Bizi sosial şəbəkələrdən izləyin:
İndoneziyanın füsunkar Bali adasında ağızdan-ağıza yayılan sirli qəhvə təcrübəsinə qədər bir əfsanə var. "Kopi Luwak" və ya "Luwak coffee" sadəcə olaraq adi bir içki deyil, təbiətin sirlərini özündə daşıyan bir eliksir kimidir... Bu bənzərsiz qəhvə mədəsində sirli fermentasiya prosesindən keçərək ruhunu alır. Hər bir toxumun arxasında təbiət və zamanın əl-ələ verdiyi bir hekayə dayanır. Kiloqramı min dollara qədər olan bu qəhvə həm dəbdəbənin, həm də bilinməyənlərin dadına maraq göstərənlər üçün xəzinədir.
Moderator.az xəbər verir ki, Balinin Ubud bölgəsində qəhvə fermasında çalışan Ni Ketut Budiani Luwak qəhvəsinin hazırlanmasının zəhmət tələb edən, lakin xüsusi proses olduğunu bildirir. Qəhvə dənələrini təmizləmək, qurutmaq və qovurmaq bir həftəyə qədər çəkə bilər. Budiani açıq havada qurudulmuş paxlanın daha sıx bir ətir verdiyini bildirir. Balinin Ubud bölgəsindəki yerli qəhvə fermasında çalışan Ni Ketut Budiani bu qeyri-adi qəhvənin uzun bir proseslə hazırlandığını bildirib. Qəhvə emal prosesinin adətən bir həftə çəkdiyini ifadə edən Budiani, yaxşı qəhvə almağın sirrinin havanın yağışlı olub-olmamasına bağlı olduğunu açıqlayıb.
Açıq səmada qəhvənin qoxusunun daha yaxşı olacağını ifadə edən Budiani bunları bildirib:
“Əgər hava imkan verməsə və sonra onu qapalı yerdə qurutsaq, o zaman qəhvənin dadı fərqli olar”- Luvakın "xüsusi qəhvə" olduğuna diqqət çəkən Budiani, bu qeyri-adi heyvanın gecələr ağaclardan toplanan qəhvə meyvəsini yediyini və səhərə qədər qarnında gözlədiyini bildirib.
Qəhvə dənələrinin heyvanın mədəsindən çıxdıqdan sonra isti su ilə yuyulduğunu, daha sonra bir müddət qaynadıldığını bildirən Budiani, qaynadılmış qəhvə dənələrinin qurumağa, tercihen günəşə buraxıldığını, daha sonra qabıqlarının soyulduğunu bildirib.
Budiani toxumların yenidən qaynar su ilə təmizləndiyini, qovrulduğunu, harçda döyülərək qablaşdırıldığını bildirib. Luwak qəhvəsinin qovrulma üsulunun müştərilərin istəklərinə görə dəyişdiyini izah edən Budiani, ən az 2 kiloqram qəhvə dənəsinin üyüdülməsi prosesinin təxminən 1 saat çəkdiyini söylədi.
Bir fincanı təxminən 3,5 dollara təklif olunan Luwak qəhvəsi turistlərin böyük marağına səbəb olur. İlk dəfə sınayanların qəhvənin dadını təriflədiklərini bildirən Budiani fermanın ziyarətçilərə fərqli çay və qəhvə variantları da təqdim etdiyini bildirib.