: “Ruben Vardanyan Yaxın Şərqdəki sülhdən məsul olsaydı, müharibələr olmazdı”. Samanta Pauer ABŞ-ın BMT-dəki nümayəndəsi işləyib, Obama adminstrasiyasında xarici siyasət məsələləri üzrə məsul şəxs olub və Vardanyanın Suriyada müharibəni başlayan ölkələrdən olan, Bəşər Əsədi qoruyan Rusiyanın siyasi rəhbərliyinin, xüsusi xidmət orqanlarının yetirməsi olduğunu bilməyə bilməzdi. Ola bilsin ki, Vardanyan Samanta xanıma münasibətdə çox səxavətli olub və keçmiş ABŞ səfiri, hazırkı USAİD rəhbəri ağlın yox, bank hesabındakı məbləğin səsinə qulaq asıb. Bu onun şəxsi işidir və öz seçimidir, lakin problem bundadır ki, Samanta xanım ABŞ adından bütün dünyada demokratiyanı yaymaq üçün mübarizə aparır və çalışır. Bu zaman haqlı bir sual çıxır, “Demokratiyanı yaymaq işində Samanta Pauer kimin səsinə qulaq verir, yaxud onun başını çəkdiyi demokratiya xüsusi təyinatlılarının əsl məqsədi doğrudanmı demos kratosdur, yəni xalqın hakimiyyətidir...?

USAİD rəhbəri olmaq geniş imkanlar verir və hazırda Samanta xanım bu imkanlardan “demokratiya işartıları”ndan biri kimi qələmə verilən Ermənistanın dəstəklənməsi üçün maksimum istifadə edir. Ötən il keçirilən birinci “Demokratiya sammiti” zamanı bəyan edildi ki, demokratiyanın dəstəklənməsi səylərinin bir hissəsi olaraq USAID-in himayəsi altında, əsas vəzifəsi demokratik islahatlara sadiq hökumətlərin səylərini dəstəkləmək, səhiyyə, enerji və biznesə kömək etmək olan "Demokratiya Tərəfdaşlığı" qurulacaqdır. Agentliyin "İnsanlar tərəfindən idarə olunan" adlı başqa bir proqramı, qadınların və gənc liderlərin rəhbərlik etdiyi və müsbət dəyişikliyə təkan verməyi hədəfləyən kütləvi hərəkatları dəstəkləyəcək. Rəsmi şəkildə açıqlanmasa da əminliklə qeyd etmək olar ki, ötən il demokratiyanın dəstəklənməsi adı ilə ayrılmış 421 milyon dollardan çox vəsaitin əhəmiyyətli hissəsi Ermənistan və onun baş naziri Nikol Paşinyanın sərəncamına verilib. 2003-cü ildə Gürcüstanda əsas sponsor Soros Fondu idisə, indi Ermənistanın əsas himayəçisi Samanta Pauerdir.

Barak Obama onu "beynəlxalq siyasətdəki ən böyük zəkalarımızdan biri" adlandırmışdı və "o, dünya birliyinin böhranları həll etmək və insan ləyaqətini qorumaq üçün mənəvi məsuliyyət və dərin marağının olduğunu göstərdi" – demişdi. Obama tərzində böyük və pafoslu sözlərdi, lakin Samanta Pauer bir dəfə də olsun təəsübünü çəkdiyi Ermənistan və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlılının qaçqın və məcburi köçkünə çevrildiyini dilə gətirməyib. “Demokratiya sammiti”ndəki dünənki çıxışında o, qeyd edib ki, USAİD demokratiyanı dəstəkləmək üçün əsas vəzifələrdən biri kimi ədalət mühakiməsinin dəstəklənməsini görür. Lakin Samanta xanımın özünün ədalət hissinin nə dərəcədə inkişaf etdiyini onun Azərbaycana münasibəti ilə dəyərləndirmək olar. Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda keçirdiyi aksiyanı artıq USAİD rəhbəri kimi qınaması və dolayısı ilə köhnə dostu Vardanyana qahmar çıxması ədalətli və demokratiya mübarizinin “yüksək mənəvi məsuliyyətindən” xəbər verir. Obama ilə bir məsələdə razılaşmaq olar. Ermənilərin haqsız, uydurma, cəfəng ideyalarını dəstəkləmək və bunu demokratiyanın inkişafı ilə əlaqələndirmək və ABŞ hökumətinin vəsaitlərini köhnə dostlarına vermək doğurdan böyük zəka tələb edir.

Yenə “Ərəb baharı”nı xatırlayaq və “Demokratiya sammitləri” üçün təklif etdiyimiz şüarı yada salaq: “Ac qal, öl, lakin demokratiya quracaqsan”. Lakin bu məsələdə də dostlar, yadlar var, ABŞ yalnız diktator hesab etdiyi şəxsləri əclaf dostlara, düşmənlərə bölmür, demokratiya qurmaq istədikləri ölkələri də dostlara, yadlara bölür. Dostlara demokratiyanın uzun, əzablı yollarında bir qarın tox irəliləmək imkanları yaradılır. Onları daha çox əzizləyirlər və əsas da pul verirlər. İndi Samanta Pauer sayəsində Ermənistan doğma, demokratiyaya can atan ölkədir və bir qarın tox olmalıdır. Məhz buna görə, demokratiyanın dəstəkləməsinin yeni konsepsiyalarına görə Ermənistan “ümid verən demokratiya işartısı” kimi təsnif edilir. Paşinyanın söz azadlığını məhdudlaşdırması, məhkəmə hakimiyyətini faktiki özünə tabe etməsi, iqtisadiyyatı öz ətrafının nəzarətinə verməsi demokratiyanın gücləndirilməsi yolunda zəruri qurbanlar kimi dəyərləndirilir. Ermənistanın Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması, ruslara silah verməsi müvəqqəti çətinliklər kimi qiymətləndirilir. Ermənistanın baş naziri isə Pauerin təqdimatında yeni demokratiya kumiridir, 2003-cü ildə Saakaşvili, Yuşşenko və o zamankı Qırğızıstan liderləri kimi... O zaman “rəngli inqilablar” nəzəriyyəsi tətbiq edilirdi, nəticə olaraq Saakaşvili həbsxanaya düşdü, Gürcüstanda Rusiya oliqarxı qalib gəldi, Ukrayna Rusiyanın hücumuna məruz qaldı və ölkə darmadağın edilir. Qırğızıstan bu yaxınlarda hakimiyyət dəyişiklikləri, mütəmadi çevrilişlər seriyasına son qoya bilib və MDB-nin ən kasıb dövlətlərindən birinə çevrilib. İndi “demokratiya işartıları” konsepsiyası tətbiq edilir, bu dəfə MDB-dən Ermənistan və Moldova eksperiment məkanıdır. Yeni konsepsiyanın əsas icraçısı isə erməni əsilli rusiyalı cinayətkar oliqarx Vardanyanın dostudur...(apa)

Oxşar xəbərlər
07:09, Bu gün
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:14
Rusiyada tarix yenidən yazılır: siyasi repressiyalar qurbanlarının sayı azalacaq
10 Sep 2024 | 23:02
"MEDİALAB” televiziya proqramına start verildi
10 Sep 2024 | 23:00
Həkim yaşlı insanlar arasında qidalanma ilə bağlı əsas səhvləri açıqlayıb
10 Sep 2024 | 22:53
ABŞ-da hava limanında iki təyyarə toqquşdu - FOTO
10 Sep 2024 | 22:45
Macarıstan Rusiya neftini Ukrayna vasitəsilə alacaq - Bloomberg
10 Sep 2024 | 22:38
İsraildən Hizbullaha növbəti böyük zərbə...
10 Sep 2024 | 22:30
Hamilə qadın naməlum səbəbdən öldü
10 Sep 2024 | 22:22
İran intihar məngənəsində: hər il 80 min cəhd
10 Sep 2024 | 22:14
Ən faydalı çay növləri – Bu xəstəliklərə çarədir
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 22:06
“İran Air”ə qarşı sanksiya
10 Sep 2024 | 21:58
Rus ordusu Kurskda əks-hücuma keçdi
10 Sep 2024 | 21:50
Rusiya Hərbi-Dəniz Donanması strateji təlimlərə başlayıb
10 Sep 2024 | 21:43
İrəm özünü tanınmaz hala saldı - FOTO
10 Sep 2024 | 21:35
Ronaldo Vinisiusa şans tanımadı - “Qızıl top”u o qazanacaq
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 21:20
Bu məktəblər birləşdirilir? – RƏSMİ AÇIQLAMA
10 Sep 2024 | 21:13
Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi
10 Sep 2024 | 21:05
ABŞ və Böyük Britaniyauzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verəcək?..
10 Sep 2024 | 20:58
“Alov qüllələri” arasında yeriyən görün kim imiş – VİDEO
10 Sep 2024 | 20:50
“Müsəlman qardaşları” qurucusunun nəvəsi qadın zorlayıb – TƏFƏRRÜATLAR
10 Sep 2024 | 20:44
"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək
10 Sep 2024 | 20:38
Payızda bu vərdişlər xəstələnməyə səbəb olur
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 20:23
Prezident əlcəzairli həmkarını təbrik etdi
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 20:15
Hadisənin sərvət dəyərində geyimi müzakirə yaratdı - VİDEO
10 Sep 2024 | 20:10
Bu çərəz gözlərə çox faydalıdır
10 Sep 2024 | 20:03
Neft 3 ildən sonra KƏSKİN UCUZLAŞDI
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”
10 Sep 2024 | 19:53
Rəsmi Bakıdan Paşinyana CAVAB
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 19:43
Amerikalılar Ukraynaya yardımın artırılmasına qarşı çıxdı
10 Sep 2024 | 19:37
Müəllimlərin nəzərinə: Müsahibənin nəticələri açıqlandı
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:20
Təbrizli həkim bu ixtirasına görə ABŞ-da qızıl medal aldı
10 Sep 2024 | 19:13
Bürclər istədiklərinə necə nail olurlar? – Hiyləgərlik, yalan...
10 Sep 2024 | 19:08
“Chatbot” nədir, istifadə zamanı nəyə diqqət edilməlidir?
10 Sep 2024 | 19:02
ABŞ dominantlığını saxlamağa çalışır - Putin
10 Sep 2024 | 18:56
Oğlunu xilas etmək üçün ata qeyri-adi dərman hazırlayır
10 Sep 2024 | 18:50
Çinlilər bu yeni telefona heyrandılar – Özəllikləri nələrdir?
10 Sep 2024 | 18:43
Türkiyədə dizel bu tarixdən UCUZLAŞACAQ
10 Sep 2024 | 18:38
Ermənistanda İES-də güclü partlayış baş verdi
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 18:30
Cavanşir Feyziyev: “Azərbaycan Prezidenti bu tarixi missiyanın öhdəsindən layiqincə gələcək”
10 Sep 2024 | 18:25
Azərbaycanda Əlincədağ təbiət abidəsi yaradılır
10 Sep 2024 | 18:25
Ermənistanda Azərbaycanla delimitasiya üzrə sənədə baxılacaq tarix BİLİNDİ
10 Sep 2024 | 18:20
ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
10 Sep 2024 | 18:17
Azərbaycanda "Tik-Tok"dan pul qazananlardan VERGİ TUTULACAQ
10 Sep 2024 | 18:10
İşdən çıxarıldınız? - Yeni işə başlamağın faydalarını oxuyun
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:07
Laçınla qonşu şəhərin meri həbsə atıldi...-RƏSMİ
10 Sep 2024 | 18:05
Bu tərəvəzi süfrənizdən əskik etməyin
10 Sep 2024 | 18:00
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib - FOTO
10 Sep 2024 | 17:58
İlham Əliyev onları mükafatlandırdı
10 Sep 2024 | 17:56
Komitə sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib - FOTO
10 Sep 2024 | 17:52
ADNSU-da “Nova University Lisbon” ali təhsil müəssisəsi ilə əməkdaşlıq müzakirə olunub - FOTO
10 Sep 2024 | 17:50
Prezident Lamiyə və Orxanı təltif etdi
10 Sep 2024 | 17:47
BDU əməkdaşlarının maaşları artırıldı
10 Sep 2024 | 17:44
Prezident sərəncam imzaladı
10 Sep 2024 | 17:41
Hər gün pomidor yeyin, şəkəriniz, təzyiqiniz və hətta çəkiniz azalacaq...
10 Sep 2024 | 17:35
ADNSU-da COP29 ilə bağlı forum keçiriləcək
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 17:24
İransayağı “soyqırım”
10 Sep 2024 | 17:17
BMT İsrailə qarşı qətnamə layihəsini səsverməyə çıxaracaq
10 Sep 2024 | 17:14
Üç ölkənin nazirləri arasında saziş imzalandı - FOTO
10 Sep 2024 | 17:12
“Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..”-Sabiq səfir
10 Sep 2024 | 17:06
“South China Morning Post”da Azərbaycanla bağlı məqalə dərc olundu
10 Sep 2024 | 17:00
Bakı metrosuna gizli girənlərin cəzası bəlli oldu - FOTO
10 Sep 2024 | 16:54
22 yaşlı oğlan qadını şantaj edib pul aldığı üçün tutulub
10 Sep 2024 | 16:48
Narini öldürməkdə şübhəli bilinən əmisi əslində onun atasıdırmı? - TƏFƏRRÜAT
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...
10 Sep 2024 | 16:36
MSK-dan 3 dairə ilə bağlı YENİ AÇIQLAMA
10 Sep 2024 | 16:30
Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."
10 Sep 2024 | 16:25
Narkoloji mərkəzin direktoru və müavini nə qədər rüşvət alıb? - Prokuror ittihamı açıqladı
10 Sep 2024 | 16:20
Ağcabədidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 16:10
Nazpəri nəvəsi üçün göz yaşı tökdü - VİDEO
10 Sep 2024 | 16:05
XİN başçıları ikitərəfli əlaqələri müzakirə etdilər - YENİLƏNİB + FOTO
10 Sep 2024 | 16:00
Şəbnəmdən şok açıqlama: "İkisi də yalvardı ki, oxuma"
10 Sep 2024 | 15:55
Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 15:41
Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb
10 Sep 2024 | 15:36
"Zirə" "Neftçi"nin sabiq futbolçusunu transfer etdi
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 15:23
Narinin yaxınlarından hadisəni araşdıran müxbirə təhdid: "Səni öldürməliyik" - FOTO
10 Sep 2024 | 15:17
“İlhamə də, Elza da mənə qarşı səhv etmişdi”
10 Sep 2024 | 15:12
66 yaşlı əmisi arvadını qətlə yetirən şəxsin cəzası məlum oldu
10 Sep 2024 | 15:06
Ramiz Novruzun qızı xəstəxanalıq oldu - FOTO
10 Sep 2024 | 14:59
Aygün Kazımova yeni eşqə düşüb? - Sirli PAYLAŞIM
10 Sep 2024 | 14:52
"Bayden administrasiyası Ukraynada müharibənin strategiyası üzrə məxfi hesabat təqdim edib" - "Reuters"
10 Sep 2024 | 14:46
“Ərə gələndə 11 nəfərlə eyni otaqda yaşadım” – Sönməyən 75 illk sevgi
10 Sep 2024 | 14:39
Üç ölkənin müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başladı
10 Sep 2024 | 14:33
Qəbiristanlıqda gecə şok olay: "Burada heç kəs yoxdu, dediyimi etməsən..." – Təfərrüat
10 Sep 2024 | 14:27
Həsənov Gülerlə Batumidə görüşdü - FOTO
10 Sep 2024 | 14:20
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - FOTO
GÜNLÜK
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 08:45
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
10 Sep 2024 | 07:58
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 08:53
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL
10 Sep 2024 | 09:00
Bakıda polisin öldürdüyü şəxs özünü MTN əməkdaşı kimi təqdim edib - TƏFƏRRÜAT
10 Sep 2024 | 11:34
Xərçəngi sağaldan MÖHTƏŞƏM RESEPT: minlərlə insan xəstəlikdən xilas olub
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 08:45
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
10 Sep 2024 | 07:58
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 08:53
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL
10 Sep 2024 | 09:00
Bakıda polisin öldürdüyü şəxs özünü MTN əməkdaşı kimi təqdim edib - TƏFƏRRÜAT
10 Sep 2024 | 11:34
Xərçəngi sağaldan MÖHTƏŞƏM RESEPT: minlərlə insan xəstəlikdən xilas olub