Böyük müharibə uzaqda deyil – işğalçı Ermənistanın ciddiyə almalı olduğu siqnal
Oxunub: 2078
21 Apr 2020 | 16:33
Böyük müharibə uzaqda deyil –  işğalçı Ermənistanın ciddiyə almalı olduğu siqnal
Rusiyalı analitik: “Dağlıq Qarabağın yeganə nicat yolu Azərbaycanın tərkibinə qayıtmaqdır...”
Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrinin 2020-ci ilin döyüş hazırlığı planına əsasən yay mövsümü rejiminə keçilməsinə başlanıb. 

Bu haqda Musavata.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir. Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilməndə məqsəd hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.

Bu arada Azərbaycan Ordusu işğal altındakı bölgələrimizə yaxın ərazilərdə və Naxçıvanda hərbi manevrlərini davam etdirir. Son təlimlər Dağlıq Qarabağda növbəti qondarma seçkilər keçirən İrəvan və Xankəndinə bir daha aydın mesajdır ki, heç kimin ciddiyə almadığı seçki tamaşaları ilə özlərini yormasınlar, çünki müharibə hələ bitməyib.

Diqqətçəkicidir ki, Naxçıvan Qarnizonu Qoşunlarının keçirdiyi komanda-qərargah təlimi işğalçı Ermənistan ictimaiyyətini xüsusi təşvişə salıb (Axar.az). Ermənilərin razm.info, hayknews.com, hayeli.am və  7 or.am portallarında bununla bağlı yayımlanan məqalələrdə Naxçıvanda keçirilən həmin təlimlərin Ermənistan ictimaiyyətində narahatlıq yaratdığı bildirilib.

Vurğulanıb ki, mürəkkəb relyefli ərazidə tank və ağır artilleriya bölmələrinin, zenit qurğularının praktik atışları, şərti düşmən mövqelərinə aviazərbələrin endirilməsi təlimin əhəmiyyətini təsdiq edən mühüm faktlardır. Keçirilən təlimlərin intensivliyinin Əlahiddə Ümumqoşun Ordusuna yüksək döyüş təcrübəsi qazandırması düşmən ölkə toplumunda ümidsizliklə qarşılanıb.

Təlimlərə aid fotoların yer aldığı məqalələrdə 2020-ci il aprelin 4-də Naxçıvanda artilleriya bölmələri ilə keçirilən gecə şəraitində döyüş atışlı taktiki təlimlərdən də bəhs olunub. Vurğulanıb ki, keçirilən təlimlərdə yaylım atəşli reaktiv sistemlərdən istifadə olunması, gecə döyüşləri və taktiki yeniliklər xüsusilə diqqətçəkicidir. Bu, dünyanın qabaqcıl ordularına xas olan yeniliklərdir.

*****

Azərbaycan Ordusu şübhəsiz, regionda və dünyada dəyişən şərtlərə rəğmən, öz döyüş hazırlığını və hərbi potensialını gücləndirməyə davam edəcək. Daha müasir silahlar və döyüş sistemləri, o cümlədən yeni pilotsuz usan aparatlarla təmin olunacaq. Eyni zamanda, özünün hərbi-sənaye kompleksini qardaş Türkiyə, Pakistan, İsrailin və digər dost-tərəfdaş ölkələrin köməyi ilə daha da inkişaf etdirəcək. Bu da ərazisinin 20%-i işğal altında olan bir ölkəyə xas olan, tamamilə normal, məntiqli bir fəaliyyətdir. Torpaqlarımızı dinc yolla qaytarmaq istəməyən Ermənistana və onun havadarlarına böyük müharibəni uzaqda olmadığı barədə xəbərdarlıqdır. Odur ki, İrəvan Qarabağ danışıqlarında nə qədər tez konstruktiv mövqe tutsa, bir o qədər onun özünün, bütövlükdə erməni xalqının aqibəti yaxşı olar.   

Bu xüsusda tanınmış amerikalı politoloq, “Azadlıq” radiosunun sabiq siyasi icmalçısı Pol Qobl haqlı olaraq hesab edir ki, İrəvan Bakı ilə neçə vaxtdır təhlükəli oyun oynayır. Sitat: “Ermənistan olduqca təhlükəli oyun oynayır. Ola bilsin, İrəvanda güman edirlər ki, Bakı pandemiya dönəmində genişmiqyaslı hərbi əməliyyatlara qərar verməz. Nəticədə bu addımlar (Azərbaycanın hərbi manevrləri – red.) yəqin ki, onlara özünəməxsus “dərin kəşfiyyat” kimi görünür, nəinki yeni müharibənin əlaməti kimi”.

*****

Öz növbəsində rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov əmindir ki, Dağlıq Qarabağın inkişafa və rifaha qoşulmasının yeganə yolu onun Azərbaycanın tərkibinə qayıtmasıdır.

“Hazırda Qarabağda ərazinin xaricdən Rusiya idarəçiliyinə verilməsi məsələsi müzakirə olunur. Bu ssenari həm İrəvanı, həm də separatçıları tam qane edir, ancaq Moskvanı əsla qane eləmir. Ona görə ki, belə bir addım Rusiya üçün qlobal böhran şəraitində heç kimə lazım olmayan əlavə iqtisadi və siyasi-hərbi yük olacaq”.

Onun sözlərinə görə, Kreml bunu bəyan eləməkdən boyun qaçırmayıb, özü də dəfələrlə. “İkinci variant da var – Dağlıq Qarabağın könüllü şəkildə Azərbaycanın tərkibinə qayıtması. Hərçənd bu mövzu, başa düşdüyüm qədər, əgər yerli əhali tərəfindən nəzərdən keşirilmirsə də, kuluarlarda – mətbəxlərdə danışılır. Hərgah bu variant birinci variantla müqayisədə (Rusiya idarəçiliyi – red.) ən əlverişlisidir”, - deyə o qeyd edib.

Analitik hesab edir ki, bu gün Rusiya Dağlıq Qarabağın inkişafına Azərbaycan qədər impuls vermək imkanında deyil: “İnsaflı və səmimi olaq. Hazırda Rusiyada Tuva və Yəhudi Muxtar Mahalı kimi depressiv durumda olan kifayət qədər bölgələr var – hansı bölgələrin inkişafına ki, nə insani, nə də maddi resurslar mövcuddur. Bu yandan da Rusiya ərazisində tam ayrı olan Dağlıq Qarabağ. Təbii ki, Rusiya üçün bu – dalan variantıdır. Kremldə bunu gözəl başa düşürlər. Və Qarabağda hərbi baza yerlışdirmək barədə də heç kim düşünmür. Nədən ki, hamı tamamilə aydın şəkildə dərk edir ki, bunun ardınca onsuz da bütün regionu təmin eləmək lazım gələcək. Bunun üçün əlavə pul isə yoxdur. Odur ki, Qarabağda bunu nə qədər arzulasalar da, orada Rusiya mövcudluğu olmayacaq”.

Tarixçi-alimə görə, bütün bunlardan sonra Dağlıq Qarabağdakı separatçı rejim üçün bir dilemma qalır: “Ya natural və ya yarım-natural təsərrüfat şəraitində yalançı yem hesabına sağ qalmaq, ya da Azərbaycanın tərkibinə qayıtmaq , o ümidlə ki, rəsmi Bakı yerli separatçı rejimin xadimlərinə amnistiya verəcək. Regionun sosial-iqtisadi və maddi-texniki səviyyəsini yalnız bu cür qaldırmaq olar. Və həmişə yadda saxlamaq lazımdır ki, hadisələrin ifrat inkişafı variantında – nə vaxt ki, Azərbaycan güc yolu ilə öz torpaqlarını azad eləmək qərarı verəcək, kompromis üçün artıq yer qalmayacaq”.

*****

Məsələ də ondadır ki, zaman heç də ermənilərin, xüsusən də Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının xeyrinə işləmir və daralmaqdadır. Bunu ilk növbədə onların ciddiyə alması gərəkir. Çünki artıq bilməmiş deyillər ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına razı olmayacaq, buna imkan verməyəcək. Demək, ermənilər üçün yeganə optimal yol - Dağlıq Qarabağ üzərində Azərbaycanın yurisdiksiyasını tanımağa əsaslanan real sülh anlaşmasıdır.       

“Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır. Əldə etmək istədiyimiz şey regionumuzda əmin-amanlıq və firavanlıqdır. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasından, erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasından və köçkün Azərbaycan əhalisinin öz evlərinə qayıtmasıdan sonra mümkündür. Bakının beynəlxalq münasibətlərin əsas oyunçularından və vacib iştirakçılarından gözləntisi təbii ki, BMT Təhlükəsizlik Şurasının tələblərinin yerinə yetirilməsidir”.

Bunu isə az öncə “The London Post”a verdiyi müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Bakının gözləntisi tam qanuni və haqlı. Elə müharibə haqqı kimi...  

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Oxşar xəbərlər
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir