Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL
Sağlamlıq
265
07:55, Bu gün

Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL

Çində beynəlxalq tədqiqatçılar qrupu yuxunun tənzimlənməsində bağırsaq mikrobiotasının rolunu araşdırıblar.
 
Araşdırma "Brain Medicine" jurnalında dərc olunub.
 
Alimlər belə qənaətə gəliblər ki, bağırsaq bakteriyaları yuxu-oyanma dövrlərinə aktiv şəkildə təsir edir.
 
Onların fikrincə, mikrobiomun pozulması yuxusuzluq və digər xəstəliklərin inkişafına yol aça bilər.
 
Bağırsaq bakteriyaları immunitet sistemi və maddələr mübadiləsi vasitəsilə beyinlə qarşılıqlı əlaqə qurur.
 
Təhlil göstərib ki, xroniki yuxusuzluq mikrob müxtəlifliyinin və faydalı bakteriyaların sayının azalması ilə əlaqəlidir.
 
Elm adamları mikrobiomu yuxu pozğunluğunun müalicəsi üçün yeni bir hədəf kimi araşdırırlar.
 
Klinik sınaqlar göstərib ki, probiyotiklər və prebiyotiklər yuxu keyfiyyətini yaxşılaşdıra və stres səviyyələrini azalda bilər. /Oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər