“Qərb iqtidarı ona görə müdafiə edir ki, Azərbaycan müxalifəti radikaldır”
Siyasət
Oxunub: 2738
07 Oct 2013 | 10:01
“Qərb iqtidarı ona görə müdafiə edir ki, Azərbaycan müxalifəti radikaldır”

Sərdar Cəlaloğlu: “Hakimiyyətə gələn qüvvə öncə YAP-a əməkdaşlıq təklif etməlidir”

 Artıq ölkədə 9 oktyabr tarixində keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə bağlı aparılan təbliğat-təşviqat kampaniyası başa çatmaqdadır. Qızğın debatlar və qarşılıqlı ittihamlarla keçən təbliğat-təşviqat kampaniyası ilə bağlı təəssüratlarını, habelə yaxın gələcəkdə baş verməsi gözlənilən proseslərlə bağlı fikirlərini öyrənmək üçün prezidentliyə namizəd ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik.

 

- Sərdar bəy, təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir. Necə hesab edirsiniz, artıq yekunlaşan bu kampaniya ərzində öz təbliğatınızı yetərincə apara bildinizmi?

 

- Təbii ki, təbliğat-təşvikat kampaniyası üçün çox qısa bir vaxt ayrılmışdı. Bu vaxt ərzində lazım olan təbliğat-təşviqat işini aparmaq olduqca çətindir. Hətta iqtidarın özünün bunca resursa sahib olmasına baxmayaraq, hakim qüvvənin də ciddi, genişmiqyaslı təbliğat-təşviqat kampaniyası olmadı. Ən mühüm təbliğat-təşviqat vasitəsi televiziyadakı çıxışlar idi ki, buna da həftədə üç dəfə 6 dəqiqə olmaqla vaxt ayrılmışdı. Heç deyilsə bunu birləşdirib namizədlərə 18 dəqiqəlik bir vaxt vermədilər ki, insan öz fikirlərini hərtərəfli əhatə edə bilsin. Təşviqat materiallarının yayılması ilə bağlı da problemlər var idi. Elə olurdu ki, təşviqat materialını cırırdılar və biz bir gündə o yerə dörd dəfə təşviqat materialı vurmalı olurduq. Açıq-aşkat təbliğat-təşviqat kampaniyasına mane olmaq halları da oldu. Materialların vurulmasına, paylanmasına imkan vermədilər. Məsələn, metroda bukletlərin paylanmasına Tağı Əhmədov qadağa qoymuşdu. Halbuki, seçki prosesi Seçki Məcəlləsi ilə tənzimlənir, hansısa idarə müdirinin qərarı ilə deyil. Idarə müdirlərinin öz qərarları ilə prosesə mane olması çox ciddi bir cinayətdir. Seçki Məcəlləsinə görə təbliğat-təşviqat prosesi azaddır və buna qanunsuz müdaxilə etmək olmaz. Lakin metroda belə bir təbliğat aparılmasına imkan verilmədi. Faktiki olaraq bu seçkilər konstitusiyada nəzərdə tutulan azad, ədalətli, bərabər seçkilər kriteriyasından çox uzaqdır.

 

- Seçkilərdə iştirak edən bütün namizədlər birmənalı şəkildə qalib gələcəklərindən əminliklərini ifadə edirlər. Maraqlıdır, sizin bu seçkilərdə iddia etdiyiniz yer hansıdır?

 

- Əvvəla onu deyim ki, seçkilərdə insanlar görünüşünə, boyuna, fiziki göstəricilərinə görə qalib gəlmirlər. Qalib gələn ideyalar olur. Hansı ideyaları ki, böyük insan kütlələri qəbul edir, hansı ideyaları ki, kütlə öz xilas yolu kimi görür, həmin ideyalara da səs verir. Lakin çox təəssüf ki, Azərbaycanda cəmiyyətin siyasi maariflənməsi olduqca aşağıdır. Siyasi mədəniyyət səviyyəsi yetərincə olmadığı üçün insanlar deyilən fikirlərdən daha çox kim hakimiyyətə daha yaxındır, kimin fiziki gücü daha çoxdur və s. kimi amillərlə məsələyə yanaşır. Namizədlər içərisində yeganə şəxs mənəm ki, bütün konsepsiyalarımı mətbuatda çap elətdirmişəm. Mən başqa partiya liderlərinin də konsepsiyalarına baxmışam. Onlardan bir çoxunun ümumiyyətlə heç konsepsiyası yoxdur. Mən konsepsiyaya malik olduğu iddia edilən namizədlərin konsepsiyasını da konsepsiya hesab eləmirəm. Çünki söhbət kiməsə 5 manat verməkdən getmir. Söhbət problemin köklü həllinin konseptual qoyuluşundan gedir. Ayrı-ayrı sahələrə məxsus konsepsiyalar bir-biri ilə əlaqələnmirsə, bir-biri ilə vəhdət yaratmırsa, biz bunu bütövlüqkdə dövlət siyasəti kimi qəbul edə bilmərik. Bu gün ən böyük problemlərdən biri Azərbaycanda hakimiyyət dəyişikliyinin tədrici olmamasıdır. Elçibəy hakimiyyətə gələndə əvvəlcə Ayaza Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdı, daha sonra seçki keçirildi. Heydər Əliyev də öncə Elçibəyi hakimiyyətdən uzaqlaşdırdı və yalnız bundan sonra seçki keçirdi. Bunlar sübut edir ki, hər iki seçki formal xarakter daşıyıb. Çünki seçkidən öncə hakimiyyət dəyişikliyi inqilabi yolla baş vermişdi. Bu cür seçkilərin yaratdığı problemlər də göz önündədir. Son illər həyata keçirilən seçkilər nəticəsində əhali arasında ciddi gərginliklər var ki, bu gərginliklər fonunda ölkədə hər hansı ciddi dəyişilmələri reallaşdırmaq mümkün deyil. Çünki belə bir cəhd hökmən vətəndaş qarşıdurmasına gətirib çıxardacaq. İraq, Əfqanıstan, Liviya, Suriya və s. hadisələr də bunu göstərir. Biz keçirilən debatlardan da gördük ki, bu cür cəhdlər fəlakətli nəticələrə gətirib çıxarda bilər. 5 dəqiqəlik adi bir debatda bir-birinə yumruq atmaqdan tutmuş təhqirə, təhdidə kimi hər şey baş verdi. Indi təsəvvür edin ki, yüz minlərlə insan təbəqələrə, qruplara bölünüb küçəyə çıxır və hər təbəqə öz maraqlarını müdafiə edir. Bu, ölkə üçün fəlakət deməkdir.

 

- Sizcə indiki məqamda vəziyyətdən çıxış yolu nədən ibarətdir?

 

- Biz bütün bunları nəzərə alaraq tamami ilə yeni bir ideya ilə çıxış etmişik. Hansı ki, nə Heydər Əliyev zamanında, nə də indiki iqtidar dövründə bu ideyanı heç kim verməyib. Bu ideya isə Azərbaycanda tədrici keçidlə bağlıdır. Bizim təklif etdiyimiz bu ideyanın əsas özəlliklərindən biri onun bütün problemlərin həllində açar rolu oynamasından ibarətdir. Biz ölkədə korryupsiyanın mövcudluğundan şikayətlənirik. Korrupsiyanın səbəbi nədir? Səbəb ölkədəki təkpartiyalı siyasi sistemdir. Insan hüquq və azadlıqlarının pozulduğunu iddia edirik. Buna səbəb də təkpartiyalı siyasi sistemdir. Təhsil, səhiyyə və s. sahədəki problemlərin də səbəbi eynidir. Sovet hökumətində təkpartiyalı sistemin doğurduğu bütün faciələr bu gün təkrarlanır. Əgər kim deyirsə ki, Azərbaycxanda islahatlar aparmaq lazımdır, deməli təkpartiyal sisyasi sistemin dağılmasının vacibliyini anlamlıdır. Çoxpartiyalı siyasi sistemin hakimiyyətdə təmsilçiliyi yaradılmalıdır ki, oradakı qüvvələr bir-birlərinə nəzarət etsinlər. Həm ölkədə vətəndaş qarşıdurması təhlükəsini aradan qaldırmaq, həm də real şəkildə islahatlar aparmaq üçün mütləq koalisyon hakimiyyətə ehtiyac var. Lakin bu gün iqtidar-müxalifət münasibətləri elə səviyyədədir ki, onlar nəinki bir hakimiyyətdə, hətta az qala bir cəmiyyətdə yaşamaq istəmirlər. ADP-nin seçkilərdəki üstünlüyü ondan ibarətdir ki, iqtidar-müxalifət arasındakı ziddiyyətləri aradan qaldıran, onları birləşdirən və ölkədə dəyişilmələrin tədrici baş verməsinə yönəlik səy ortaya qoyan partiya kimi çıxış edir. Mən hesab edirəm ki, öz uşağının gələcəyini düşünən, mövcud problemlərin doğrudan da həllini istəyən hər kəs ADP-yə səs verməlidir. Insanlar hakimiyyəti adlar, rəqəmlərlə ittiham edən radikal müxalifətə səs verməli deyil. Çünki onların hakimiyyətə gəlməsi yalnız radikal kəsim üçün xeyirlidir. Nə də hakimiyyətə səs verməli deyil. Çünki hakimiyyətin bu insanlara yaratdığı problemlər göz önündədir. Hakim qüvvə 20 ildir ki, dövləti təkbaşına idarə edir və heç bir qüvvəni hakimiyyətə buraxmır. Belə olan halda təbii ki, şüurlu, siyasi savada və mədəniyyətə malik şəxs ADP-yə səs verər. Seçicilərin siyasi mədəniyyətinin hansı səviyyədə olduğu isə başqa məsələdir.

 

- Seçicilərin siyasi mədəniyyət səviyyəsi sizi qane edirmi?

 

- Mən virtual aləmdə yazılan bəzi yazılara nəzər salıram. Təsəvvür edin, mənə təklif edirlər ki, öz namizədliyimi Cəmil Həsənlinin xeyrinə geri götürüm. Bu insanlar C.Həsənli ilə mənim fərqimi görə bilmirlər. Bizim siyasi qabiliyyətimiz, siyasi lider üçün tələb olunan keyfiyyətlər, keçdiyimiz yol, xidmətlərimiz və s. onlar bunları görə bilmir. Kim hökuməti daha sərt şəkildə söyürsə, ona daha çox rəğbət bəsləyirlər. Bu həmin kütlədir ki, Nemət Pənahlının qabağında oturub dururdu, bu gün də C.Həsənlinin qarşısında oturub-durub. Bu baxımdan heç nə dəyişilməyib. Təbii ki, bu cür düşüncə tərzinə malik insnalar mənə səs verməyəcəklər. Bu baxımdan toplayacağım səsi Azərbaycan cəmiyyətinin siyasi mədəniyyətinin göstəricisi kimi qəbul edəcəm. Mən bunu Azərbaycanda radikal dəyişiklik istəyən, qan-qada istəyən qüvvələrlə cəmiyyətin, dövlətin qansız-qadasız inkişafında maraqlı olan qüvvələrin nisbəti kimi dəyərləndirəcəm. Əgər ölkədə hakimiyyət dəyişikliyinin, islahatların normal şəkildə baş verməsini istəyən insanlar cəmi 1%-dirsə, o zaman mən 1% səs alacam. Yox əgər cəmiyyət radikal dəyişikliklərə şahid olmaq, böyük məhkəmələr qurmaq, bu gün hakimiyyətdə olan şəxslərin özünü, ailəsini məhkəmələrə cəlb etmək, onların bütün əmlakını əlindən almaq, onlara qarşı sərt tədbirlər həyata keçirmək əhval-ruhiyyəsindədirsə, o zaman mən səs almayacam. Mənim səs almağım cəmiyyətin özünün siyasi düşüncə tərzi ilə bağlıdır.

 

- Sizcə bu dəfə də hakimiyyət seçkilərin nəticəsinə “əl gəzdirəcəkmi”?

 

- Təbii ki, bizim alacağımız səs nətiələrdə eyni dəqiqliklə ifadə olunmayacaq. Uzun illərdir ki, ölkədə seçki saxtakarlığı var. Bu baxımdan seçkilərdə hansı yeri tutacağımı indidən deyə bilmərəm. Mən təbliğat-təşviqat prosesində tədrici dəyişikliklər arzusunda olan insanları nəzərdə tutraq öz müraciətimi məhz bu kəsimə ünvanlamışam. Bu baxımdan mən seçkidə qalib gəlməliyəm, çünki bunun üçün şansım daha yüksəkdir. Iqtidarın özündə də dəyişikliklər istəyənlər çoxdur. Bu baxımdan qələbəyə daha çox ümid edirəm. Ancaq bu başqa məsələdir ki, insanlar emosiyalara qapılacaq, bir qrup iqtidarın qorxusundan hakim qüvvənin nümayəndəsinə səs verəcək, bir qisim radikal çıxışlarına görə C.Həsənliyə səs verəcək və s. Əgər normal cəmiyyət olsaydı və insanların normal seçim qabiliyyəti olsaydı, o zaman mən özümü bu seçkilərin şəksiz favoriti hesab edərdim. Mən ölkədə tədrici dəyişikliklər istəyən insanların iradəsini ifadə edirəm. Bu isə Azərbaycanda böyük çoxluq deməkdir. Mən xüsusilə də ölkənin ziyalı kəsiminin mənə səs verəcəyinə ümid edirəm.

 

- Vətəndaşların siyasi mədəniyyətin inkişaf etmədiyini vurğulayırsınız. Sizcə bu durğunluğun səbəbi nədir?

 

- Bunun səbəbi Azərbaycan müxalifətinin inkişaf etməməsi ilə bağlıdır. Bugünkü mitinqlərə və bundan 20 il incəki mitinqlərə nəzər yetirsəniz, görəcəksiniz ki, bunlar demək olar ki, eyni mitinqlərdir. Insanların ölkədə baş verən hadisələrə münasibətinə baxsanız görərsiniz ki, bu, 1988-ci ildəki münasibətlə eynidir. Baxmayaraq ki, 1988-ci ildən bu yana dünya dəyişib, nəsillər dəyişib, Azərbaycan və geopolitik münasibətlər dəyişib və s. Bunların müqabilində Azərbaycan müxalifətində inkişaf, müsbət dəyişiklik yoxdur. Radikal müxalifət hərəkatçı müxalifət psixologiyasına malikdir. Nemət Pənahlı onları necə tərbiyə edibsə, elə də gedirlər. Halbuki, hər bir adam öz üzərində işləməlidir. Hər bir adam təkmilləməlidir. Təkmilləmə yoxdur. Mən və bizim partiya 2005-ci ildə siyasi dialoq təklif etdik. Bu gün daha iri addım atmışıq və koalisyon hökumət ideyası ilə çıxış edirik. Azərbaycanda bir-birini öldürməyə hazır olan qüvvələrin içərisindən bir qüvvə çıxıb, tamamilə fərqli, heç bir tərəfə düşmən münasibət bəsləmədən Azəırbaycan cəmiyyətində siyasi dəyişilmələrin yolunu göstərir. Bunu nə iqtidar, nə də radikal müxalifət düşərgəsindən özündə güc tapıb kimsə deyə bilər. Bizim bu qənaətə gəlməyimizi bəzi seçicilər mövqesizlik və ya mövqe dəyişkənliyi kimi başa düşür. Əslində belə deyil. Biz dünyada baş verən prosesləri təhlil edir, dünyanın demokratik dəyişikliklərə verdiyi dəstəyi müşahidə edirik. Bizim müşahidə və təhlillərimizin sonunda gəldiyimiz qənaət bundan  ibarətdir ki, bütün dünya yalnız təcridi, dinc dəyişikliklərə dəstək verir. O yerdə ki, dəyişikliklərin qeyri-dinc yolla reallaşması ehtimalı var, o zaman Avropa, Qərb diktatorların yanında durur. Dünyada diktaturaların müdafiə olunmalarının əsas səbəblərindən biri həmin ölkələrdəki müxalifətin radikallığıdır. Bu gün Amerika və Avropa Azərbaycan iqtidarını məhz ona görə müdafiə edir ki, Azərbaycan müxalifəti radikaldır. Digər bir məısələ həmrəyliklə bağlıdır. Problemlərin həlli üçün milli həmrəyliyə nail olmaq vacibdir. Biz millət olaraq bu problemlərini həll edə bilərik. Buna nail olmaq üçün “yuxarıdakı” qüvvələr bir yerdə olmalıdır ki, “aşağıdakı” insanlar qardaş kimi çiyin-çiyinə dayanıb problemlərin həllinə nail olsunlar. Bunun üçün koalisyon hökumət lazımdır.

 

- Ancaq radikal müxalifət təmsilçiləri iddia edir ki, uzun illərdir ki, xalqa zidd siyasət həyata keçirən iqtidarla əməkdaşlıq yolverilməzdir.

 

- Ola bilsin ki, bizim iqtidardakı qüvvələrlə əməkdaşlıq istəyimiz iqtidara düşmən münasibət bəsləyən qüvvələr tərəfindən satqınlıq kimi başa düşülsün. Kim ki, Azərbaycanın gələcəyini, millətin bütövlüyü düşünür, torpaqlarımızın yeni işğallara məruz qalmamasını istəyir, onlar yaxşı başa düşür ki, bizim dediyimiz bu yoldan başqa Azərbaycan xilas yolu yoxdur. Azərbaycan iqtidarı təklikdə heç bir islahat apara bilməz. Təkpartiyalı siyasi sistemlərin təcrübəsi göstərir ki, bu cür islahatlar ya hakimiyyətin məhv olmasına gətirib çıxardır, ya da islahatlar uğursuzluqla nəticələnir. Bunu İran şahının “Ağ inqilablar” paketinin, Qarbaçovun və SSRİ-nin aqibəi və s də göstərir. Islahatlar cəmiyyətin xeyrinə yalnız bir halda xidmət edə bilər ki, bu islahatlar koalisyan hökumətlər tərəfindən həyata keçirilsin. Heç bir ölkədə təkpartiyalı qüvvənin uğurlu islahatlar keçirməsi ilə bağlı praktika yoxdur.

 

- Hakimiyyətə gələcəyiniz təqdirdə koalisyon hökumət quracağınız, habelə hakimiyyətə gələcək qüvvə ilə də kosliyon hökumətdə təmsil olunmaq arzunuzu ifadə edəcəyinizlə bağlı fiirləriniz də cəmiyyətdə birmənalı qəbul edilmədi...

 

- Biz hakimiyyətə gələcək komanda ilə işləməyə hazılr olduğumuzu bildiririk. Çünki adama deyərlər ki, sən özün doğrudan da prezident seçiləcəyin təqdirdə kimlərisə hakimiyyətə dəvət etmək fikrində səmimisənsə, o zaman niyə başqalarının səni hakimiyyətə dəvət etmək fikrinə etiraz edirsən? Və ya niyə buna hazır deyilsən? Yalnız biz deyil, bütün müxalif qüvvələr bu ideyaya, yəni hakimiyyətdəki qüvvə ilə koalisiya yaratmağa hazır olmalıdır. Islahatlar üçün koalisyon hökumətlər lazımdır. Istər Türkiyədə, istər Amerika respublikalarında, bir sözlə demokratiyaya keçid edən bütün dövlətlərdə qurulan hökumətlərin hamısı koalisyon hökumətlərdir. İsraildə, Yaponiyada koslisyon hökumətlərdir. Türkiyədə uzun müddət koalisyon hökumət hakimiyyətdə oldu. Dünyanın digər inkişaf etməkdə olan dövlətlərində kosliyon hökumətlər fəaliyyətdədir. Yalnız bu hökumətlər tədrici keçidi təmin edə bilir. Son illər Ərdoğan Türkiyədə təkpartiyalı sistem qurub. Buna görə də onun son vaxtlar həyata keçirmək istədiyi islahatların heç biri reallaşmayıb. Konstitusyon islahatlar arzusunda idi, lakin bu islahatlar yarımçıq qaldı. Vəd etdiyi, reallaşdırmağa cəhd etdiyi digər islahatlar da yarımçıq qaldı. Kimlərisə qıraqda qoyub təkbaına ciddi islahatlar həyata keçirmək mümkün deyil.

 

- Bəzi müxalif siyasilər YAP-la eyni koalisiyada təmsil olunmağı qəbahət hesab edir və bildirirlər ki, hakim partiya ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Sizcə doğrudanmı YAP-la eyni koalisiyada iştirak etmək xalqın maraqlarına xəyanətdir?

 

- Əgər Ə.Elçibəyin özü kommunistləri, onların müəyyən bir hissəini hakimiyyətdə saxlamaqla dövləti idarə edibsə, müstəqil Azərbaycanm dönəmində siyasi baxımdan yetişmiş müəyyən siyasi qüvvə ilə əməkdaşlıqdan imtina etmək tamamilə yanlışdır. Bu, məsələnin bir tərəfidir. Biz YAP-la əməkdaşlıq etmək istəyimizi söyləməklə demirik ki, YAP-ın dediyini edəcəyik və ya YAP kimi olacayıq. Biz YAP-la əməkdaşlıq çərçivəsində YAP-ın özünü də cəmiyyətdəki müəyyən dəyişikliklərə qoşulmasına nail olmağa çalışacayıq. Azərbaycanda təxminən 10 minə qədər dövlət məmuru var. Əgər onların hər birinin arxasında tərəfdar kimi 200-300 və ya min insan olduğunu nəzərə alsaq, görərik bu, bir neçə yüz min insan  edir. Bu, nəhəng bir qüvvədir. Bu qüvvənin əlində sərvəti var. Bunu siz müxalifətə buraxsanız, onları proseslərdən kənarlaşdırsanız və ya onlarla əməkdaşlıqdan imtina etsəniz, bu qüvvə heç bir hakimiyyətin davam etməsinə imkan verməyəcək. Hitler özü də sosial-demokratlarla əməkdaşlıq edib. Daha sonra təkpartiyalı sistemə keçdi. Pinoçet və Franko təcrübəsinə  nəzər salaq. Franko Hitlerlə əməkdaşlıq etmişdi. Franko İspaniyada demokratiyaya keçidi necə təmin etdi? Axı bu ölkədə hakimiyyətə müxalifət gəlmədi. Franko özü demokratik seçki keçirdi. Ispaniyada yeni, koalisyon hakimiyyət formalaşdı. Daha sonra özü hakimiyyətdən getdi və aqibəti də pis olmadı. Onun 40 ilik diktaturasını da, II Dünya müharibəsində etdiyi cinayətləri də ona bağışladılar. Pinoçet hakimiyyətə gələndə minlərlə insan Santyaqo stadionunda güllələndi. Ölkədə geniş repressiyalar həyata keçirdi. 15 ildən sonra özü seçkilər keçirdi. Hakimiyyətə müxalif qüvvələr gəldi və Pinoçetin müdafiə naziri postunda qalması razılaşdırıldı. Sosial-demokratlarla Pinoçet tərəfdarları koalisyon hökumət formalaşdırdı. Çili xalqı vətəndaş qarşıdurmasına getmədən hərbi xunta rejimindən demokratiyaya keçdi. Bu gün YAP-la əməkdaşlığı qəbuledilməz hesab edənlər bu faktlara nəzər salmalıdır. Məgər doğrudanmı YAP Pinoçet iqtidarından, Frnako rejimindən dəhşətlidir? YAP 20 ildir ki, Azərbaycanda hakimiyyətdədir və artıq bu rejimin xalqın həyatında dərin kökləri var. Biz bunu birdəfəlik silib ata bilmərik. Kim ki, YAP-la əməkdaşlığı istisna edir, buna qarşı gəlir, onlar ölkədə dəyişilmələrin qarşısında duran qüvvələrdir. Onlar bu cür şüarlarla YAP-ı islahatlara vadar edə bilməz. Bununla ölkədə hər hansı dəyişikliyə nail olmaq mümkün deyil.

 

- Sizcə YAP-a olan bu münasibət hakim partiya tərəfindən əks-reaksiyaya səbəb ola, onu müxalif qüvvələrə qarşı daha barışmaz mövqedən çıxış etməyə təhrik edə bilərmi?

 

- Təbii ki, hakimiyyətdəki real qüvvə görürsə ki, hakimiyyətə gəlmək istəyən qüvvə onunla əməkdaşlıq etmək istəmir, o zaman nəyin bahasına olursa-olsun hakimiyyəti əldənb verməməyə çalışacaq. “Qobusnamə”də belər bir söz var. Deyir ki, ədalətsiz hökmdar şirin üstündə oturan adam bənzəyir. O bilir ki, vaxt keçdikcə şir daha da acır və şirin üstündən düşən kimi şir onu parçalayacaq. Belə olduğu halda o, şirin üstündən düşərmi? Əksinə, şirin üstündə daha möhkəm oturmağa çalışacaq. Biz elə etməli deyilik ki, bu günə qədər nöqsanlara yol verən, xalqa zidd siyasət yürüdən YAP-ın hakimiyyətdən getməsi də çoxsaylı insan itkiləri hesabına baş versin. YAP-ı hökmən qan bahsına, müharibə yolu ilə hakimiyyətdən getməyə vadar etmək vacibirmi? Biz YAP-çı dediyimiz insanın qohumu, qardaşı ilə dostuq, qonşuyuq. Onlara gedib-gəlirik, yasımız, toyumuz birdir. YAP-la əməkdaşlığı yasaqlayan insanlar çox səthi fikirləşirlər. Bu gün hakimiyyətdə YAP olduğu üçün hakimiyyətə gələn qüvvə əməkdaşlığı ilk növbədə YAP-a təklif etməlidir. YAP özü əməkdaşlıqdan imtina edərsə, bu başqa məsələ. Lakin bütün hallarda bu təklif YAP-a edilməlidir. Bir də dövlətdə varisçilik məsələsi var ki, dövlətin stabilliyi, uzunömürlülüyü bu varisliklə bağlıdır. Heç bir şeyin arasını kəsmək olmaz. YAP-ın fəaliyyətindəki müsbət məqamlar davam etdirilməlidir. Əks təqdirdə hər dəfə sıfırdan başlayacaq və heç bir ciddi inkişafa nail ola bilməyəcəyik.

 

Seymur Əliyev (“Hürriyyət” qəzeti)

Oxşar xəbərlər
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO