MİDA Yaşayış Kompleksi necə satılır? -“Bunun başqa yolu yoxdur”…
5166
08 Dec 2024 | 16:15

MİDA Yaşayış Kompleksi necə satılır? -“Bunun başqa yolu yoxdur”…

“MİDA tərəfindən mənzillərin onlayn satışlarıına start verilən andan İLK mənzilin BAXIŞ üçün  seçilməsi müddəti aşağıdakı kimi olub:
 
06.12.2024, (Sumqayıt, Lənkəran)- nəticə hələlik məlum deyil
16.12.2023, (Hövsan, 1-ci)  32-ci saniyədə
16.12.2023, (Hövsan, 2-ci)  22-ci saniyədə
16.12.2023, (Gəncə)           28 -ci saniyədə
16.12.2023, (Sumqayıt)      30-cu saniyə
29.07.2023, (Yasamal)        29-cu saniyədə
29.07.2023, (Hövsan )        30-cu saniyədə
24.09.2022, (Yasamal)        30-cu saniyədə
15.09.2022  Satış baş tutmayıb
30.03.2022  Satışın nəticələri ləğv edilib
01.07.2021, (Hövsan )         5-ci   saniyədə
18.12.2020, (Hövsan )         10-cu saniyədə
10.09.2020, (Hövsan),         10-cu saniyədə
30.06.2020, (Hövsan)          11-ci saniyədə
25.12.2019, (Yasamal)         11-ci saniyədə
16.10.2019, (Yasamal)          9-cu saniyədə
12.07.2019, (Yasamal)          4-cü saniyədə
29.04.2019, (Yasamal)          4-cü saniyədə
25.01.2019, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
05.09.2018, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
 
Cədvəldən görünür ki, MİDA –nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb. Düşünmək olar ki bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub.
DTX və MİDA 30.03.2022-ci  tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu.
Məhz bundan sonra, 24.09.2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişiklikər edib.
 
MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün  texnologiyaların tətbiqi baxımından  əhəmiyyətlidir.
Lkain İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var. Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib”
 
Bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirmişdi. Onun bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Bəs görəsən Osman Gündüz bu fikirlərində nə qədər haqlı idi? 
 
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Moderator.az-a danışdı. 
 
“MİDA Yaşayış kompleksi üçün binaların bu şəkildə satılması birinci dəfə deyildi, artıq bu məsələ müzakirəyə çıxarılır və həllini də tapmır. Hətta mövzu ilə bağlı cinayət işi də açılmışdı. Bir neçə il bundan öncə belə bir məsələ qaldırıldı ki, bu üsulla məsələnin həllini tapmaq mümkün deyilsə, onlayn deyil də oflayn keçirsinlər. Yəni hamının gözü qarşısında yığışıb rəsmi şəkildə həyata keçirilsin. Bunun başqa yolu yoxdur. Mən belə görürəm ki, onlayn formada həyata keçirəndə insanlar narazı qalır və ciddi suallar meydana çıxır. Ona görə də bu məsələ artıq birinci dəfə deyil, dediyim kimi, müzakirə olunursa, bu məsələnin həlli artıq başqa cür tapılmalıdır”.
 
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər