“Ərdoğan istefa verməlidir...”
Oxunub: 11006
29 Jun 2016 | 12:47
“Ərdoğan istefa verməlidir...”

“Bildiyimiz kimi, Ramazan ayının əvvəllərində də Türkiyədə partlayış baş vermişdi. Atatürk Havalimanında baş verən partlayış da ilk deyil, bundan əvvəl də Atatürk Havalimanında, eyni zamanda Sabiha Gökçen Havalimanında partlayışlar olmuşdu. Bu partlayışlar Ərdoğanın yürütdüyü səhv siyasətin nəticəsidir və o, əkdiyini yavaş-yavaş biçir”.


Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev dünən Ankara Havalimanında baş vermiş partlayışa münasibət bildirərkən deyib.


C. Nuriyev bildirib ki, Ərdoğan dövlətin maraqlarını şəxsi maraqlarına qurban verməyə başlayandan Türkiyənin vəziyyəti ağırlaşıb:

“Axı kim Ərdoğanı məcbur edirdi ki, Ərdoğan gedib İŞİD-i dəstəkləsin? Ərdoğan ailə büdcəsini artırmaqdan ötrü, öz ailəsinin vəziyyətini yüksəltməkdən, daha doğrusu şahənşah statusuna keçirməkdən, oğlu Bilalın biznesini qurmaqdan ötrü İŞİD-lə alverə girdi. Ərdoğan birincisi İŞİD-ə kömək etməkdə səhv buraxdı, ikincisi Türkiyənin hansı halına yaraşır ki, 78 milyon əhalisi olduğu halda Suriyadan gələn qaçqınlara nəinki yer versin, hətta ayda onlara 600-800 dollar həcmində yardım göstərsin. Türkiyə bu qədərmi varlı dövlət idi? Üçüncüsü Türkiyədə dövlət artıq kifayət qədər dini dövlətə çevrilib. Çox dəhşətli bir vəziyyət yaranıb. Yaponiya dünyada texnologiyalara görə birinci yerdə olan dövlətdir. Yaponiyanın dövlət büdcəsindən 2016-cı ildə müasir texnologiyanın inkişafı üçün 3.6 milyard dollar vəsait ayrılıb. Türkiyədə isə  ancaq dəyanət vəqfi başqanlığına, yəni mollalara və imamlara 3.4 milyard vəsait ayrılıb. Bu ölkə nə vaxtdan dini dövlət olmuşdu ki? Dövlət məmurlarından çox imamlar pul alırlar. Çox təəssüf ki, dini də xurafata çevirdilər”.


Politoloq Ərdoğanın saxtakar olduğunu da qeyd edib:  

“Ərdoğan o qədər yalan danışıb ki, güya 1981-ci ildə Mərmərə Universitetini qurtarıb, amma həmin universitet 1982-ci ildə açılıb. Universitet açılmamışdan qabaq Ərdoğan oranı bitirib. Bu adamın hər şeyi saxtadır, diplomu kimi soyadı da saxtadır, əsl soyadı Məzarçıdır, onlar Acariyadan gələndə əmisi millət vəkili olub, soyadı Məzarçı. Necə olur ki, qısa müddət ərzində Ərdoğanın oğlunun dünya okeanında üzən 10 böyük tankeri, xanımının 8 böyük 5-6-7 ulduzlu hospitalları, hər bir qızının 15 dənə villası, evi olur? Bunları hesablasaq ən azı 8-10 milyard dollardan söhbət gedir. Ərdoğan 13 ildə 10 milyard dolları hansı əmək haqqı ilə yığıb? Türkiyə hazırda çox yazıq gündədir. Əhməd Davudoğlu kimi savadlı bir adamı çıxarıb, üzündən yazıqlıq tökülən bir adamı gətirib onun yerinə qoydu”.


C.Nuriyev Ankara Havalimanında baş verən partlayışı Türkiyənin Rusiyadan üzr istəməsiylə əlaqələndirib:

“Partlayışın əsas səbəbi Ərdoğanın Putindən üzr istəməsidir. Ya gərək bunu vaxtında edəydi, ya da bu günlərdə üzr istəməyəydi. Yadınızdadırsa, mən saytınıza açıqlamada bildirmişdim ki, Ərdoğan bu addımı atmalıdır. Ancaq həmin fikirlərə görə məni erməni belə çıxartdılar. Biz demişdik axı, Türkiyə İsrail ilə də, Rusiya ilə də barışacaq. Bizi söydülər, təhqir etdilər, ancaq indi biz deyən oldu. Çox təəssüf ki, Azərbaycanda da Türkiyəni sevənlər sağlam düşünə bilmirlər. Onları da qınamıram, çünki insanın sevdiyinə bir şey olanda qəbul edə bilmir. Necə ki, mən dünəndən özümə yer tapa bilmirəm. Ölənlərin hamısı bizim qardaş-bacılarımızdır, Ramazan bayramında, orucluq vaxtı belə bir faciə törədilib. Birmənalı şəkildə Ərdoğan Türkiyəni elə bir vəziyyətə gətirib ki, nə dini, nə milli, nə də dövlət dəyərlərinə hörmət qalıb”.


Politoloq yeganə çıxış yolunu Ərdoğanın istefasında gördüyünü vurğulayıb:

“Atatürk hava limanında partlayış olub, 36 nəfər ölüb, 147 nəfər yaralanıb, yaralananların hansı vəziyyətdə olduğu bilinmir. Ölkənin daxili işlər naziri susur, səhiyyəsi batıb. Yeri gəlmişkən çox maraqlı bir məsələni də qeyd edim. Necə olur ki, Amerikanın kəşfiyyat idarəsi və Almaniya elan edir ki, Türkiyədə partlayış ola bilər və həmin andaca Türkiyədə partlayış olur. Bu nə deməkdir, bunun arxasında nələr durur, əgər Amerika bunu bilmirdisə, nədən belə deyirdi, nədən İstanbulu xüsusi siyahıya salmışdı? Bu dövlətlərin partlayışların hazırlanmasından xəbərləri vardısa, deməli bunun hazırlanmasında da maraqlı olublar. Bütün bunların fonunda partlayış olacağı elan olunur, ancaq Türkiyədə heç bir təhlükəsizlik tədbirləri görülmür. Həm də beynəlxalq hava limanına basqın olunur. Bütün bunlar o deməkdir ki, Türkiyə nə daxilən, nə də xaricən idarə olunur.

Məşhur alman poltoloqu Maks Veber deyir ki, dövlət öz sərhədlərinə daxilən və xaricən nəzarət edə bilməyəndə ifalsa uğramış dövlət sayılır. Artıq Ərdoğanın hakimiyyəti dövründə Türkiyə siyasi, iqtisadi, hərbi, mənəvi iflasa uğradı. Mənim təklifim o olar ki, Ərdoğan istefa verib getsin. İstefa verib getməsi Türkiyə dövlətinə və türk millətinə ən böyük hörməti olar. Ərdoğan istefa verməzsə Türkiyəni yenə də böyük faciələr gözləyəcək”.

 

C.Nuriyev sonda Türkiyəyə başsağlığı da verib: 

“Bütün Türk dünasına başsağlığı verirəm. Onların acısı acımızdır, acılarını paylaşırıq. Allah ölənlərə rəhmət eləsin!”

 

Rumiyyə

 

 

 

 

Oxşar xəbərlər
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev