Azərbaycan Ordusu Kəlbəcərdə hazırdır - İrəvana XƏBƏRDARLIQ: vaxt uzadılsa...
Siyasət
Oxunub: 3081
27 Jun 2022 | 14:32
Azərbaycan Ordusu Kəlbəcərdə hazırdır - İrəvana XƏBƏRDARLIQ: vaxt uzadılsa...
Azərbaycan Ordusu regionun ən güclüsüdür. Bunu 44 günlük müharibə bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərin əsas şərtləndirici amillərindən biri, heç şübhəsiz, güclü orduya sahib olmağımızdır. 
 
Bu gün də dövlət başçısı Ordunun daha gücləndirilməsi, daha müasir hərbi texnika ilə təchizatı məsələsinə olduqca həssaslıqla yanaşır. Bunu hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlərin ayrılması, ölkənin müdafiə sənayesinin qurulması, ordunun ən müasir silahlarla təchiz edilməsi, həmçinin ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələrinin günbəgün genişləndirilməsi fonunda çox aydın görmək mümkündür. 
 
Tərəddüdsüz deyə bilərik ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidirsə, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclüləri siyahısına daxil etməyi bacaran, adından dünyada söz etdirən Ali Baş Komandandır. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasət ordu quruculuğu prosesinin yüksək səviyyədə reallaşdırılmasına imkan yaratdı.
 
 
Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı bir daha Azərbaycan liderinin ordusuna verdiyi önəmin bariz nümunəsidir. Bununla ölkə başçısı bir daha nümayiş etdirdi ki, biz bir daha işğala məruz qalmamaq üçün dayanmadan güclənməliyik və bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bunun digər bir rəmzi mənası isə ondan ibarətdir ki, Azərbaycan 1993-cü ilin aprelində itirdiyi Kəlbəcərdə bu Ordu Gününü qeyd edərək düşmənlərinə, onu sevməyənlərə gözdağı vermiş oldu. 
 
Sözsüz ki, Vətən müharibəsinə kimi də hərbi müstəvidə görülən bütün işlərin əsas hədəfi o idi ki, nə vaxtsa danışıqlar prosesi tamamilə dalana dirənmiş olsa, biz öz gücümüzün hesabına ərazi bütövlüyümüzü bərpa edək. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarını düşmən tapdağından azad edəcək. 44 günlük Vətən müharibəsində bu, belə də oldu - Azərbaycanda Ordu, xalq, Dövlət həmrəyliyi 30 ilə yaxındır davam edən işğal faktorunu aradan götürdü.
 
İlham Əliyev Hadrutdan bir neçə ay sonra (24 dekabr 2021-ci il - red.) Kəlbəcərdə ikinci Komando Hərbi Hissəsinin açılışı zamanı çıxışında çox önəmli mesajlarla yadda qaldı: "Biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib".
 
 
Dövlət başçısı bu çıxışı ilə növbəti dəfə beynəlxalq qurumlara, xüsusilə də münaqişə tərəflərinin problemi sülh yolu ilə həll etməsi üçün vasitəçilik missiyasının verildiyi keçmiş Minsk Qrupunun yarıtmaz fəaliyyətini diqqətə çatdırmaqla, "Sizin 30 ildə bacarmadığınızı, Ordum 44 günə bacardı" mesajı verdi: "Biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim "Azərbaycan torpaqlarından çıx!" deməmişdir".
 
İlham Əliyev bu bəyanatı ilə yenidən dirçəlmək eşqi ilə alışıb-yanan Minsk Qrupunun ümidlərinin üstündən bir daha xətt çəkdi desəm, yanılmaram. Ölkə başçısı belə yarıtmaz, beynəlxalq hüququn norma və prinsipləri üzərində manipulyasiyalar edərək Ermənistana işğalçılıq faktoru üçün geridə qalan illər ərzində imkanlar yaradan bir Qurumun bir daha rəsmi Bakı tərəfindən dəstəklənməyəcəyini elan etmiş oldu.
 
Ali Baş Komandanın "Biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın" sözləri isə tamamilə Ermənistan iqtidarına, revanşist qüvvələrinə və ona havadarlıq edən dövlətlərə, siyasətçilərə, beynəlxalq təşkilatlara ünvanlandı. 
 
Prezident Azərbaycan Ordusunun 44 günlük müharibədəkindən də güclü olması istiqamətində görülən işləri diqqətə çatdırmaqla, sərhəddəki mövqelərimizin daha güclü müdafiə oldunduğunu və bunun üçün ən müasir silahlarla təchiz olunmaq istiqamətində önəmli addımları diqqətə çatdırdı ki, Ermənistan bir daha agah olsun ki, törədəcəkləri növbəti təxribatlar onlar üçün daha ağır cavablarla yekunlaşa bilər. Ən azından bu baxımdan Ermənistan ordusunun ilyarım bundan öncə 44 günlük bir "təcrübəsi" var. Ölkə başçısı Ermənistanı ritorikasından əl çəkərək, Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq addımlardan çəkindirməyə çalışdı. Onun bu açıqlamasını İrəvana ünvanlanmış xəbərdarlıq da adlandıra bilərik. Çünki bir az keçmişə - 27 sentyabr 2020-ci il tarixinə kimi olan son bir neçə ayda baş verən proseslərə nəzər yetirdikdə, İlham Əliyev anoloji addımı o zaman da atırdı, Ermənistan rəhbərliyini təxribatlardan əl çəkməyə, silhalı insidentləri dayandırmağa, məsələni danışıq masası arxasında çözməyi təklif edirdi. Hətta onu da qeyd edirdi ki, Azərbaycanın səbri əbədi deyil. Bu gün də Prezidentin Kəlbəcərdən etdiyi "Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir" müraciətində həmin çalarları sezmək mümkündür.
 
 
Bəli, dövlət başçısının qeyd etdiyi kimi, biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma istər müharibədən qalib çıxan tərəf kimi, istərsə də beynəlxalq hüquq normaları və prinsipi əsas verir ki, bizim istəyimiz, bizim maraqlarımız təmin olunsun. Postmünaqişə dövründə rəsmi Bakının bu istiqamətdə atdığı addımlar artıq öz nəticəsini verməyə başlayıb. Deyə bilərik ki, Azərbaycanın müharibə nəticəsində yaratdığı reallıqlar artıq hamı tərəfindən qəbul edilməyə başlanılıb. Bunu dövlət başçısı da hərbi qulluqçuların qarşısında çıxışı zamanı qeyd edib: "Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar - nə onlar, nə də ki, sonrakı nəsillər".
 
İlham Əliyev növbəti dəfə əli günahsız azərbaycanlıların qanına batmış, hərbi cinayətkarlar Sarkisyan-Köçəryan cütlüyünün ünvanına lazımı mesajları göndərib: "Hərbi cinayətkarlar - Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər. Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi".
 
Azərbaycan Prezidenti bununla da hazırda Ermənistan daxilində müxalifətin mitinqlərinə başçılıq edən keçmiş "Qarabağ klanı"nın iki aparıcı üzvünün 44 günlük müharibə zamanı Xankəndindən qaçmasını xatırlatmaqla erməni xalqına "liderlərini" tanımaq üçün növbəti dəfə fürsət verdi. Dövlət başçısı bununla erməni xalqına həm də ordusunu, xalqını çətin vəziyyətdə qoyub qaçan bu cinayətkarlara xalqı, onun rifahı, firvanlığı yox, məhz öz maraqları, öz canlarının nə qədər dəyərli olduğu müqayisəsini etmələri üçün imkan yaratdı.
 
 
Burada bir nüans xüsusilə diqqət çəkir: Azərbaycan Prezidenti onların timsalında Ermənistanın hazırki lideri Nikol Paşinyanın ünvanına nüfuzuna xələl gətirəcək hər hansı bir ifadə işlətməməklə, daxili auditoriyasında gülünc duruma salmamaqla bir jest etdi. Ölkə başçımız bununla da Ermənistanın hazırki iqtidarının regionda sülh üçün üzərinə götürdüyü öhdəlikləri sürətləndirməsi, artıq praktiki addımların atması məqsədilə ona verilən bu fürstdən, yaradılan imkandan yararlanması üçün növbəti meydanı açdı. 
 
Qalır Nikol Paşinyanın bu meydanı regionun sülh, sabitlik, iqtisadi inkişaf məqsədilə istifadə etmək istəyəcəyi, yoxsa meydanı döyüş, qan-qada məqsədilə yararlanmaq niyyətinin daha ön plana çıxacağı məsələsi. İlham Əliyev bir güllə belə atılmadan Ermənistanı kapitulyasiya aktına vadar edən 10 noyabr Bəyanatına əsasən geri aldığı Kəlbəcərdə bu gün həyata keçirdiyi istər hərbi, istər infrastruktur layihələrlə bir daha nümayiş etdirdi ki, Azərbaycan düşmənlə istənilən dildə danışmağa qadirdir və bunu əvvəlkindən də yaxşı bacarır. Qalır Ermənistanın hansı "dildə" Azərbaycanın onunla danışmaq istəyini bəlli etməyinə. Çünki rəsmi Bakı Ermənistanın vaxt udması üçün apardığı oyunları çox yaxşı bilir, bildiyi üçün bu oyunları necə pozmağın da yoluna bələddir. /Milli.az/
 
Oxşar xəbərlər
14:50, Bu gün
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
14:44, Bu gün
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
14:38, Bu gün
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
14:32, Bu gün
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
14:26, Bu gün
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
14:20, Bu gün
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
14:14, Bu gün
Cəbrayılda zavodun təməli qoyuldu
14:07, Bu gün
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
14:00, Bu gün
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