"Amerika Çinin zəyiflədilməsi üçün bütün addımları atacaq"
Siyasət
Oxunub: 2818
23 Jun 2022 | 22:08

ABŞ prezidenti Cozef Baydenin imzaladığı, Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun iyunun 21-dən qüvvəyə minib. Qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yuxarı palatası (Senat) isə dekabrın 16-da qəbul edib.

Prezident Cozef Bayden qanunu 2021-ci il dekabrın 23-də imzalayıb. Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır. Belə bir qanunun qəbulu insan haqları sahəsində ciddi uğurlardan sayılır. Prezident Bayden imzaladıqdan sonra ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) əsasında yaradılmış Məcburi Əməyə Qarşı İşçi Qrup qanunun tətbiqi istiqamətində bir sıra tədbirlər görüb, o cümlədən ABŞ hökumətinin ticarət və kəşfiyyat sahələrinə cavabdeh şəxslərlə məsləhətləşmələr apararaq qanunu 1930-cu ilin tariflər haqqında qanununun 307-ci bəndinə uyğunlaşdırmaq üçün strategiya hazırlayıb. 307-ci bənd məcburi əməklə istehsal olunan malların ABŞ-a daxil olmasını qadağan edir.

Will the United States Sanction China Over Human Rights Abuses in Xinjiang?

Hesab edilir ki, uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilmiş malların ABŞ-a ixracına yasaq qoyulması uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq. Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Burada milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanılır. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir. Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir. Hazırda dünyada iqtisadi maraqlar müharibəsi gedir. Qərb, Rusiya, Çin arasında savaş getdikcə şiddətlənir. Əsas hədəfin Çin olduğu da sirr deyil. Bu baxımdan ABŞ-ın uyğurlarla bağlı qanunu insan haqlarının müdafiəsindən daha çox iqtisadi müharibə aləti kimi də qiymətləndirilir. Reallıq nədən ibarətdir? ABŞ uyğurların müdafiəsində səmimidir, yoxsa özünün korporativ maraqları üçün bunu edir?

Əziz Əlibəyli:

Əziz Əlibəyli: “ABŞ-ın demokratiya tələbləri yalnız...”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Amerikanın niyyətlərindən söz açdı: “Bilirsiniz ki, demokratiya və insan haqları Birləşmiş Ştatların xarici siyasətinin əsas təzahürlərini təşkil edir. Bu həm də riçark mexanizmləri daşıyır. İnsan haqları məsələsində də Çinin əsas yaralı yeri onun insanlar üzərində həyata keçirdiyi siyasətdir. Burada uyğur məsələsi Çinə qarşı istifadə edilən əsas məsələlərdən biridir. Amma həqiqətən də uyğurların əzilməsi, Sincan Uyğur Vilayətində yaşayanların əsir düşərgələrində saxlanılması, məcburi əməyə, işgəncəyə məruz qalmaları, köləliyə məcbur edilmələri, hətta onlar üzərində müxtəlif ekspermentlərin aparılması, tibbi, fiziki işgəncələrə məruz qalmaları, əlbəttə, Amerika tərəfindən soyqırım kimi haqlı olaraq qiymətləndirilir. Biz ABŞ-ın bu addımını kifayət qədər yüksək dəyərləndiririk, bir türk xalqı olaraq bu cür də düşünməliyik. Eyni zamanda ABŞ-ın demokratiya tələbləri yalnız və yalnız özünün xarici siyasəti üçün nəzərdən keçirilir. Bunu da qətiyyən unutmaq olmaz. Əgər demokratiya tərəfdarıdırsa, o zaman Səudiyyə Ərəbistanı, ərəb ölkələri haqqında bu mövqedə niyə deyil? Digər tərəfdən, Birləşmiş Ştatların ərazisində hələ də irqi ayrı-seçkilik yaşanır. Qara dərili şəxslərin öldürülməsinin, təhqir olunmalarının, xüsusilə polis zorakılığına məruz qalmalarının və güllələnmələrinin az şahidi olmamışıq. Bunlar yaxın dönəmlərdə də baş verir. Halbuki ötən əsrin sonlarına doğru onlar ağ-qaradərili məsələsini ləğv etmişdilər. Belə bir ölkə öz üzərində, daxilində insan haqları ilə bağlı mənfi dinamikanı qiymətləndirmək əvəzinə, Çinin bu siyasətinə, şiddətinə qarşı olduğunu bəyan edir. İnsan haqları məsələsi artıq qlobal siyasətin əsas toqquşma nöqtələrindən və təsir obyektlərindən birinə çevrilir. Burada da dövlətlərdə səmimiyyət axtarmaq fiaskodur”.

Azər Hüseynov:

Azər Hüseynov: “Dünyaya Türk dünyasının əlləri ilə rifah gətirməliyik”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun bu istiqamətdə maraqlı tezisləri var: “Çin uyğurlara qarşı bir qətliam həyata keçirir. Görünən odur ki, bu dünyada nə qədər liberallaşma aparsan tarixi nifrətlər kökslərdə yaşayır. Allahın yaradılış hikmətindəndir ki, bəzən Rəbbimiz bir müstəbidi başqasının əli ilə zəiflədər. Buna görə bu qanun pis deyildir. Olsun. Amma arxasında gizlənən qəsd Çinin iqtisadiyyatına ziyan vurmaqdır. Çin, ümumiyyətlə, elə Qərbin şişirdiyi balondur. İstədiyi zaman maşın təkərinin təzyiqini vulkanizator azaltdığı kimi təzyiqini azaldırlar. Məgər Çini Çin edən orada məskunlaşan Amerika və Qərb şirkətləri olmadımı? Çin onlarla yüksəlmədimi? Dünya iqtisadiyyatında fəaliyyətini artırmadımı? İndi arada ustadına kəm baxan aşıq kimi gözlərindən qan damdırırlar. Qanı damdıranlar da Əbu Qureyb və Quantonamo memarları deyilmi? Latın amerikalı mühacirlərin balalarını zorla əlindən alanlar deyilmi? Ona görə ərəblər demiş, ”Lə Şərqiyyə lə Ğərbiyyə". Dünya adil nizama möhtacdır. Yoxsa bütün düzəlişlər dekorativdir. Bunun memarları da biz - 1000 il əvvəl dünyaya nizam vermiş türklər və onların qardaş xalqları olacaqdır. Əks halda, XVI əsrdən qurulmağa start verilən sərmayə nizamı dünya xalqlarını əzib keçəcəkdir. Nə uyğur, nə maya, nə astek və nə də ink buraxacaqdır. Ona görə biz bu ortamda öz gələcəyimiz üçün can Türkiyə ilə bir olub dünyaya ədalət gətirmə avanqardı olmalıyıq. Sərmayəni deyil, insanı dəyər bilib, onu ilahi mərhəmətin kölgəsində ucaldan gözəl günlərə getməliyik. Və dünyaya Türk dünyasının əlləri ilə rifah gətirməliyik".

Niyaməddin Orduxanlı: “ABŞ yğurların müdafiəsində səmimi deyil”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bildirdi ki, son illərdə ABŞ-Çin mübarizəsi açıq müstəviyə keçib: “Amerika üçün Çin potensial rəqibə çevrilib. Hər iki tərəf imkan düşdükcə bir-birinin zəiflədilməsi üçün lazım olan addımları atır. Hətta yaxın gələcəkdə Amerika ilə Çin arasında müharibənin baş tutma ehtimalının olacağını proqnozlaşdırırlar. Amerika 1991-ci ilə qədər milyonlarla, hətta deyərdim milyardlarla vəsait xərcləyib SSRİ kimi rejimi sıradan çıxartdı. Çünki ABŞ dünyada ikinci bir qütbün olmasını istəmir. Bu gün imperiya siyasətini həyata keçirən ABŞ özünə alternativ dövlət, qüvvə görmək istəmir və bunu özünə ciddi təhlükə kimi görür. SSRİ rejiminin çökməsinin əsasında da iqtisadi zərbələr öndə durdu. Bu baxımdan da ABŞ-ın bu gün Çində yaşayan uyğurlarla bağlı qanunu - insan haqlarının müdafiəsi kimi deyil, Amerikanın Çinə iqtisadi zərbəsi kimi xarakterizə edərdim. ABŞ üçün əsas proritet Çinin iqtisadiyyatını çökdürməkdir. ABŞ hətta Çinə yaxın dövlətlərin belə zəiflədilməsi üçün bütün imkanlarından istifadə edir. Hazırda ABŞ-Rusiya münasibətlərinin pozulmasında da Çinlə Rusiya arasında iqtisadi əlaqələrin olması rol oynayır. Bu gün ABŞ-la Rusiya, Çin arasında savaş getdikcə şiddətlənir. Bunun da əsasında hədəfin Çin olduğu heç kimə sirr deyil. Reallıq odur ki, ABŞ özünün maraqları çərçivəsində uyğurların müdafiəsində səmimi deyil, özünün korporativ maraqları üçün hər addımı atmağa hazırdır”.Ancaq bütün bunlara baxmayaraq Çində düşərgələr mövcuddur. Və Uyğur türklərinin hüquqları kopud şəkildə Çin höküməti tərəfindən pozulur. Bu da bütün insan hüquqlarının pozulmasıdır. Buna yolvermək olmaz.

Oxşar xəbərlər
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
03 Oct 2024 | 23:13
Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? - VİDEO
03 Oct 2024 | 23:05
"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri
03 Oct 2024 | 23:00
Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR
03 Oct 2024 | 22:50
Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
03 Oct 2024 | 22:43
ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı
03 Oct 2024 | 22:35
Safurə qızına ad günü etdi
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 22:24
Kim Çen Inın bacısı: "Mənasız təlxəklikdir"
03 Oct 2024 | 22:16
Yaxın Şərq münaqişəsi qlobal bazarlara təsir edir
03 Oct 2024 | 22:08
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
03 Oct 2024 | 22:00
Vatsapdan mesajlaşma ilə bağlı yenilik
03 Oct 2024 | 21:53
Bayden Putinlə görüşü haqqında danışdı
03 Oct 2024 | 21:45
Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıldı
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 21:30
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan
03 Oct 2024 | 21:25
Böhrandan Qələbəyə: Dahi Liderin xarici siyasət strategiyası
03 Oct 2024 | 21:18
"Qarabağ" - "Malmö" matçında ikinci qol... - Canlı
03 Oct 2024 | 21:10
İsrail bir də bunu etsə, sarsıdıcı cavab alacaq - İran
03 Oct 2024 | 21:04
Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
03 Oct 2024 | 20:54
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?
03 Oct 2024 | 20:46
Paşinyandan Makrona: Sülh sazişi imzalamağa hazırıq!
03 Oct 2024 | 20:38
Fransanın neokolonializm siyasətinə dair Bakıda konfrans keçirildi
03 Oct 2024 | 20:30
Qazlı su içdi - ölümdən döndü - VİDEO
03 Oct 2024 | 20:22
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 20:05
Hansı “iPhone” daha məsləhətlidir? – 5 MODEL
03 Oct 2024 | 19:56
"Mənim üçün prioritet vəzifə Ukraynanın qələbəsini təmin etməkdir" - NATO-nun yeni baş katibi
03 Oct 2024 | 19:48
Amazonda yerli əhali qırıla bilər: Yanğınlar insanları boğur
03 Oct 2024 | 19:40
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
03 Oct 2024 | 19:35
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 19:20
Fələstini dəstəkləməyə davam edəcəyik - Pezeşkian
03 Oct 2024 | 19:15
İsrail ordusu Beyruta hücum etdi
03 Oct 2024 | 19:10
Oktyabr BİR BÜRC üçün böyük dəyişikliklər ayı olacaq
03 Oct 2024 | 19:02
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
03 Oct 2024 | 18:58
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 18:40
Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu
03 Oct 2024 | 18:35
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 18:30
Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı
03 Oct 2024 | 18:25
Prezident və xanımı Cəbrayılda...
03 Oct 2024 | 18:18
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
03 Oct 2024 | 18:10
Şəkərin ən təhlükəli xüsusiyyəti
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 17:50
88 yaşlı qadını aldadaraq pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 17:38
"Landsberqisin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Ayxan Hacızadə
03 Oct 2024 | 17:32
Rövşən Binnətli vəzifəsindən azad olundu
03 Oct 2024 | 17:27
UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - FOTOLAR
03 Oct 2024 | 17:22
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
03 Oct 2024 | 17:17
Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?
03 Oct 2024 | 17:12
“Qarabağ” - “Malmö” matçına nə qədər bilet satılıb?
03 Oct 2024 | 17:07
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya GƏLDİ
03 Oct 2024 | 17:02
Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər - ANALİZ
03 Oct 2024 | 16:56
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
03 Oct 2024 | 16:51
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
03 Oct 2024 | 16:45
Kamran Əliyev onu təltif etdi - FOTO
03 Oct 2024 | 16:40
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
03 Oct 2024 | 16:34
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
03 Oct 2024 | 16:28
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
03 Oct 2024 | 16:22
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
03 Oct 2024 | 16:16
“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu
03 Oct 2024 | 16:06
Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı
03 Oct 2024 | 16:00
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
03 Oct 2024 | 15:54
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
03 Oct 2024 | 15:49
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
03 Oct 2024 | 15:44
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
03 Oct 2024 | 15:38
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
03 Oct 2024 | 15:33
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
03 Oct 2024 | 15:28
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
03 Oct 2024 | 15:22
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
03 Oct 2024 | 15:16
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
03 Oct 2024 | 15:11
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
03 Oct 2024 | 15:05
İlham Əliyev Zəngilana getdi
03 Oct 2024 | 15:00
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
03 Oct 2024 | 14:55
Metro gücləndirilmiş iş rejimində çalışacaq
03 Oct 2024 | 14:50
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
03 Oct 2024 | 14:44
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
03 Oct 2024 | 14:38
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
03 Oct 2024 | 14:32
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
03 Oct 2024 | 14:26
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
03 Oct 2024 | 14:20
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
03 Oct 2024 | 14:14
Cəbrayılda zavodun təməli qoyuldu
03 Oct 2024 | 14:07
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
03 Oct 2024 | 14:00
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
03 Oct 2024 | 13:56
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
03 Oct 2024 | 13:51
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
03 Oct 2024 | 13:46
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
03 Oct 2024 | 13:39
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
03 Oct 2024 | 13:33
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
03 Oct 2024 | 13:27
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
03 Oct 2024 | 13:21
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
03 Oct 2024 | 13:15
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
03 Oct 2024 | 13:10
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
03 Oct 2024 | 13:05
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
GÜNLÜK
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO