Beyinin fəaliyyətini pozan qida
Sağlamlıq
1626
11 Oct 2024 | 18:05

Beyinin fəaliyyətini pozan qida

Həddindən artıq şəkər istehlakı beynə zərər verə bilər. Almaniya Nevrologiya Cəmiyyətinin (DGN) və Alman Beyin Fondunun alimləri belə qənaətə gəliblər.

Moderator.az foodinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Pronews” məlumat yayıb.Almaniya Beyin Fondunun prezidenti Frank Erbqurt şəkəri beyni məhv edən məhsul adlandırıb. O, aydınlaşdırıb ki, şəkər yalnız həddindən artıq istehlak edildikdə zəhərə çevrilir.

Materialda qeyd edildiyi kimi, yüksək qan şəkəri beynin qan damarlarını zədələyir və qan damarlarının divarlarında lövhələrin çökməsinə səbəb olur, qan axını azaldır və qida maddələrinin beyinə çatdırılmasını pozur.

Bu proses insult da daxil olmaqla müxtəlif problemlərə səbəb ola bilər.

Link kopyalandı!
Son xəbərlər