Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş
Sağlamlıq
879
22 Dec 2024 | 13:00

Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş

Arıqlamaq istəyənlər üçün ilk tövsiyə çörək yeməyi tamamilə tərk etmək olsa da, bu tövsiyəni yerinə yetirmək bir çox insan üçün asan olmur.

Çörək yemədən dayana bilməyənlər sağlam çörək növlərinə üstünlük verməyə çalışırlar. Mütəxəssislərə görə isə ən sağlam çörək növü nə buğda, nə də kəpək çörəyidir.

Moderator.az milli.az-a istinadən xəbər verir ki, araşdırmalara əsasən çovdar çörəyi dünyanın ən sağlam çörəyi seçilib. Tərkibində yüksək miqdarda həllolunan pəhriz lifi olan çovdar, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xolesterolu aşağı salır və toxluq hissi yaradır. Bu xüsusiyyəti sayəsində çovdar çörəyi kökəlmə riskini azaldır, diabet riskini də aşağı salmağa kömək edir.

Eyni zamanda, çovdar çörəyi ən aşağı qlisemik indeksə malik olduğu üçün qan şəkərini sabit saxlamağa kömək edir və digər qidalarla müqayisədə uzunmüddətli doyma hissi yaradır. Sağlam həyat tərzini mənimsəmək istəyənlər üçün çovdar çörəyi ideal seçim ola bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər