"Milli Şuranın yüksəkçinli funksionerlərindən biri ilə iki ay bundan öncə görüşümüzdə mənə bildirdi ki, bəy narahat olma uzağı bir aya hakimiyyətə gələcəyik. Hətta hakimiyyətə gəlişimiz də seçkisiz baş tutacaq və hakimiyyət dəyişikliyi seçkidən öncə olacaq. Artıq hər şey həll olunub. Vladimir Putin də artıq bununla bağlı siyasi qərarını verib. İnşallah qısa zamanda hakimiyyətə gəlirik. Odur ki, səndə prosesdən uzaqda qalma, bizə qoşul. Bax sonra gec olar. Mən isə onun düşdüyü bu vəziyyətə baxıb gülürdüm. O isə məsələyə ciddi yanaşırdı. Hətta partiyanın hakimiyyətə gələndən sonra görəcəyi işlərlə bağlı fəaliyyət proqramı hazırlayırdı.
Avropa.info-ya açıqlamasında belə sensasion açıqlamayla Azadlıq Partiyasının sədri, prezidentliyə namizəd Əhməd Oruc çıxış edib. Onun dediyinə görə, hətta Milli Şura kimlərin hansı vəzifə tutacaqları ilə bağlı siyahıda hazırlayıbmış.