“İqtidar da, müxalifət də demoqogiya ilə məşğuldur”
Oxunub: 4266
23 Dec 2013 | 14:11
“İqtidar da, müxalifət də demoqogiya ilə məşğuldur”

“Müxalifət bəzən ağzında soğan çeynəsə də, alma yediyini iddia edir”

 

“Qiymət artımı təhsil, səhiyyə və mədəniyyətə zərbə vuracaq”

 

“Siyasi partiyalar sosial hüquqların qorunması ilə məşğul olmamalıdır”


Azərbaycandakı son qiymət artımı, bununla bağlı bəzi siyasi partiyaların, ictimai birliklərin səsələndirdiyi bəyanatlar, keçirilən aksiyalar məlum bahalaşmadan cəmiyyyətin demək olar ki, bütün dairələrinin ciddi narahatlıq duyduğunu göstərir. Mövcud narazılığı artıran amillərdən biri də yaxın gələcəkdə qiymət artımının yeni dalğasına start veriləcəyi ilə bağlı yayılan xəbərlərdir ki, bu cür informasiyaların bütün zamanlarda özünü birmənalı şəkildə doğrultduğu hər kəsə bəllidir. 

Qiymət artımı cəmiyyətdəki narazılıq və sosial partlayış təhlükəsini də yenidən aktuallaşdırmaqdadır. Odur ki, ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə qiymət atımını şərtləndirən amilləri araşdırmaqla yanaşı, sosial partlayış təhlükəsi ilə bağlı səsələnən ehtimal və proqnozlara da aydınlıq gətirməyə çalışdıq.

 

- Sərdar bəy, öncə son vaxtlar sürətlə artan bahalaşma ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə baş verən bahalaşmanın kökündə hansı amillər dayanır? Bunun obyektiv və subyektiv səbəbləri hansılardır?

 

- Məsələ ondadır ki, Azərbaycan hakimiyyətinin apardığı iqtisadi siyasət böhranla nəticələnib. Son vaxtlar müşahidə edilən bahalaşma da bunun təzahüridir. Bu böhranın isə iki səbəbi var ki, bunlardan biri yalnız iqtisadi sferada baş verən inkişafdır. Böhranın ikinci səbəbi isə baş verənlərin kapitalizm iqtisadiyyatının dövri böhranları ilə əlaqədar olması ilə bağlıdır. Bu cür böhranlar olmadan kapitalizm inkişaf eləmir. Bir tərəfdən hakimiyyətin apardığı subyektiv siyasət, digər tərəfdən isə kapitalizm iqtisadiyatının özünün təbiətindən doğan böhran Azərbaycan iqtisadiyyatındakı mövcud durumu şərtləndirir. Baş verən böhran bununla əlaqədardır.

 

- Sizcə məlum böhrandan çıxmaq üçün hansı addımlar atılmalıdır? Sivil ölkələrdə oxşar problemlərkə hansı şəkildə mübarizə aparılır?

 

- Bütün dünyada bu cür iqtisadi böhran olanda hakimiyyət öz kəmərini bərkidir. Dövlət qulluqçularının maaşlarını azaldırlar, imtiyazları ləğv edirlər və s. Azərbaycanda isə böhran baş verən zaman millət vəkillərinin, dövlət qulluqçularının  əmək haqlarını artırırlar. Bunun əvəzində geniş xalq kütlələrinin maraqlarına zərbə vurulur. Bu baxımdan da Azərbaycan və dünya dövlətləri arasında qəribə bir paradoksallıq var.

 

- Iqtisadi böhranı şərtləndirən daha hansı amillər var?

 

- Vətəndaşlardan yığılan vəsaitlərin büdcəyə cəlb edilməsi baxımından da problemlər var. Məsələn, əgər dövlət büdcəsinə daxil edilməli olan vətəndaşlardan gələn gəlirləri həqiqətən də büdcəyə cəlb etmirlərsə, bu o deməkdir ki, bəribaşdan büdcədə bəlli miqdarda kəsir yaranır. Mən bu yaxınlarda hörmətli iqtisadiyyatçı Qubad İbadoğlunun bir açıqlaması ilə tanış oldum. Məlum oldu ki, 4 müəssisə bir yerdə 2, 7 milyard məbləğində büdcəyə gətirməli olduqları pulu gətirə bilməyiblər. Bu cür yüzlərlə müəssisə var ki, onlar büdcəyə pul verməli olduqları halda vermirlər və nəticədə büdcə boş qalır. Bu boşluğu doldurmağın isə iki yolu var. Ya bu vergiləri büdcəyə cəlb etmək, yəni büdcənin talanmasının qarşısını almaq lazımdır. Ya da vətəndaşların cibinə girmək, ailə büdcəsi hesabına dövlət büdcəsini doldurmaq lazımdır. Dövlət büdcəsi ilə ailə büdcəsi birləşmiş qablar qanununa tabedir. Dövlət büdcəsi azaldıqca yuxarıda qalan ailə büdcəsi aşağı enməlidir ki, onların səviyyəsi bərabərləşsin. Bu gün məhz həmin proses baş verir. Dövlət büdcəsi azaldığı üçün ailə büdcələrini də azaldırlar ki, onların səviyyəsi tarazlaşsın. Bu isə öz növbəsində vətəndaşların var-yoxdan çıxmasına səbəb olur.

 

- Bahalaşmanın vətəndaşlar üçün daha hansı fəsadları olacaq?

 

- Baş verənlər hər şeydən əvvəl insanların sağlamlığına zərbə deməkdir. Vətəndaşların həyat səviyyəsi aşağı düşdükcə, onlar daha keyfiyyətsiz istehlaka meyl edəcək. Ucuz qidalar və geyimlərə, ucuz dərmanlara daha çox maraq göstəriləcək ki, bu da insanların sağlamlığı üçün ciddi təhlükə vəd edir. Bu olay cəmiyyətin maariflənməsinə, təhsil hüququna da pis təsir edəcək. Bu gün ölkədə insanların böyük əksəriyyəti pullu təhsil alır. Bahalaşma isə insanların təhsil almasını daha da çətinləşdirəcək. Bu həm də mədəniyyətə pis təsir edəcək. Insanların kitab oxuması, səyahətə çıxması, teatr və kinoya getməsi imkanı daha da məhdudlaşacaq. Onsuz da bu məsələ uzun illərdir ki, Azərbaycanda problemli məsələlərdən biridir. Iqtisadi böhran ilk növbədə təhsil, sağlamlıq və mədəniyyət sahəsində vəziyyətin pisləşməsinə gətirib çıxardacaq. Bu, inqilabi proseslərin sürətlənməsinə səbəb olacaq. Çünki məlumdur ki, inqilabı təhsilsiz, mədəniyyətsiz insanlar edir. Bir ölkədəki təhsil və mədəniyyət aşağı düşür, inqilabın sosial bazası artmağa başlayır.

 

- Lakin hələ ki, inqilab və sosail partlayışla bağlı hər hansı aşkar əlamət gözə dəymir...

 

- Əgər vətəndaşlar dərhal qiymət artımına etiraz əlaməti olaraq küçələrə çıxıb buna etiraz edirlərsə, heç kim sosial partlayışla bağlı proqnoz verməz. Vətəndaş hələ ki, susur. Susan adam qədər isə təhlükəli adam yoxdur. Çünki o, susduğu üçün onun nə düşündüyünü, nə planlaşdırdığını bilmək mümkün olmur. Xalq kütləci şəkildə qiymət artımını susqunluqla qarşıladı. Məhz bu səbəbdən də hesab edirəm ki, vəziyyət təhlükəlidir. Əgər vətəndaşlar küçələrə çıxb etiraz eləsəydi, hətta İsmayıllı və Quba olaylarında olduğu kimi narazılıq destruktiv şəkildə olsaydı belə, proseslər sosial partlayışa gətirib çıxartmazdı. Sosial partlayış ifadəsinin mənası qəfil hadisə deməkdir. Bu o vaxt baş verir ki, insanlar baş verən hadisələrlə bağlı öz qəzəb və mənfi enerjilərini qəfildən ortaya qoyurlar.

 

- Deməli, qiymət artımı və bahalaşma ilə bağlı narazılıq hələ ki, insanların daxilində özünü göstərir və məlum susqunluq aldadıcıdır?

 

- Şübhəsiz. Əslinə baxanda insanların qiymət artımına reaksiyası qeyri-adekvatdır. Çünki hətta adi soxulcanın belə qidasını əlindən alsanız, ona fiziki təsir göstərsəniz, o, hərəkətə gələcək. Qiymətlərin qalxması da insanların həyatına, cibinə, onların qidalanmasına müdaxilə deməkdir. Bəs necə ola bilər ki, hətta soxulcan belə ona olan təsirə reaksiya verir, amma insan yox? Bu reaksiya var, sadəcə bu reaksiya insanların daxilində baş verir. Bu reaksiya daxili enerjinin yığılması deməkdir. Qiymətlərin qalxması, vətəndaş hüquqlarının pozulması və s. bu mənfi enerjinin davamlı olaraq yığılmasına səbəb olur. Lakin hakimiyyət bunu başa düşmək iqtidarında deyil.Çünki bu iqtidarda təmsil olunan insanlar psixologiyanı, sosiologiyanı bilmirlər. Mən onların çoxunun danışığına fikir verirəm və görürəm ki, onların sosial elmlərdən xəbərləri yoxdur. Onlar bilmirlər ki, daxili travmatizm nədir, sosial akkumilyasiya nədir, sosial partlayış nədir, bu partlayış necə ola bilər, o necə olur və s. İqtidar fəxr edir ki, biz qiymətləri qaldırsaq da insanlar küçələrə çıxmadı. Onlar bilmirlər ki, ən təhlükəlisi də məhz budur. Bəzi xarici dövlətlərdə qiymətlər qalxanda hakimiyyətin özü insanları provokasiyaya cəlb edir ki, onlar küçəyə çıxsın, vətəndaşların içlərindəki mənfi enerji bununla bayıra çıxsın, yığılıb qalmasın. Inqilab baş verməsin. Azərbaycanda isə əksinədir. Küçəyə çıxmağa pis baxırlar. Düşünürlər ki, insnalar küçəyə çıxmırsa, demli sosial partlayış olmayacaq. Halbuki, insanların küçəyə çıxması sosial partlayış riskini azaldan faktordur.

 

- Lakin bəzi iqtidaryönlü siyasilər iddia edir ki, Azərbaycanda sosial partlayış üçün heç bir əsas yoxdur və bu barədə danışan şəxslər illər uzunudur ki, sosial partlayış təhlükəsindən bəhs etsələr də belə bir təhlükə reallaşmayacaq, necə ki, reallaşmır.

 

- Sosial partlayışların nə zaman, necə baş verəcəyini heç kim proqnozlaşdıra bilməz. Məsələn, Azərbaycanın FHN-yi deyə bilməz ki, hansı ayda harada qaz partlayışı və ya uçqun olacaq. Bu, mümkün deyil. Bu baxımdan mən də deyə bilmərəm ki, sosial partlayış nə vaxt olacaq. Ola bilsin ki, biz söhbət etdiyimiz dəqiqələrdə artıq sosial partlayış baş verir. Bunun vaxtı qeyri-müəyyən odluğu üçün bir çoxları elə bilir ki, bu, ümumiyyətlə olmayacaq. Mən sadəcə bunun nə vaxt baş verəcəyini deyə bilmirəm. Amma olacağını dəqiq bilirəm. Çünki görürəm ki, insanlar onların həyatlarına, konstitusiya hüquqlarına qarşı olan təcavüzlərə heç bir reaksiya vermir. Bu o demək deyil ki, insanlar ümumiyyətlə baş verənlərə tam biganədir. Əgər reaksiya verməsələr, onlar ölməlidir. Əgər ölmürlərsə, yaşayırlarsa, deməli onlar baş verənlərə reaksiya verib. Lakin bu, daxili reaksiyadır. Bu daxili reaksiya isə sosial partlayışa zəmin hazırlayır. Insanlar bu cür həyatdan beziblər. Bu gün çoxları deyir ki, bir dəfə meydana çıxıb hər şeyi həll etmək lazımdır. Gündə mitinqə çıxmağın mənası yoxdur. Əslində sosial partlayış anlayışının da mahiyyəti bundan, yəni bir dəfə çıxıb hər şeyi həll etməkdən ibarətdir. Inqilab bütün problemləri bir dəfəyə həll etmək deməkdir. Biz deyirik ki, gəlin yüz dəfə mitinqə çıxaq və iqtidarı bir addım da olsa müsbətə doğru yönləndirək. Xalq deyir ki, məsələni bir dəfəyə həll etmək lazımdır. Bu sosial partlayışın fəlsəfəsi deməkdir. Bu gün Azərbaycanda sosial partlayışın fəlsəfəsi hazırdır. Akkumilyasiyası da gedir. Sadəcə, prosesin nə vaxt baş verəcəyi qalır ki, bu da təhtəlşüurla bağlıdır. Bu nə müxalifətin hazırlığı, nə də iqtidarların hədə-qorxusu ilə bağlı deyil. Sosial partlayış rəsmi güclərin apardığı siyasətdən kənarda baş verən bir prosesdir.

