Vaxtından tez ölümə aparan vərdiş - Hamı müəyyən yaşda bunu edir: DİQQƏT!
2535
02 Nov 2024 | 22:15

Vaxtından tez ölümə aparan vərdiş - Hamı müəyyən yaşda bunu edir: DİQQƏT!

Adına tez-tez rast gəldiyimiz xolestrin yaxşı və pis olmaqla iki növə ayrılır. Yaxşı xolestrin, yəni HDL sağlamlıq üçün vacibdir. Pis xolestrin, yəni LDL isə sağlamlıq üçün təhlükəlidir, damarların tutulmasına, bununla da ürəktutmaya qədər gətirib çıxara bilər.
Qidalanma, fiziki aktivlik və genetik faktorlar xolestrin səviyyələrini təsir edir. Sağlam qida vərdişləri, müntəzəm idman və müvafiq yuxu xolestrin səviyyələrini tənzimləməyə kömək edir. Xolestrinin izlənilməsi və tənzimlənməsi, ümumi sağlamlığın qorunmasında önəmli bir addımdır.
 
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, gec yatmaq xolestrin səviyyəsinə təsir edir.
 
Yuxusuzluq və qeyri-kafi yux, maddələr mübadiləsinə təsir edə və xolestrin səviyyələrinin dəyişməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, yuxusuzluq hormonal balansı pozur. Bu da LDL (pisi xolestrin) səviyyələrinin yüksəlməsinə və HDL (yaxşı xolestrin) səviyyələrinin azalmasına səbəb ola bilər.
 
Bundan əlavə, gec yatma, gündüz enerji səviyyələrinin azalmasına və daha az fiziki fəaliyyətə səbəb ola bilər, bu da çəki artımına və nəticədə xolestrin problemlərinə yol aça bilər. Sağlam yuxu vərdişləri yaratmaq, ümumi sağlamlığı yaxşılaşdırmaqla yanaşı, xolestrin səviyyələrini də tənzimləməyə kömək edə bilər.
 
Pis xolestrin ölümə aparır
 
Yüksək səviyyədə LDL (pis xolestrin) ölüm riski yaradır. LDL xolestrin arteriyalarda yığılaraq piyə oxşar maddənin formalaşmasına səbəb ola bilər ki, bu da ateroskleroz adlanır. Ateroskleroz arteriyaların daralmasına və sərtləşməsinə, qan axınının məhdudlaşmasına yol açır. Bu vəziyyət ürək xəstəlikləri, infarkt, insult və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər