Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
Sağlamlıq
1640
04 Oct 2024 | 22:43

Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir

Yaşlılıqda qırmızı ət istehlakını azaltmalısınız, çünki bədən tərəfindən zəif qəbul edilir və ürək xəstəliklərinə səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Yelena Solomatina "Veçernyaya Moskva"ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, illərdir dünyanın müxtəlif ölkələrindən olan elm adamları qırmızı ət istehlakı ilə ürək-damar xəstəlikləri arasında əlaqəni öyrənməyə çalışıblar.

Mütəxəssislər qırmızı ətin ürək-damar sisteminə zərərli olması ilə bağlı eyni nəticəyə gəlməsələr də, qırmızı ətin tərkibindəki xolesterinin, doymuş yağların, nitritlərin və natriumun ürəyin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini söyləyirlər.

Yaşlı insanlar sadəcə olaraq ət məhsullarının həddindən artıq istehlakı ilə məhdudlaşmalıdırlar.

Ancaq onu tamamilə aradan yeməmək məsləhət deyil.

Link kopyalandı!
Son xəbərlər