 

- Son vaxtlar siyasi partiyaların qiymət artımı ilə bağlı cəmiyyətə müxtəlif çağırışlar etdiyi, aksiyalar keçirdiyi müşahidə olunur. Siyasi partiyaların sosial-iqtisadi məsələlərlə bağlı məlum aktivliyini necə dəyərləndirirsiniz?

 

- Hesab edirəm ki, sosial hüquqların qorunması ilə bağlı siyasi partiyalar məşğul olmamalıdır. Sosai hüquqların müdafiəsi ilə bağlı istehlakçı hüquqlarını müdafiə edən QHT-lər, həmkarlar təşkilatları məşğul olmalıdırlar. Politologiya elmi sübut edib ki, insanlar sosial hüquqlarını müdafiə edərkən siyasi hüquqlarından imtina edirlər. Təsəvvür edin ki, siyasi partiya sosial hüquqları müdafiə edir. Siyasi partiyalar nə qədər çox sosial hüquqların müdafiəsinə qalxacaqlarsa, bir o qədər siyasi hüquqların güzəştinə xidmət etməli olacaqlar. Bu baxımdan siyasi partiyaların qiymətlərin bahalaşması ilə bağlı aksiyalar keçirməsi siyasi partiyaların funksiyasına ziddir. Biz vətəndaşların siyasi hüquqlarının müdafiəsi ilə məşğul olmalıyıq. Bu başqa məsələdir ki, siyasi partiyalar həmkarlar təşkilatlarının keçirdiyi aksiyalara dəstk verə, onlarla həmrəylik nümayiş etdirə bilər. Amma siyasi partiyaların bu məsələdə təşəbbüsü ələ alması yanlışdır. Müxalif siyasi partiyaların uğursuzluğunu şərtləndirən amillərdən biri də onların sosial hüquqların qorunması uğrundakı mübarizədə birinciliyi ələ alması ilə bağlıdır. Bu demokratiyanın da prinsipinə ziddir.

 

- Bu ziddiyyəti bir qədər ətraflı izah edə bilərsiniz?

 

Demokratiyaya görə insanların siyasi hüquqlarını partiyalar, iqtisadi hüquqlarını həmkarlar qorumalıdır. Qeyri-hüquqlarını isə QHT-lər qorumalıdır. Əgər siyasi partiyalar həm həmkarların, həm QHT-lərin hüquqlarını öz əlimə alırsa, deməli həm həmkarların, həm də QHT-lərin inkişafına zəmin qalmır. Çünki siyasi partiyalar onların yerinə çıxış edir. Siyasi partiyalar bu addımları ilə demokratik institutların formalaşmasına imkan vermirlər. Biz sözdə demokratiya uğrunda mübarizə apardığımızı bəyan etsk də, əməli baxımdan demokratiya əleyhinə iş aparmış oluruq. Müxalifət bəzən ağzında soğan çeynəsə də alma yediyini iddia edir. Biz müxalifət olaraq həmkarlar təşkilatlarının, QHT-lərin yaradılmasına təşəbbüs göstərə, bu prosesi dəstəkləyə bilərik. Amma onların əvəzinə meydanlara çıxmağımız düzgün deyil. Bu məsələ demokratiya ilə demoqogiya arasındakı fərqi yada salır.

 

- Bu fərq nədən ibarətdir?

 

- Avraam Linkoln bu fərqi üç prinsip ilə müəyyənləşdirir. Onun fikrincə demokratiya xalqın tələbi ilə, xalqın adı ilə, xalqın iştirakı ilə xalq maraqlarına xidmət eləməkdir. Yəni sənin irəli sürdüyün məsələdə xalq iştirak etməlidir, bu mandatı sənə xalq verməlidir və sən xalq maraqlarını qorumalısan. Əgər bu gün hakimiyyət 10 milyon insanın həyat səviyyəsinin mənfi təsir edəcək bir addım atıbsa və bu 10 milyon insan küçəyə çıxmırsa, sən öz tərəfdarlarınla küçəyə çıxırsansa, bu demoqogiyadır. Bunu demokratiya adlandırmaq olmaz. Çünki bu prosesdə xalq iştirak etmir. Öncə xalq meydana çıxmalı, yalnız bundan sonra müxalifət meydana çıxmalıdır. Müxalifət xalqdan sonra meydana çıxıb onu dağıntıdan çəkindirməli, xalqın istək və tələbinin siyasi yolla həlinə kömək etməlidir. O yerdə ki, meydana xalqdan qabaq müxalifət çıxır, bu artıq demoqogiyadır. Xalq meydanalara çıxmadığı üçün bu cür aksiyalara cüzi insan qatılır. Belə çıxır ki, Azərbaycanda qiymətlərin artmasından cəmi 5-6 min narazıdır. Bu hökumətə əsas verir ki, öz siyasətinin doğru olduğunu əsaslandırsın. Mitinqə çıxanları göstərib desin ki, baxın, qiymət artımından insanların 95%- deyil, yalnız 5%-i narazıdır, bu cür narazılıq isə bütün demokratik ölkələrdə var və olmalıdır. Bir də var ki, yüz minlərlə insan küçəyə çıxır və sən də siyasi partiya lideri kimi xalqın qarşısına çıxırsan. O zaman aksiya xalq etirazı kimi dəyərləndirilə bilər. Xalqı siyasi səhnədən sıxışdırıb çıxartmaq, xalqa müstəqil, kortəbii şəkildə proseslərdə iştirak etməyə imkan verməməyin özü yanlışdır.

 

- Belə çıxır ki, bu gün həm ölkə iqtidarı, həm də ölkə müxalifəti demoqogiya ilə məşğuldur?

 

- Elədir. Iqtidar xalq kütlələrinin meydana çıxmasını istəmir. Müxalifət isə hər dəqiqə bu məsələdə təşəbbüskarlıq göstərərək irəli atılır və xalqın meydana çıxmasını gözləmir. Nəticədə, ölkədə demokratiya adına bir demoqogiya prosesi gedir. Iqtidarın da dediyi demoqogiyadır. Çünki Azərbaycanda demokratiyanın inkiaşf etdiyi, iqtidarın bu istiqamətdə çalışdığı ilə bağlı deyilənlər demoqogiya çərçivəsinə sığışır. Müxalifətin də xalqın iştirakı olmadan apardığı siyasət demoqogiyadan ibarətdir. Biz bu demoqogiyadan imtina etməsək ,real demokratik dəyişikliklərə nail ola bilməyəcəyik.

 

- Əgər xalq qorxursa, əgər xalq meydana çıxmırsa onda nə etmək lazımdır?

 

- Əgər xalq meydana çıxmırsa, deməli onun meydana çıxacağı anı gözləmək lazımdır. Bizim işimiz xalqın küçəyə çıxması üçün onu maarifləndirməkdən ibarətdir. Bu, həm də siyasi partiyaların üzərinə düşən başlıca vəzifələrdən biridir. Biz xalqa küçəyə çıxmağın vacibliyini izah eləməliyik. Amma xalqın əvəzinə küçəyə çıxmamalıyıq. Xalq özü küçəyə çıxmalıdır. Çünki demokratiyanın əsas prinsiplərindən biri iştirakçılıqdır. Iştirakçılıq olmadığı yedə demokratiyadan danışmaq olmaz. Qərbin Azərbaycan müxalifətinə dəstək verməməsinin bir səbəbi də bununla bağlıdır. Qərb meydanlarda xalqın iştirakını görmür. Iştirakçılıq xalqa aiddir. Siyasi partiyaların su gəlməmiş çırmanması isə demoqogiyadır və hər kəs bilir ki, bu, siyasi partiyanın xal qazanmasına hesablanıb. Bu baxımdan mən siyasi partiyaların qiymət artımı və digər sosial problemlərlə bağlı aksiya keçirməsini doğru hesab etmirəm.

 

Seymur Əliyev (“Hürriyyət” qəzeti)


Oxşar xəbərlər
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır